adalet.az header logo
  • Bakı 21°C
19 Mart 2015 10:15
29247
AVTOMABİL
A- A+

Paytaxt tıxac içində

Bu gün səhər saatlarında Bakının bir neçə mərkəzi küçə və prospektində böyük tıxac yaranıb.

Adalet.az-ın Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, saat 10:00-a olan məlumata görə, Azadlıq prospektində, Rəşid Behbudov küçəsində, Yüsif Səfərov küçəsində, 28 May küçəsində, Cəlil Məmmədquluzadə küçəsində, Badamdar küçəsində, Əbdürrəhman bəy Haqverdiyev küçəsində, Şah İsmayıl Xətai küçəsində, Gülayə Qədirbəyova küçəsində, Əbdüləzəl Dəmirçizadə küçəsində, Fəzail Bayramov küçəsində, Nürəddin Süleymanov küçəsində böyük tıxac müşahidə olunur.

Qeyd olunan küçələrdə avtomobillərin hərəkət sürəti 4,61 km/saatdan, 40 km/saata kimi dəyişir. Ən uzun tıxac isə Azadlıq prospekti, 28 May küçəsi və Yüsif Səfərov küçələrində müşahidə olunur.