Bütün zamanlarda xeyirlə şərin, işıqla qaranlığın mübarizəsi gündəmdə olub. Hər kəs öz düşüncəsi ilə, öz dünyagörüşü ilə ətəyindən yapışdığı işığı və yaxud qaranlığı, xeyiri və yaxud şəri daha çox diqqət mərkəzində saxlamağa, daha çox təbliğ etməyə üstünlük verir. Sanki insanlar bu mübarizələri ilə özlərinə doğma bildikləri, özlərinə doğma hesab etdikləri məqamın qalib gələcəyinə inanıblar. Və beləcə zaman öz işində olub, insanlar da öz mübarizələrində. Bu günə qədər də belədir, insanlar öz işindədi, zaman da öz işində...
Çoxdandı qarşılaşmırdım. Elə göz görüb könül aramadığından açığı yadıma da düşmürdü. Tamam da olmasa, tamama yaxın bir şəkildə unutmuşdum onu, varlığı ilə yoxluğu heç xatirimdən də gəlib keçimirdi. Bu günlərin birində qarşılaşdım onunla. Gördüm və xatırladım. İstədim soruşam ki, haralarda idin, niyə görünmürdün, amma sonra dayandım. Sualı yarı yolda saxlayıb geri dönmək əmrini verdim. Çünki o da öz növbəsində soruşa bilərdi ki, məni haralarda axtarmısan ki, görməmisən? Məhz həmin qarşılıqlı sualdan yayınmaq üçün dilimin ucundan qaytardığım suala görə özümdən məmnun oldum. Sadəcə "nə var, nə yox" dedim. O da öz növbəsində "çox sağ olun, Tanrının köməkliyi ilə bir təhər yola gedirik" dedi.
Onunla atüstü söhbət etdim. İş-gücündən, həyatından xəbər tutdum və elə gördüyüm kimi də ayrılıb gedəndə unudacağımı düşündüm, lakin olmadı. Çünki o söhbət əsnasında elə bir söz , elə bir fikir səsləndirdi ki, təkcə yaddaşıma yox, həm də ürəyimə ilişib qaldı. Məhz ürəyimə ilişib qalan o sözün ağrısı məni onu təkrar xatırlamağa məcbur etdi və xatırladım...
Tələbəlik illəri idi. Onda Azərbaycan Dövlət Universiteti adlanan təhsil müəssisəsində oxuyurduq - o da, mən də. O, tələbə kimi hardasa kirayənişin qalırdı, mən yataqxanada. Sonra mən gecə növbəsində işə düzəldim və yataqxanadan kirayənişinliyə köçdüm, o isə yataqxanaya qayıtdı. Demək olar ki, həftənin şənbə-bazar günləri bizə gəlirdi. Tələbənin imkanından, yəni qulpundan çıxan pulun müqabilində xırda bir bazarlıq da edərdi. Daha çox da rus arağı alardı və hər dəfə də zarafatla boynuma qoyardı ki, "ə, sənin qızartığın kartofun ləzzətini heç harda dada bilmirəm". Mən də üzə düşüb (həm də qonaq gəlib, məcburam) kartof qızardardım. Onda kartof indiki kimi nə zəhərli sayılmırdı, nə də baha deyildi. İki-üç kiloqram kartofu bir tavada qızarıb baş soğanı və çörəyi doğrayıb gətirirdim ortaya. Digər iki otaq yoldaşım və o masaya yaxın gəlirdi. Araq stəkanlarının yerini də əzbərləmişdi. Dərhal soyuducudakı kefiri də qoyurdu ortaya və "bu da zakuskamız" - deyirdi. Onun bu ərkləri otaq yoldaşlarımı təbdən çıxarmışdı. Hiss edirdim ki, hamısı onun gəlişindən iki mənada narazıdı. Birincisi, özünü çox ərkəsöyün aparırdı, ikincisi, bizi əməlli-başlı içkiyə meylləndirmişdi. Təbii ki, mən də birbaşa heç nə deyə bilmirdim. Amma bir dəfə özümü sərxoşluğa vurub soruşdum ki, "xeyir ola hər şənbə-bazar bizim üçün pul xərcləyirsən?". Cavabında heç gözləmədiyim və həmin andaca məni ondan iyrəndirən bir cavab eşitdim:
- İstiyirəm ki, yaddaşınıza, ürəyinizə hopum. Harda yaxşı, pis nə görsəniz dərhal məni xatırlayasınız. Kəsdiyimiz çörək məndən üz döndərməyinizə mane olsun.
