adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Mart 2015 16:18
4888
KRİMİNAL
A- A+

İsmayıllıda qətl hadisəsi - arvadını və qonşusunu öldürdü

İsmayıllı rayonunda qətl hadisəsi baş verib.

Rayon Prokurorluğundan verilən xəbərə görə, hadisə rayonun Qurban Əfəndi kəndində qeydə alınıb.

Kənd sakini, 1951-ci il təvəllüdlü Əhmədov Məhəmməd Əhməd oğlu ov tüfəngi ilə həyat yoldaşı, 1959-cu il təvəllüdlü Əhmədova Bahar Qəhrəman qızını və qonşusu, 1953-cü il təvəllüdlü Rəhimov Allahverdi Sədulla oğlunu güllələyib. Hər iki şəxs aldıqları güllə yarasından dünyasını dəyişib.

Hadisəni törədən Məhəmməd Əhmədov saxlanılıb. Lakin halı pisləşdiyi üçün o, İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər onun infarkt keçirdiyini bildiriblər. Hazırda M. Əhmədov xəstəxanada müalicə alır, vəziyyəti ağırdır. Beş uşaq atası olan M. Əhmədovun həyat yoldaşını və qonşusunu qısqanclıq səbəbindən öldürdüyü bildirilir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.