adalet.az header logo
  • Bakı 20°C
24 Mart 2015 21:02
5565
TEXNOLOGİYA
A- A+

Rusiya Azərbaycan istiqamətində rouminq tariflərini 31% qaldırıb

Rusiyanın ən iri telekommunikasiya şirkətlərindən biri olan MTS 49 istiqamət üzrə rouminq tariflərinin dəyişdirilməsi barədə qərar qəbul edib.

 

"İnterfax"ın xəbərinə görə, aprelin 2-dən etibarən 26 ölkə üzrə rouminq tarifləri azalacaq, qalan istiqamətlər üzrə isə artıb.

 

Qeyd edək ki, şirkət Azərbaycan istiqamətində rouminq tariflərini 31% qaldırıb.

 

Şirkətin rəsmi nümayəndəsi Dmitri Solodovnikov bildirib ki, qərara səbəb "bəzi rouminq partnyorları ilə aparılan danışıqların müsbət nəticə verməməsidir".

 

Qeyd edək ki, MTS Ukrayna istiqamətində rouminq tariflərini 67%, Belarus üzrə 2 dəfə, Ermənistan üzrə 67%, Gürcüstan üzrə 77% artırıb.