adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

GERiYƏ BOYLANMASAQ...

VƏSİLƏ USUBOVA
21421 | 2010-04-17 01:10
gÖtən günlərin xatirələri adamın yaxasından əl çəkmir. Lap ürəklə, şirin-şirin işlədiyin bir məqamda belə fikirlərini çulğayıb öz ardınca apara bilir. Sənin də bir anlıq da olsa, əlini çənənə dayayıb fikrə getməkdən başqa çarən qalmır. Yox, əslində, bu sənin də ürəyincədi. Günün yorğunluğundan, bir-birini təkrarlayan işlərindən yaxa qutarmaqçın əlinə fürsət düşür. Çünki keçmişin sənin yeganə sərvətindi. Bu günü yaşamağı bacarmayan bizlərdən ötrü artıq arxada qalan, əlimiz çatmayıb, ünümüz yetməyən çağlar qəlbimizdəki boşluğu doldurmaq, bir-birindən fərqlənməyən kasıb təəssüratlı günlərimizi zənginləşdirməyin ən asan yolu, çarəsiz qəlbin təsəllisidig
   
   Ağıllı adam odur ki, daim bu günlə yaşayıb, inamla ömrün sabahına baxa bilir. Neyləyəsən ki, ağıllı olmaq hamının alın yazısı deyil. Bu yerdə özümə təsəlli də vermək istəyirəm. Yəni ki, dünənsiz bu gün də yoxdu. Sabahımız da elə dünənlə bu günün çiynində qərar tutacaq və s. və i.a.
   
   Hər il yaz gəlib təbiət canlananda tarla işlərinin əvvəlki mənzərəsi yada düşür. Əkinçinin çörəyi torpaqdan çıxsa da, daha o illərin qaynar təsərrüfat həyatı yoxdu. Kolxoz və sovxozlar ləğv edilib, hər şeyi dağıtmağın, mənimsəməyin canı olan, ümumi işin xeyrinə bir çöpü belə qaldırmağa qarnı ağrıyan adamlarımız hər şeyi talan edib viranəyə çeviriblər. Kolxoz idarə heyəti binalarının, qadınlı-kişili yüzlərlə adamın işləyib evə bir parça çörək apardığı fermaların, dövrünə görə müasir heyvandarlıq komplekslərinin ancaq beton özülləri qalıb. Ona görə qalıb ki, bunları daşıyıb aparmaq xeyli çətindi, aparsan da bir işə yarayan deyil.
   
   İndi hamının öz təsərrüfatı var Həyətyanısı, pay torpağı, icarəyə götürdüyü torpaq və s. Ancaq o texnika, gübrələr, ən əsası da əmək coşğunluğu yoxdug Hər nə isə unutmaq olmur o illəri. Fikir verib görürəm ki, tək mən deyiləm, elə ətrafdakıların çoxu (təbii ki, o dövrü yaşayanlar) eyni nostalji hissləri keçirirlər. Keçmiş həmişə şirindi, cazibədardı. Yandırıcı təəssüflərlə müşayiət olunan xatirələrin sehri adamı ovsunladıqca daha tez-tez arxaya boylanmaq istəyirsən. Əldən uçurtduğun, bir daha geri dönməyəcəyinə əmin olduğun quşun ardınca necə baxırsansa, bir daha ələ düşməyəcək gənclik illərinin xəyalından ayrılanda da yanıqlı-yanıqlı köks ötürüb təzədən işə başlamaqdan başqa çarən qalmırg
   
   Yaxın günlərin sözüdü, birisi həmin illərdə rayonumuzdakı 26 Bakı komissarı adına kolxozun ərazisində baş vermiş, əslində təsərrüfat işlərinə dəxli olmayan bir hadisəni xatırlatdı. O dəqiqə yadıma düşdü. Mən o hadisədən yazmışdımg
   
   Onlar üç nəfər idilər. Üç məktəbli, üç yeniyetməg Həmin il pambıq yığımının qızğın çağında elə bir hünər göstərmişdilər ki, sorağı Moskvayadək gedib çıxmışdı. Və mən onların haqqında "Cəsurlar" adlı məqalə yazmışdım. Yazı rayon qəzetindən başqa, Azərbaycan LKGİ MK-nın tapşırığı ilə "Azərbaycan gəncləri" və "Molodyoj Azerbaydjana" qəzetlərində də dərc olunmuşdu. Nə baş vermişdi? Bu uşaqlar neyləmişdilər? Yazıdan bir parçaya diqqət yetirək:
   
   "gOktyabrın 19-da hava buludlu və soyuq idi. Külək əsirdi. 26 Bakı komissarı adına kolxozun pambıqçıları Şaumyan kanalının o tayındakı sahədə məhsul toplayırdılar. Adi iş günlərindən biri idi. Kanalın üstündəki körpüdən həmişəki kimi yenə də saysız-hesabsız minik və yük maşınları keçirdig
   
