adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
25 Mart 2015 20:54
2295
MƏMLƏKƏT
A- A+

Zaqatalada ikimərtəbəli ev yandı

Zaqatalada fərdi yaşayış evində yanğın olub.

Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, yanğın hadisəsi rayonun Əli Bayramlı kəndində Abbas Zübeyri oğlu Şıxıyevə məxsus, ümumi sahəsi 264 kv/m olan ikimərtəbəli 11 otaqlı fərdi yaşayış evində baş verib.

Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası cə canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin çardaq hissəsində və evin ikinci mərtəbəsində 4 otağın yanar konstruksiyaları 90 kv/m sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi və bitişik digər tikillər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.