adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Mart 2015 10:23
2396
DÜNYA
A- A+

ABŞ-da qasırğa - ölən və yaralananlar var

ABŞ-ın Sand-Sprinqs şəhərində (Oklahoma ştatı) baş verən qasırğa nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Adalet.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şəhərdə qismən və yaxud tamamilə 30-dan çox tikili dağılıb.

Oklahoma ştatının bir sıra şəhərlərində elektrik enerjisi təchizatı pozulub. Oklahoma-Siti və Tals şəhərlərində 40 min nəfər işıqsız qalıb, yollar bağlanıb.

Qeyd edək ki, meteoroloqlar qasırğanın fəsadlar törədəcəyi barədə əhalini əvvəlcədən xəbərdarlıq etmişdilər.