adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

ZƏRƏRLi üMiDLƏR ÖLMƏLiDi...

BABƏK YUSİFOĞLU
22886 | 2010-05-01 04:33
Türkiyənin Vaşinqton sammitindən sonraki gözləntiləri qismən özünü doğrultdu. Belə ki, ABŞ prezidenti 24 apreldə "soyqırım" kəlməsini işlətmədi, amma əvəzinə elə ona oxşar bir söz dilə gətirdi. Rəsmi Ankara Amerikanın elə bu cür tövrünü də qəbul etdi. Necə deyərlər, Ankara növbəti dəfə yenə bir illik "taym aut"unu götürdü. Buradan belə çıxır ki, Ankara bu ili də səksəkə içərisində keçirməli, Vaşinqtonun hər sözünə razılaşmalıdır ki, növbəti dəfə ehtiyat etdiyi həmin kəlməni Barak Obama söyləməsin.
   
   Əslində AKP qəbul etməlidir ki, Türkiyə nə qədər özünü özgür aparacaqsa, öz böyüklüyünü ortaya qoyacaqsa, müstəqil siyasət yeridəcəksə bir o qədər Vaşinqton onunla hesablaşmaq məcburiyyətində qalacaq. Çünki Amerika Türkiyəyə gərəkli olduğu qədər, Türkiyə də Amerika üçün bir o qədər vacibdir. Lakin təəssüf ki, Ankara Amerikada sərgilədiyi inadkar siyasəti davam etdirmək üçün sonradan çox cəhd göstərmir. Belə ki, cırtdan boyda Ermənistan yalandan da olsa Sürix protokollarını birtərəfli qaydada dondurdu, amma AKP hələlik cürət edib bir dəfəlik həmin protokolları parlamentdən geri çəkmir. Hətta Türkiyənin müxalifət gücləri, lap AKP-dən olan bir sıra millət vəkilləri belə bunu tələb etsələr də. Və AKP iqtidarı bununla da guya onu göstərməyə çalışır ki, Türkiyə Ermənistanla münasibətləri yaxşılaşdırmaqda israrlıdır. AKP özü də haradasa digərlərini buna inandıracağına ümid bağlayır. Amma çox təəssüf...
   
   Əslində normal siyasi şərtlər daxilində, normal siyasi təfəkkürdə türklərə bu inama görə haqq qazandırmaq olar. Çünki mövcud siyasi və iqtisadi şəraiti nəzərə alsaq, acından köpük qusan ermənilər vəziyyətlərini düzəltmək, böhrandan çıxmaq üçün Türkiyə sərhədlərinin açılmasına daha çox maraq göstərməli, daha yumşaq tonda danışmalı idilər. Amma biz bunun tam əksini müşahidə etməkdəyik. Münasibətlərin normallaşmasına daha çox ehtiyacı olan Yerevandan çox Ankara ehtiyatlı davranmaqdadır. AKP hələ də protokolları parlamentdə açıq saxlamaqda davam edir.
   
   Təəccüblüdür, osmanlı türkləri demiş, kosqoca Türkiyə hələ də Ermənistanın konstruktiv mövqe ortaya qoyacağına görəsən niyə inanır? Məgər dövrü-qədimdən ermənilərin yalan, hiylə, xəyanət üzərində qurulan siyasətlərini bu gün də anlamaq istəmirmi? Türkiyə rəmzlərinin hər gün dövlət səviyyəsində təhqir edildiyi sirr deyil ki. Axı, bütün bunları bilmək üçün heç siyasətçi olmağa da lüzum yoxdur. Arkadaşlar, yəni qulağınızın dibindəki şovinist, hərəkətləri, çağırışları eşitmir, görmürsünüzmü? Elə iki gün əvvəlki olayı hamıya çatdırmaq istəyirəm.
   
    "Daşnakstyun" partiyasının gənclər qanadının sədri Artur Kazaryan keçirdiyi mətbuat konfransında bəyanatla çıxış edib: "Erməni gəncləri Türkiyənin bayrağını o vaxtadək yandırmaqda davam edəcəklər ki, Türkiyə özü erməni genosidini qəbul edəcək. Əgər Türkiyə özünün dövlətçilik rəmzlərinə hörmət edirsə və belə münasibətin davam etməsini istəmirsə, ermənilərin soqırımını tanımalı, və dəymiş ziyanın təzminatını ödəməlidir. Bundan başqa, biz o zaman razılaşacağıq ki, erməni diasporası işğalda olan erməni torpaqlarına qayıdacaq və azad şəkildə Ermənistanla birgə yaşayacaq".
   
   Bu, təkcə gənclərin deyil əslində bütün ermənilərin xəstə təxəyyüllərinin məhsuludur. Həqiqətən də ermənilər, erməni gəncləri dünən də, bu gün də belə düşünürlər, elə sabah da bu cür düşünəcəklər. Bizim qardaşlarımız bundan əmin olsunlar. Əgər ermənilər bu cür qeyri-normal şərait yaradırlarsa, onda hansı dövlətinsə burada normal siysət yeritməsinə ehtiyac yoxdur. Torpağına, ərazi bütövlüyünə göz dikən, türkləri qapqara yalan iddialarla cəllad adlandıran, elə bu yalana görə də külli miqdarda təzminat tələb edən, övladlarını türkə düşmən düşüncəsi ilə böyüdən... ermənilərlə necə normal şərtlər daxilində münasibət qurmaq mümkündü? Hələ də inandığı ümidlərinin itməsi üçün AKP-yə görəsən daha nə eşitməsi, daha hansı düşmən münasibəti görməsi lazımdır? Kazaryanların bu dedikərindən də artığı deyilməli, edilməlidirmi? Hə, əfəndim?!
   
   Nəhayət, erməniyə layiq olduğu münasibəti göstərmək məqamı yetişib. Hətta keçib belə...

TƏQVİM / ARXİV