adalet.az header logo
  • Bakı 21°C
23 Mart 2015 12:57
3871
KRİMİNAL
A- A+

Doğuş zamanı ölən ana ilə bağlı cinayət işi açılıb

Bakıda baş verən ana ölümü ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Apa-ya verdiyi məlumata görə, Bakıda "Astoriya” Tibb Mərkəzində doğuş zamanı ana ölümü faktının baş verməsi ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

E. Sultanovun sözlərinə görə, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib. İş üzrə zəruri istintaq tədbirləri aparılır

 

Qeyd edək ki, martın 20-də Yasamal rayonunda yerləşən "Astoriya” Tibb Mərkəzində 1986-cı il təvəllüdlü İlahə Musazadə qeysəriyyə əməliyyatından sonra dünyasını dəyişib.