adalet.az header logo
  • Bakı 18°C
26 Mart 2015 14:09
4860
KRİMİNAL
A- A+

Ata qızını amansızlıqla öldürdü - Video

Bu gecə saat 2 radələrində Bakının Sabunçu rayonunda kişi qızını amansızcasına öldürüb. Hüquq-mühafizə orqanlarından bildirilib ki, hadisə Sabunçu dəmir yolu stansiyasında baş verib.

Belə ki, dəmir yolu stansiyası ərazisində ürək nahiyəsindən 3 bıçaq zərbəsi alan qadın meyiti tapılıb. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gedib.

Araşdırmalar zamanı ölən şəxsin 1985-ci il təvəllüdlü Zərifə Cəlal qızı Qurbanov olduğu məlum olub. Araşdırmalar zamanı qadının doğma atası tərəfindən öldürüldüyü müəyyən edilib.

Hadisəni törədən Cəlal Qədir oğlu Qurbanov saxlanılıb.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Bildirilir ki, ata qızını yüngül həyat tərzi keçirdiyi üçün öldürüb.

Qızının əməllərindən narazı olan ata onu öldürmək qərarına gəlib. Bu səbəbdən ata qızının ürəyinə 3 bıçaq zərbəsi vurub. Zərbələrdən bir qadının ürəyini parçalayıb.

Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. (anspress.com)