adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
27 Mart 2015 11:52
1941
HADİSƏ
A- A+

Xətaidə avtobus qəzası

Bakının Xətai rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. 


Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Xocalı küçəsində qeydə alınıb. 


Məlumata görə, "Shacman” markalı yük maşını dayanacaqda dayanan 30 saylı sərnişin avtobusuna çırpılıb. Avtobusda olan sərnişinlərdən Ləman Qasımova və Lamiyə Vəliəhədova xəsarət alıblar. Hər iki yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. 


Faktla bağlı araşdırma aparılır.