adalet.az header logo
  • Bakı 17°C
20 Mart 2015 11:29
3419
DÜNYA
A- A+

Türkiyə həbsxanasında dəhşətli cinayət

Həbsxanada ərini ziyarətə gedən qadın əri tərəfindən öldürülüb. 


Adalet.az xəbər verir ki, hadisə Türkiyənin Sivaş şəhərində qapalı cəzaçəkmə müəssisəsində baş verib. 33 yaşındakı Mətin Avcı görüş sırasında həyat yoldaşı Leyla Avcının boğazını meyvə bıçağıyla kəsərək onu qətlə yetirib. Cinayət səbəbiylə 16 illik azadlıqda məhrum edilən Mətin Avcı daha sonra öz qollarını bıçaqla kəsib. Qətlin hansı səbəbdən baş verdiyi məlum deyil, araşdırmalar davam edir.