adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
24 Mart 2015 11:26
5693
KRİMİNAL
A- A+

Bir kənddən ikinci qətl xəbəri

Göyçay rayonunda ailə münaqişəsi qətllə nəticələnib. Apa-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb.

 

1965-ci il təvəllüdlü kənd sakini Vəzir Ağasəlim oğlu İbrahimov və 1974-cü il təvəllüdlü həyat yoldaşı Gülnarə Əkbər qızı İbrahimova arasında ailə münaqişəsi zəminində dava baş verib. Kişi qadını döyüb, qadın isə mətbəxdən götürdüyü bıçaqla ərinin ayağının bud nahiyəsinə xəsarət yetirib. Bıçaq ayağın şah damarını kəsdiyi üçün Vəzir İbrahimov qısa vaxtda çoxlu qan itirib. Qadın qonşuların köməyi ilə ərini Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparıb. Cərrahiyyə əməliyyatı zamanı Vəzir İbrahimov çoxlu qan itirməsi səbəbindən dünyasını dəyişib.

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Qətli törədən Gülnarə İbrahimova saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

 

Məlumata görə, ailənin 3 övladı var. Hadisə zamanı uşaqlar evdə olmayıb. Ailənin qız övladı ailə qurub, oğlanlardan biri Rusiyada, digəri isə hərbi xidmətdədir.

 

Qeyd edək ki, bu, mart ayında Çaxırlı kəndində baş verən ikinci qətl hadisəsidir. Martın 9-da oğlan istədiyi qıza görə nişanlı qonşusunu amansızlıqla qətlə yetirib.