adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Mart 2015 13:47
5255
HADİSƏ
A- A+

Bakıda ağır yol qəzasında 1 nəfər ölüb 6-sı yaralanıb

Bakıda ağır yol qəzası qeydə alınıb. Adalet.az Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsində Lənkəran rayon sakini Vüsal Həsənovun və Astara rayon sakini Yusif Bağırovun idarə etdikləri "Mercedes” markalı avtomobillər toqquşub.

 

V.Həsənovun sərnişinlərindən Lənkəran rayon sakini İrşad Kazımov hadisə yerində ölüb, hər iki sürücü və dörd sərnişin xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi  tərəfindən araşdırma aparılır.