adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Mart 2015 16:11
30243
AVTOMABİL
A- A+

Daha bir küçə təmirə dayanıb

Paytaxtın Nəsimi rayonunda Süleyman Rüstəm küçəsində təmir işləri davam etdirilir. Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, uzunluğu 220 metr təşkil edən küçədə beton səki daşları mərmər səki daşları ilə əvəzlənib, köhnə asfalt-beton örtüyünün qaşınması başa çatdırılıb. Bu gün səhər saatlarından yeni asfalt-beton örtüyünün döşənməsinə start verilib. Sabahdan etibarən kommunikasiya quyularının dəmir-beton piltələrinin və baxış qapaqlarının dəyişdirilməsinə başlanılacaq.