adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Mart 2015 10:37
2219
DÜNYA
A- A+

Səudiyyə Ərəbistanı Yəməndə hərbi əməliyyata başlayır

Səudiyyə Ərəbistanının silahlı qüvvələri Yəməndə hərbi əməliyyata başlayır.

Apa-nın "AFP”-yə istinadən verdiyi məlumata görə, bunu Vaşinqtonda Krallığın səfiri Adel əl-Cubey bəyan edib.

"Əməliyyatın məqsədi qanuni hökumətin müdafiəsidir”, deyə səfir vurğulayıb.

Onun sözlərinə görə, hərbi əməliyyatlarda 9 ölkənin hərbçiləri iştirak edəcək. Əməliyyatın detalları hələlik açıqlanmır.