adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Mart 2015 13:45
1839
HADİSƏ
A- A+

Ərini öldürən qadından yeni xəbər

Daxili İşlər Nazirliyi Göyçayda baş verən cinayətlə bağlı məlumat yayıb. 

ANS PRESS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 23-də Göyçay rayonunun Çaxırlı kəndində yaşayan Rusiya Federasiyasının vətəndaşı Vəzir İbrahimov evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Yaralı xəstəxanada ölüb.

Göyçay rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş arvadı Gülnarə İbrahimova tutulub.

Qeyd edək ki, Gülnarə İbrahimova polisə verdiyi ifadədə bildirib ki, əri onu döyüb. Qadın da özünü xilas etmək üçün bıçağa əl atıb. Qadın bildirib ki, əri ilə əvvəldən problemi olub. Onlar arasında dəfələrlə mübahisələr və davalar olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.