adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Mart 2015 11:04
2223
SİYASƏT
A- A+

Hafiz Hacıyev bölgələrdə görüşlər keçirib

Son bir həftə Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri elan olunsa da, Müasir Müsavat Partiyası fəaliyyətdə olub.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, bayram günləri də rayonlara səfər edib: "Biz bayramda rayonlarda olduq, Həm xalqla bir yerdə olduq. bayramı birgə etdik, sevincimiz bölüşdük, həm də problemlərlə maraqlandıq. Yerlərdə apardığımız müzakirələr müsbət nəticələr verdi. İnsanların arasında olanda onları nə istədiklərini dha yaxşı alamaq olur. Bu mənada biz hər zamankı kimi, xalqımızla bir yerdə olduq. Öz fikir və düşüncələrimizi onların diqqətinə çatdırdıq".

MMP sədri onu da nəzərə çatdırıb ki, rayonlara səfəri çərçivəsində yerli təşkilatların üzvləri ilə də gğrüşlər keçirilib. Onun sözlərinə görə. qarşıdan gələn parlament seçkiləri ilə bağlı rayon təşkilatlarına xüsusi tapşırıqlar verilib. H.Hacıyev bildirib ki, bölgələrə səfəri davamlı olacaq.