YARAT Müasir İncəsənət Mərkəzinin açılış mərasimi keçirilib
Bakıda YARAT Müasir İncəsənət Mərkəzinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycanın bir çox tanınmış ictimai-siyasi xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, eləcə də xarici qonaqlar iştirak ediblər.
YARAT Müasir İncəsənət Mərkəzi YARAT qeyri-kommersiya təşkilatına məxsus ilk daimi sərgilənmə yeridir. Xatırladaq ki, təsisçisi və bədii rəhbəri Aida Mahmudova ilə bir qrup rəssam tərəfindən 2011-ci ildə təsis olunduğu vaxtdan bəri bu təşkilat artıq 80-dən çox layihə həyata keçirib. Üzü Xəzər dənizinə açılan, sahəsi 2000 kvadratmetr, sovet dövründə möhtəşəm hərbi donanma obyekti olmuş bu tikilidə müvafiq yenidənqurma işləri tamamlandıqdan sonra hazırda YARAT-a məxsusdur. Bu mərkəz müasir incəsənətin, eləcə də incəsənət tədrisinin regional miqyaslı mərkəzi olmaq iqtidarındadır.
Açılış mərasimi münasibətilə qonaqlara "Şirin Neşat: Gözlərimin evi" adlı sərgi təqdim edilib. Sərginin diqqət mərkəzində - rəssamın Azərbaycanda ərsəyə gətirdiyi yeni əsərlər durur. Sərginin Bakıya gətirilməsini kurator Dina Nasser-Xadivi təmin edib. Açılışda YARAT-ın daimi kolleksiyasını təşkil edən əsərlərdən ibarət ekspozisiya da nümayiş olunub. YARAT-ın kolleksiyası son üç ildə toplanıb və xüsusilə YARAT Müasir İncəsənət Mərkəzində kurator Suad Qarayevanın təşkilatçılığı ilə keçiriləcək yeni sərgilərin özəl sifarişləri sayəsində daha da artırılacaq.
YARAT Müasir İncəsənət Mərkəzində təşkil olunan "Şirin Neşat: Gözlərimin evi" adlı sərgisi iyunun 23-dək davam edəcək.
Digər Xəbərlər
19 Aprel 2024 19:37
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb - FOTOLAR
19 Aprel 2024 17:22Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTOLAR
19 Aprel 2024 11:19İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06