adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Mart 2015 19:31
3070
MƏDƏNİYYƏT
A- A+

FHN əməkdaşları su quyusuna düşmüş şəxsi xilas edib

Bakının Xəzər rayonunda 73 yaşlı kişi su quyusuna düşüb. Adalet.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1942-ci il təvəllüdlü kişi dərinliyi təxminən 15 metr olan quyuya nərdivan vasitəsilə düşüb, halsız olduğundan oradan çıxa bilməyib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı quyudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.