adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Mart 2015 19:07
1603
GÜNDƏM
A- A+

Türkiyə Qətər və Suriyaya ordu göndərəcək

Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvətlərinin Qətərdə yerləşdirilməsinə imkan verən qanun layihəsini təsdiq edib. 

Yeni qanun layihələrinə əsasən Türkiyə Qətərin hərbi təhsil fəaliyyətində rol oynayacaq. Türk zabitləri Qətərdə Suriyalı müxalif qüvvələri də öyrədəcək. 

Türkiyə prezidentinin təsdiq etdiyi qanun layihələri Nazirlər Kabinetinə göndərilib:

"Türkiyə Respublikası Hökuməti ilə Qatar Hökuməti arasında Hərbi təhsil, Müdafiə Sənayesi və Qətər torpaqlarında Türk Silahlı Qüvvələrinin yerləşdirilməsi mövzusunda əməkdaşlıq müqaviləsinin təsdiqlənməsi" haqqında qanun layihəsi, 

"Türkiyə Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında Gömrük mövzularında əməkdaşlıq və qarşılıqlı yardım müqaviləsinin təsdiqlənməsi" haqqında qanun layihəsi,

"Türkiyə Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında elm və təhsil sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi" haqqında qanun layihəsi,