   -Həmin günü heç vaxt unutmaram. Saatı, dəqiqəsi də yadımdadır. 9.30 dəqiqə idi. Hələ önlüyümü doldurmamışdım. Birdən tükürpərdici təkər səsi hamını əl saxlamağa məcbur elədi. Dönüb baxanda süd rəngli "QAZ-31" markalı "Volqa" maşınının körpüdən aşıb suya düşdüyünü gördüm. Önlüyü açıb var gücümlə körpüyə sarı yüyürdüm. Müşfiqlə Faiq də ardımca yüyürdülər. Təkcə pencəyimizi soyuna bildik. Paltarlarımızın qalanını soyunmağa səbrimiz çatmadı. Maşın suya batmışdı. Özümüzü kanala atdıq. Maşının təkərləri hələ də fırlanır, məni də fırladırdı. Gücümü toplayıb maşındakılardan birinin çiyinlərindən yapışdımg
   
   Bu sözləri Elmar deyir. Sarıbəniz, möhkəm bədənli, aydın baxışlı kəndli balası. Kürən saçları günəşdən bir az da saralıb. İlk baxışdan hiss olunur ki, çevik və dilli-dilavərdir. Cəmi 20 gün bundan əvvəl özündən böyük onlarla kişidən seçilən, mərdlik və igidlik göstərən yeniyetmə oğlan hələ də uşaqlıq dəcəlliyindən əl çəkməyib. Söhbət edə-edə gah qələmimi götürür, gah da stol üstündəki qəzet-jurnalları, şəkilləri qarışdırır. Müşfiqlə Faiq nisbətən təmkinli və səbirlidirlər. Dostlarını diqqətlə dinləyir, arabir söhbətə qoşulurlarg"
   
    O zaman bu uşaqları necə heyranlıqla, qürurla süzdüyümü, dinlədiyimi xatırlayanda indi də həyəcanlanıram. Qəlbim dağa dönmüşdü. Ölkəmizdə necə gözəl nəsil yetişirdi! Vətənimin taleyi, gələcəyi belə mərd oğulların əlindəydig Onlara o qədər sual vermək isətyirdim ki,g Verirdim də.
   
   " -Həmin gün hadisə yerinə sizdən başqa xeyli adam yığışmışdı. Amma suya atılan birinci siz olmusunuz. Belə etməyə bilərdinizmi? Əgər boğulanları xilas etməsəydiniz, sonra bu hərəkətinizə necə baxardınız?
   
    Elmar Sadıqov:
   
    -Yox, belə etməyə bilməzdik. Biz onda heç nəyin barəsində düşünmürdük.
   
    Müşfiq və Faiq Ağayev qardaşları:
   
   -Biz də bunu bacarmazdıqg"
   
    Mənim qəhrəmanlarımın üçü də rayonun Qalaqayın kəndindən idi. Y.Qaqarin adına şəhər rus orta məktəbində oxuyurdular. Qonşu idilər. Maraqlı burasıydı ki, bu üç oğlanın zövqü də oxşar idi. Boş vaxtlarında futbol oynayır, özləri demişkən, "müharibəli kino"lara baxmağı xoşlayırdılar.
   
    "-Heç nə vaxtsa qəhrəmanlıq göstərəcəyiniz barədə düşünmüşdünüzmü?
   
    Elmar:
   
    -Mən əvvəl də bir nəfəri xilas etmişəm. Üçüncü sinifdə oxuyanda babamgilə getmişdim. Uşaqlarla arxın qırağında oynyırdıq. Elə bu vaxt qızlardan biri suya düşdü. Böyüklər xəbər tutunca özümü atıb onu xilas elədimg
   
    -Qəhrəmanlıq göstərdiyiniz həmin gündən sonra özünüzü necə aparırsınız? Xasiyyətinizdə, hərəkətlərinizdə dəyişiklik yaranmayıb ki?
   
    Elmar:
   
    -Yox. Lovğalanmaq niyə lazımdır? Amma bir şeyi unuda bilmirəm. Biz boğulanları xilas etməyə çalışanda bir kişi pencəyini gah soyunur, gah da geyinirdi. Suya atılmağa heç cür ürək eləmirdi. Onu xatırlayanda deyirəm: yaxşı ki, biz elə deyilikg
   
    Bəli, yaxşı ki, siz elə deyilsiniz. Günlər, aylar ötəcək, illər bir-birini əvəz edəcək. Amma həmin hadisənin şahidi olanlar da, bu barədə eşidənlər də sizin kiçik boyunuzla göstərdiyiniz böyük şücaəti, şanlı Lenin komsomolunun və pionerin adını necə şərəflə doğrultduğunuzu heç vaxt unutmayacaqlar. Sizin hünərinizi V.M.Yaşin də unutmayacaq. Günəşli Azərbaycanı, onu yenidən həyata qaytaran qaynar ürəkli üç kəndli balasını ömür boyu minnətdarlıqla yad edəcək."
   