Bəli, bu bir acı həqiqət idi. Məhz bu səbəbdən də biz yavaş-yavaş şənbə-bazar günləri evdən "qaçaq" düşməyə başladıq. O da hər gəlişi ilə qapını bağlı görüb ünvanımıza gileylənə-gileylənə "xozeykamıza" bizə salam çatdırmağı tapşırıb gedirdi. Beləcə münasibətlər soyudu, görüşlər təkəm-seyrək, adda-budda oldu. Və nəhayət bizlər onu unutduq. Bax, indi qarşılaşanda da mən sadəcə, onun bir vaxtlar dediyi sözü xatırlamasından keçmişə üz tutası oldum. Çünki o keçmişdə çox şeylər var idi... həddindən artıq çox və həddindən artıq da maraqlı. Amma ən maraqlısı odur ki, o keçmişin ardınca hələ də ürəyim sürünür. Təkcə sürünmür, həm də inildəyir.
Yollarda yorğun düşsə də
Əsaya söykənib gəlir
İçində qırğın düşsə də
Əzaba söykənib gəlir-
Dalınca, şair ürəyim.
Çarpışır, vuruşur hələ
Qoymur kül olsun ümidim
Dünyadan bezəndə belə
Üzün söykəyib kiridi-
Balınca, şair ürəyim.
Fırlanan zaman çarxında
Vaxt səbrimi kəsəcəkdi
Harasa durub çıxanda
Cangüdən tək gəzəcəkdi-
Yanınca, şair ürəyim!..
***
Son günlər dost-tanışla görüşlərimdə onların bir etirazı ilə qarşılaşıram. Hamısı mənə irad tutur ki, yazılarımda kədər notları çoxdur, ümidsizlik üstünlük təşkil edir və bunlardan qaçıb qurtarmaq lazımdır. Doğrudur, mən onlarla razılaşıram, müəyyən məqamlarda onları haqlı bilirəm, amma hər dəfə də söyləyirəm ki, kədərdən, qəmdən heç vaxt qaçmamışam və qaçmayacam da. Çünki bu ən azı namərdlik olar və hələ məsələni bir az da qəlizləşdirsəm hətta xəyanət də sayıla bilər. Bu xüsusiyyətləri yəqin ki, mənə dostlarım rəva görməzlər.
Deməli, istənilən halda insan bir varlıq olaraq formalaşır və onun istənilən hüceyrəsi, istənilən əzası digərindən həssaslığı ilə fərqlənir. Yəni əlin ağrısını ayağın ağrısı ilə eyniləşdirmək, gözün ağrısını barmağa batan tikanın ağrısı ilə bərabər tutmaq mümkün deyil. Hamısının adı ağrı olsa da. Amma bunların həm şiddəti, həm də müalicəsi fərqlidir. Odur ki, mənim bir maqnit kimi özümə çəkdiklərim daha çox ürəyimin, düşüncələrimin istəkləridir. Mən öz impulslarıma cavabı həmişə kədərdən, qəmdən almışam. Çox hörmətli Vəsilə xanımın vurğuladığı kimi (söhbət Vəsilə Usubovadan gedir- Ə.M.) kədərlə, qəmlə söhbət mənə bir könül rahatlığı da bəxş edir. Bir də ki, nə var deyib-gülən, loru dildə desək kefi kök, Araz aşığından, Kür topuğundan olan birisi ilə söhbət edib, gün keçirməyə. Elə dünyanı anlamaq üçün dərdlə danışmaq, gün keçirməkdən yaxşı deyilmi?
Hə, mənim kədərlə qan qardaşı, süd qardaşı olmağım güvəncimdi. Bu güvənc içimdə bir dövlətə, bir ölkəyə bənzəyir və mən də həmin ölkənin, həmin dövlətin fəxri vətəndaşıyam, həm də daimi qonağı... Bir az özündən razılıq kimi çıxmasın, tam səmimiyyətlə deyirəm, bu vətəndaşlıqdan da, bu qonaqlıqdan da çox razıyam. Çünki ondan kənarda sıxıntılarım hədsiz, qəribliyim ölçüsüzdür.
