adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Mart 2015 11:55
2373
DÜNYA
A- A+

Kral ölümündən 530 il sonra yenidən dəfn edildi

İngiltərə Kralı III Riçard ölümündən 530 il sonra yenidən dəfn edilib.
 

Sümükləri 2012-ci ildə İngiltərədə bir avtoparkın altında tapılan Kral III Riçard Leyçester şəhərində təşkil edilən mərasimlə dəfn edilib.
 

Kral III Riçard 1485-ci ildə, taxta çıxdığı ikinci ildə Bosvort müharibəsində 32 yaşında həyatını itirmişdi. Kralın sümükləri 2012-ci ilin avqust ayında İngiltərənin Leyçester şəhərindəki bir avtoparkın altında həyata keçirilən arxeoloji qazıntılar zamanı tapılıb.
 

Leyçester Universiteti ötən il skeletin Kral III Riçarda aid olduğuna dair güclü dəlillərin olduğunu açıqlamışdı.