adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Mart 2015 14:28
1688
GÜNDƏM
A- A+

Krıma gedən Türkiyə gəmisi həbs edildi

Ukrayna hüquq-mühafizə orqanları Türkiyə gəmisini saxlayıb. Adalet.az-ın "Axşam” qəzetinə istinadən məlumatına görə, keçən il Krıma səfər edən ‘Kanton’ adlı Türkiyə gəmisi saxlanılaraq limana aparılıb. Ukrayna tərəfi bu addımı gəminin Krıma qeyri-qanuni səfər etməsi ilə əlaqələndirib.

Gəmidə 12 nəfər heyət olub və onların arasında türkiyəlilərlə yanaşı, hindistanlı ekipaj üzvləri də var.

Bildirilir ki, Ukraynanın milli təhlükəsizliyinə xələl gətirən səfər etdiyi üçün saxlanılan gəminin kapitanını 5 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, Ukrayna hökuməti Krıma səfər edən Türkiyə gəmilərinin siyahısını hazırlayıb və sərhəd sularına daxil olan kimi həmin gəmilərin saxlanmasına göstəriş verilib.