adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Mart 2015 19:10
1932
MƏMLƏKƏT
A- A+

Bakıda ağır qəza - ölən və yaralananlar var

Bakının Nizami rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, 1954-cü il təvəllüdlü Abbasov Aydın Həsənqulu oğlunun idarə etdiyi "Mercedes” ilə 1974-cü il təvəllüdlü İsmayılov Habil Mahir oğlunun sürdüyü "BMW” toqquşub. Nəticədə hər iki sürücü ilə yanaşı daha 2 nəfər də ağır bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.