    Yazının axırıncı abzasını qəsdən olduğu kimi verdim. Elə əvvəlki abzaslarda da indi bizə yad kimi görünən sözlər, fikirlər vardı. "26 Bakı komissarı adına kolxoz", "Şaumyan kanalı", "Lenin komsomolu və pioner" və s. Diqqətli oxucu yəqin ki, onu da gözdən qaçırmadı; mən məktəblilərin guyə ancaq dərsdən sonrakı vaxtlarında kolxozçulara kömək etdiklərini yazmışdım. Halbuki o zamanlar yuxarı sinif şagirdləri sentyabrın ilk günlərindən noyabrın ortalarınadək məktəbə getmirdilər. Məqaləni işləyəndə Moskvadan gəlmiş nümayəndənin də vəzifəsini göstərməyə qoymadılar. İndi bəlkə də bunun heç bir əhəmiyyəti yoxdu. Amma bu günün prizmasından baxanda adamın xəyalından çox mətləblər keçir. O mətləblər ki,g
   
    Bu yazını işləyəndə bir tarix müəllimindən Amerika hinduları haqqında eşitdiyim əhvalat yadıma düşdü.İşgalçı ölkənin əsgəri iki silahsız hindunu qabağına qatıb çay qırağıynan aparırmış. Birdən əsgərin ayağı sürüşür, müvazinətini saxlaya bilməyib sürətlə axan çaya düşür. Hinduların necə çevik, ayaqdan iti olmaları hamıya bəllidi. Onlar göz qırpımında qaçıb uzaqlaşa bilərdilər. Amma bunu etmirlər. Özlərini suya atıb az qala dünyanın o başından onların nəslini kəsməyə, torpaqlarını zəbt etməyə göndərilmiş əsgəri xilas edirlər. Bəlkə də bu müqayisə çoxlarına məntiqsiz görünəcək. Bu yerdə söhbət heç də xilaskar hinduların ibtidai şüurundan getmir. Əsgər onları əsir götürmüşdü, qabağına qatıb aparırdı və hindular da başa düşürdülər ki, bu yol xeyirə deyil, ölümə qənşərdi. Amma bir dəqiqə də olsun tərəddüd etmədən düşməni ölümcül suların qoynundan aldılar. Bu insanın doğal xislətidi, hələ siyasətin zəhərləyə bilmədiyi düşüncələrin bakirəliyi, gendən, zatdan gələn bir comərdlikdi. Bizim qəhrəmanlarımız uşaq idilər, hələ boyunlarına qırmızı pioner qalstuku bağlayır, döşlərinə komsomol nişanı taxırdılar. Özlərini nəhəng bir ölkənin vətəndaşı, kommunizm quran xalqın şanslı övladları bilirdilər və onların bu düşüncələrində qeyri-normal heç nə yox idi. Qeyri-normallıq biz böyüklərin düşüncəsindəydi. Əksəriyyətimizin şüuru Amerika hindularından irəli getmirdi. Halbuki çoxumuz Aytmatovun manqurtu haqqında oxumuş, eşitmişdik.
   
   Xilas elədikləri moskvalı qonaq isə hər şeyi çox gözəl bilirdi. Yayın qızmarında istidən nəfəs kəsilən aran torpağına qara qaşımıza, qara gözümüzə tamaşa eləməyə gəlməmişdi. Gəlmişdi görsün ki, bu gözəl-göyçək "zənci"lər pambıq plantasiyalarında iyirminci əsrin qulları obrazında necə görünürlər. O, burada olduğu sürəcə heç kəsin qəddini düzəltməyə cürət etməyəcəyini də bilirdi. Bilməsəydi, ən azından onu xilas edən uşaqlardan soruşardı ki, günün bu çağında siz niyə sinif otaqlarında deyilsiniz?!
   
    Bu hadisə 19 oktyabr 1985-ci ildə olmuşdu. Ərinməyib hesabladım: düz 4 il, 3 ay, 1 gündən sonra 20 Yanvar faciəsi olacaqdıg
   
    Yox, yaxşı ki, insan xatirələrlə yaşamağa meyllidi. Yaxşı ki, arada dönüb ötən günləri yada salmaq mümkündü. Yoxsa, yaddaşsızlıq böyük-böyük millətlərin belə axırına çıxardıg

TƏQVİM / ARXİV