adalet.az header logo
  • Bakı 20°C
26 Mart 2015 10:39
2401
HADİSƏ
A- A+

Azərbaycanda yol qırğını - 5 ölü, 23 yaralı

Çərşənbə gününün dəhşətli statistikası

Martın 25-də Azərbaycan yollarında baş vermiş avtomobil qəzaları 5 nəfərin həyatına son qoyub. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, dünən gün ərzində ümumilikdə 6 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə dünyasını dəyişən 5 nəfərdən başqa 23 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Dünən baş verən qəzalardan ən dəhşətlisi Mingəçevirdə olub. Şəhərdə sərnişin avtobusunun da iştirakı ilə qeydə alınmış zəncirvari qəza 3 nəfərin həyatına son qoyub. Daha 10 nəfər isə yaralanıb.

Ölümlə nəticələnən digər iki qəza isə Bakıda qeydə alınıb.

Hər bir fakt üzrə araşdırmalar aparılır.