ANA SƏHİFƏ / YAZARLAR

SPARTAKiada

19715    |   2010-04-03 05:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Novruz bayramı, yəni əslində uzun müddətli yaz tətili günləri öncəsi rəsmi xəbər agentliklərinin çox qəribə bir məlumatı yayılmışdı. Qəzetlər yazırdılar ki, planetimizdə 27 milyon (!!!) nəfər qul qeydə alınıb. Düzdür, bu qulların ayaqları və qollarının zəncirli, burunlarının sırğalı və damğalı olmaları barədə heç nə deyilmir. Hər halda ekzotik hadisə və ya görüntü də deyil. Qulun nə olduğunu, hansı məna daşıdığını tarix dərslərinə orta səviyyədə diqqət yetirən adi məktəbli də bilir, formasiya ayrıca bölmə kimi şərh edilir. Yəni quldarlıq dövrü bizdən min illərlə uzaqlarda qalsa da müəyyən məqamlarda xatırlanaraq yada düşür. Bu, vəziyyətin bizi qane edən tərəfidir. Ancaq dərinə getdikdə bir məsələni də nəzərə almalı olursan ki, bəziləri tarixin bu ən amansız quruluşu haqqında normal bilgiyə malik olmayıb, çox şeyi, eləcə həmin məlumatı da zarafat kimi qəbul edər. Bu səbəbdən də o ilginc xəbərə "çox ciddi şəkildə" münasibət bildirəcəm.
   
   Quldarlıq quruluşu, məlumdur ki, insanın insan tərəfindən istismarına əsaslanan ilk sinifli ictimai- iqtisadi formasiya olub. Bundan əvvəllərə qədər isə, yəni eramızdan əvvəl beşinci-dördüncü minilliklərdə köləlik kəşf olunmamışdı. Tayfalar, qəbilələr, bəlkə də tarixə məlum olmayan hansısa dövlətkimilər təbiət hadisələri ilə, eyni zamanda qarın doyurmaq uğrunda mübarizələr aparırdılar. Təbii ki, ov və meyvələr üçün münbit ərazi, həmçinin yaşayış məskənləri üçün daha əlverişli və təhlükəsizlik yerlər uğrunda döyüşlər, müharibələr də olurdu. Ən qısa döyüşlərdə belə tərəflərdən biri və ya hər ikisi itkilərlə bərabər, əsirlər də verirdi. Bunlar qaçılmaz idi. Bilmirdilər neyləsinlər. Lap əvvəllər əsirləri bişirib yeyirdilər. Əsasən də öldürürdülər. Qədim insanların, sevimli əcdadlarımızın ağlına gələndə ki, əsirlərin əməyindən istifadə etmək onlara fayda verər, hətta alıb-satarlar da, quldarlıq quruluşunun başlanğıcı qoyulmuşdu. Qulların böyük əksəriyyətindən təbii ki, əzələ enerjisi kimi istifadə olunurdu. Ancaq quldarlıq quruluşunun klassik nümunəsi hesab olunan Qədim Roma imperiyası kimi daha çox inkişaf etmiş dövlətlərdə zehni əməklə məşğul olan qullar təbəqəsi də var idi.
   
   ... İndi nə Mesopotamiya var, nə də Qədim Misir, Qədim Yunanıstan, Qədim Roma... Quldarlıq quruluşunun dağılıb tarixə qovuşmasından da 1500 ilə yaxın uzun bir zaman keçib. Oturub adi hesablamalar aparanda görürsən ki, o vaxtlar bəşəriyyətə məlum olan insan məskənlərində üst-üstə 2-3 milyon qul ola, ya olmaya. İndi isə 27 milyon! Düzdür, planetin əhalisi də yüz illər boyu xeyli artıb, çoxalıb. Elə ölkələr var ki, kosmosdan baxanda qarışqa yuvasını xatırladır. Bütün hallarda yenə də 27 milyon qulun mövcudluğu qorxulu faktdır. Birdən "O" qayıtmış, gəlmiş oldu? Adamın hərdən sadəlövh damarı da tutur ey. Yoxsa tarixçilərimiz bizə atıblar, quldarlıq quruluşu hələ tam dağılmayıb? Demirlər ki, filan yerdə hələ də feodalizm qanunları hökm sürür? Bəlkə quldarlıq da eləcə...
   
   Başqa şübhə və nümunələr də var ki, mübahisələr aparmağa yol açır. Məsələn, quldarlıq quruluşunun süqutundan, eramızın V əsrindən sonra tarix meydanına çıxmış germanlar, slavyanlar və bir sıra digər xalqlar quldarlıq quruluşunu keçmədən ibtidai icma quruluşundan birbaşa feodalizmə adlamışlar...
   
   Dayan bir! Bəlkə bu 27 milyon qul dedikləri romalılara əsir düşmüş həmin o cəsur frakiyalının törəmələridir, artıb-çoxalıb, yayılıblar yer üzünə? Yadınızdadırmı, eramızdan əvvəl 74-cü ildə Kapuya şəhərindəki qladiator məktəbində Spartakın başçılığı ilə möhtəşəm qullar üsyanı başlamışdı. Hələ onlara bir çox qaçqın qullar, icarədar kəndlilər də qoşulmuşdu. O dövrlər üçün ciddi hərbi intizama malik olan Spartak ordusunun maksimum 70 min nəfər döyüşçüsü olardı. Ancaq Roma imperiyasını lərzəyə salmışdı. Senat Spartakın üzərinə məşhur konsulların başçılıq etdiyi nizami orduları göndərirdi. Spartak e.ə. 72-ci ildən başlayaraq Lentulun, Gellinin, Kassinin qoşunlarını böyük itkilərlə məğlubiyyətə uğratmışdı. Spartak Siciliyaya keçmək istəyirdi...
   
   ... İndi nə Siciliyaya, nə Pompeyə, nə də... Tora-Bora kahalarına ehtiyac var. Artıq bu cür düşüncələr, eləcə də Covanyolinin, Yanın və başqalarının əsərlərini təkrar oxumaq da, Hollivud şedevrlərinə tamaşa etmək də sən deyən ciddi maraq doğurmur. İndi tamam başqa, yeni bir Spartak lazımdır. Əsl adı Tom olsun, Samandra olsun, lap elə Mehrabalı olsun, fərq etməz. Yığsın başına həmin o binəva insanları, yürüş etsin demokratiyanın "mərkəzi bazarına" doğru.
   
   27 milyon ey! Gör BMT-nin binası və bütün Nyu-York necə lərzəyə gələcək. Ağlı, qaralı, sarılı - bütün demokratiya oyunçularını kəllə-mayallıq eləyib... quldarlıq quruluşunun birdəfəlik ləğv olunmasını rəsmən təsdiq etsinlər. Ağzında min illərdən qalma qul deyirsən. Məsələ bitdikdən sonra dilə yatdı-yatmadı o qəhrəmanın adına romanlar, baletlər yazılacaq, filmlər çəkiləcək, yeni xalq komandaları, həmkarlar ittifaqları yaradılacaq. Bu qəhrəman hər kim olacaqsa, durmasın, cəld tərpənsin...


YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-07-22
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK