adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Mart 2015 19:45
3387
DÜNYA
A- A+

Ukraynanın sabiq prezidentinin oğlunun ölüm xəbəri təsdiqləndi

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşşenko sabiq prezident Viktor Yanukoviçin kiçik oğlu Viktor Viktoroviç Yanukoviçin Baykal gölündə öldüyü barədə məlumatı təsdiqləyib.

 

 "Rosbalt”ın məlumatına görə, A. Geraşşenko hadisə şahidlərinə istinadən öz "facebook” səhifəsində yazıb ki, oğul Yanukoviçin idarə etdiyi "Volkswagen Multivan” markalı mikroavtobus buzun qırılması nəticəsində suya batıb.  

 

"Mikroavtobus buzun altına getməyə başlayıb. Viktorla birlikdə mikroavtobusda olan 5 nəfər xilas ola bilib, lakin su mikroavtobusa sürücü tərəfdən dolmağa başladığından o, təhlükəsizlik kəmərini açmağa macal tapmayıb və suda boğulub”, - deyə müşavir bildirib.

 

V. Yanukoviçin artıq Sevastopola aparılaraq hərbi qəbiristanlıqda dəfn olunduğu bildirilir.

 

Qeyd edək ki, martın 22-də bəzi KİV oğul Viktor Yanukoviçin öldüyü barədə xəbər yaymışdı. Məlumata əsasən, onun və digər 5 nəfərin olduğu mikroavtobus qadağan olunmasına baxmayaraq, Baykal gölündə buzun üstü ilə hərəkətdə olarkən buz qırılıb və nəqliyyat vasitəsi suya batıb.