çox-çox uzaqlardan gələn
səsi boğulan qəribəm
ürəyi sevdalı, amma
kasıb doğulan qəribəm...
bəxtim yazı ismarladı
sinəmə qəm mismarladı
sevgi dolu misraları-
xəlvət oxunan qəribəm...
çəkilsəm də sınağına
söz olmadım qınağına
ruhu göydə, yanağına-
bulud toxunan qəribəm...
***
Hər gün nələrisə qovur, nələrinsə də dalınca qaçırıq. Qovduğumuz müxtəlif ola bilər. Amma, mənə elə gəlir ki, dalınca qaçdığımız daha çox güzəranımızdır. Yəni çörəkdi, işdi. Necə deyərlər, iş olanda çörək də olur. Doğrudur, indi mənim bu şüarımı hələ divarlara, baş meydanlara yazıb yapışdırmayıblar. Amma dünyanın iqtisadi təlatümü deyəsən bu şüarı çox yaxın zamanda dillər əzbəri edəcək. Nə isə...
Deməli, həftənin tən ortasında redaksiyamıza bir xanım təşrif buyurdu. Açığını deyim ki, yerişi də, çöhrəsi də mənə çox doğma gəldi. Onu kiməsə bənzətmişdim və o da birbaşa məktublar şöbəsinin otağında mənə üz tutdu, özü də adımı və soyadımı deməklə. Səsindən tanıdım və etiraf etdim ki, onu digər tələbə yoldaşımla səhv salmışdım. Çünki bu xanımı sonuncu dəfə universiteti bitirəndə görmüşdüm. Amma indi məlum oldu ki, o universiteti bitirəndən sonra yenidən universitetə qayıdıb və indi orda müəllim kimi çalışır. Xeyli söhbət etdik, tələbə yoldaşlarımızı, keçmişi xatırladıq. Elə bu xatırlama da məni yenidən keçmişə çəkib apardı.
Hərdən düşünürəm ki, insan ömrü niyə bu qədər qısadır. Özü də indiki şəraitin, indiki ömrün fonunda həyat lap qısa görünür. İtirdiyim dostların təvəllüdləri özü-özlüyündə həyatın qısa və amansız olduğunu söyləyir. Amma xatirələrə dalanda, xatirələrlə qol-boyun olanda baxıb görürəm ki, ömür heç də qısa deyilmiş. Sən demə, ömrü yaşamağı bacarmaq lazım imiş, onun zaman ölçüsünün davasını etmək yox.
İndi yazının birinci hissəsində xatırlatdığım həmin o tələbə yoldaşımla bağlı məqamdan keçən 30 ilə yaxın müddəti bir anın içində yaşadığım kimi, həmin xanım tələbə yoldaşımın gəlişi ilə yaşadığım tələbəliyimi ortaya qoyanda az qala böyük bir ömür səhifələndi gözümün qarşısında. Və anladım ki, bu fani dünyada çox şeylər görüb, çox şeylərdən xəbərdar olub, çox şeylərdən də uzaqda durmağa çalışa-çalışa ömür xırdalamışam. Onun bəzəyi də mənim güvəndiyim həmin o kədər, həmin o qəm olubdur. Bəlkə də həmin elə o kədər, o qəm mənim yaşıma yaş calayıb.
baş götürüb gedək, gedək
bu üzü qara dünyadan
mən dedim, sənsə demədin-
gedək bəs hara, dünyadan?!
ağrıya şirin qatmağa
bir qəmin yükün atmağa
yol vermir yara çatmağa-
aldığım yara dünyadan...
tay, nə deyim ötən yaşdan
kim kiprikdən, kimsə qaşdan
mən fağırsa əzəl başdan-
çəkildim dara dünyadan...
Çox böyük təzadlar var. O qədər böyük təzadlar var ki, onları çözmək üçün bir ömür kifayət etməz. Şəxsən mən yaşadığım illərin hər anını təkrar xatırlayanda səhvlərimlə doğrularım arasında anlaşılması çətin olan suallarla üz-üzə qalıram. O suallarla ki, onların hər biri ayrı-ayrılıqda özü də sual doğurur. Deməli, ömür həm də həyatın suallarıdı. Özü də Tanrının yazdığı yazının sualları. Biz son mənzilə üz tutanda o sualların çox az bir qisminin cavabını özümüzlə aparırıq, əgər apara bilsək...