adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Mart 2015 13:36
1962
MƏMLƏKƏT
A- A+

Sabah hava isti olacaq

abah Abşeron yarımadasında yağıntı gözlənilmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, martın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında martın 26-da havanın temperaturu gecə 4-6, gündüz 10-15 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında da martın 26-da havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntı olacağı ehtimal olunur. Mülayim şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.