ANA SƏHİFƏ / YAZARLAR

MAY GÜNÜ

18031    |   2010-05-01 04:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər dəfə may yaxınlaşanda, nəfəsi, ətri duyulanda uşaqlıq illərimizin 1 Mayını xatırlayıb qəribsəyirəm. Əslində bu bayramın dünya zəhmətkeşlərinin həmrəyliyi günü mənasında daha çox böyüklərə aid olmasına da fikir verməzdik. Kim idi tribunalardan söylənən siyasi şüarlara qulaq asan. Bircə paradın tez qurtarmasını istərdik. Ancaq tribunaya, aşağıda və yuxarıda dayanan seçmə adamlara, bir az hündürdə sıralanan siyasi büro üzvlərinin portretlərinə ürəkdən pioner və komsomol salamları verməyimizi də inkar etmirəm.
   
   1 May nəyə görə bizim, yəni uşaqların, orta məktəb şagirdlərinin ən sevimli, bütün il boyu gözlənilən bayramı idi? Novruzu nəzərə almasaq, heç Yeni ildə, 7 Noyabrda, 8 Martda, 9 Mayda... bu dərəcədə sevinməzdik, comərd, mehriban olmazdıq. O illərin uşaqları təsdiqləyər, adət idi, həmin gün ən kasıb ailənin belə uşağının əynində təzə paltar olurdu, cibində pul olurdu, əlində gül-çiçək, şar, kiçik bayraq olurdu, könüllərdə daha sıcaq hiss edilən ata-ana nəvazişi olurdu...
   
   May günümüz əvvəlcə şar üfləyib şişirtməklə, sonra saplaqları çubuğa sapla bərkidilmiş gilas alıb yeməklə (o vaxtlar gilas 1 Maya kimi dəyirdi - qıpqırmızı!), daha sonra elə küçənin ortasındaca hazırlanan və stəkanlarda satılan dondurma, bəzən də Bakıdan gətirilən "Plombir", "Eskimos"la başlayırdı. Günortaya yaxın şəkil çəkdirmək anları, peşmək, bamiyə və mütləq su-kökə mərasimi, son siniflərdə oxuyanlardan bəzilərinin e...k Faiqin qəlyanaltısına qaçıb 1-2 stəkan çaxır içməsi və onlardan bəzilərinin ilk dəfə "belə iş tutduqları üçün" Sabir bağındakı qovaqlıqda ögüyüb-böyürməsi, daha sonra isə mərkəzdəki "1 May" kinoklubunda hansı film olur-olsun saat 15.00 seansına bilet almağımızla davam edirdi. Çoxumuz bəlkə 5-6 dəfə gördüyümüz filmlərə sonadək baxmayaraq zalı yarımçıq tərk edib küçələrdə, bağlarda gəzir, "yelləncək" dediyimiz şaquli fırlanan qorxulu karuselə növbə tutardıq.
   
   1 May bayramlarının əksəriyyətində ateist böyüdüyümüz üçün hələ tam dərk etmədiyimiz Göylər kefimizə bir 10-15 dəqiqəlik soğan doğrayırdı, leysan tökürdü. İslansaq da evə getmirdik. Çünki 1 May bizim halal bayramımız idi - biz belə düşünürdük. Hətta fikirləşirdik ki, biz olmasaq, yəni uşaqlar olmasa heç 1 May da keçirilməz.
   
   O illəri yaşayan hər kəs illər ötüb keçsə də, həmişə 1 Mayı gözləyirdi. Xatirələri üçün, sonralarsa həm xatirələri, həm də uşaqları üçün.
   
   Bu bayram SSRi-də çox təntənəli keçirilərdi. Keçmiş sosialist ölkələrində də. Bəzi başqa ölkələrdə isə bayram deyil, zəhmətkeşlərin 1 May nümayişləri olurdu. İcazəsiz keçirilənləri polis dəyənək və güclü su şırnağı ilə dağıdırdı - leysana ehtiyac qalmırdı.
   
   Sovet dövründəki bütün bayramlar qaldı. Ancaq 7 Noyabra qatıb 1 Mayı da ləğv etdilər. Dünya zəhmətkeşlərinin həmrəylik günü olan 1 Mayı!
   
   Dünya zəhmətkeşlərinin həmrəyliyi çox pis məsələ imiş.
   
   Türkiyədə bu ildən 1 Mayın keçirilməsinə icazə verilib - qurd ürəyi yeyiblər.
   
   Dünya Zəhmətkeşlərinin Həmrəylik Günü...
   
   Yox, 1 May uşaqların bayramı idi.
   
   Bu sevincin, bu coşqunun qarşısında kommunist ideologiyası da boş şey idi.
   
   Baxın, hər şey öz yerindədir, təkcə uşaqlara yazıq oldu. 1 May əllərindən alındı, bayramları qırıldı...
   
   Bəlkə elə ona görə də daha dağ yamaclarından başqa heç yerdə lalə görünmür. Göyümtül yasəmənlər də yoxa çıxıb. May gilası da daha iyun ayından tez dəymir. Heç göy qurşağı da bərq vurmur.
   
   Xatirələrin doğurduğu sevinci, özləmi indi arxanca gələn nəslin yaşamında, ruhunda görməmək, duymamaq nə qədər acı, darıxdırıcı bir şey! Çətindir bunları düşünmək və kimsələrə danışmaq.
   
   
   
   P.S. Yazını burada saxlayıram. Gerçəkdən məni qərib bir sıxıntı tutdu. Ancaq xilas yolu varmış. Xatirələrin "paradı" bəzən işıq sürətindən də iti olur. Əvvəlcədən fikirləşdiyim köşə başlığı məni uşaqlıq illərindən ayırıb tələbəliyin ilk dövrünə apardı. Yadıma "May günü" hekayəsi düşdü. Azərbaycan nəsrinin ən gözəl nümunələrindən olan "May günü" hekayəsini Əkrəm Əylisli elə may ayında dərc etdirmişdi. Təxminən 35 il bundan əvvəl "Ədəbiyyat və incəsənət" qəzetində. Yazıçı bu əsəri ilə bizə artıq böyüdüyümüzü xatırladırdı. Ancaq o bilmirdi ki, vaxt gələcək, bu gözəl və bənzərsiz hekayə elə mənim kimi 5-10 nəfər sentimental oxucunun yaddaşında yaşayacaq. "May günü" də elə 1 May kimi unudulmaqdadı. Arada neçə həmyaşıdımdan soruşdum, xatırlayan olmadı. Baxmayaraq yazar dostlarımdan çoxu məqalələrini "May günü" üslubunda, dilində yazırlar...


YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-04-26
2018-04-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (40%)
"Real" Madrid (60%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Arvad ərinə:
- Əzizim, işdə bizə zərərli işə görə 15% əlavə pul ödəyəcəklər.
- Sən getdin ordakıları da zəhərlədin?




digər lətifələr
ARXİV
FACEBOOK