RUHUN SƏSİNİ İNCƏDƏN İNCƏ

ƏBÜLFƏT MƏDƏTOĞLU
64567 | 2015-03-18 19:15

Və zərgər dəqiqliyi ilə sözə çevirən şair

Bilmirəm, təsadüfdü,yoxsa həyatdan doğan bir zərurət. Amma inanın ki, mən bu silsilə yazılarımı əvvəlcədənplanlaşdırmamışam və düşünməmişəm ki, kimin barəsində kimdən öncə yazım vəyaxud sonra. Görünür, şairlərin Tanrıya yaxın olmaları barəsində söylənilənfikirlərin damarında böyük bir həqiqət var imiş. Məhz o həqiqət də elə buyazımda özünü göstərir. Çünki mən hamının sevdiyi, hamının alqışlarlaqarşıladığı və misralarını yaddaşına köçürdüyü, mənimsə ürəyimdə yaşatdığım birşair barəsində düşüncələrimi sizinlə bölüşəcəm...…

Bəli, o İNSAN həyatımınsözlə, qələmlə bağlı olan bütün sahələrində olub, var və olacaqdır. Mən bu üçzamanı bir araya çox rahatlıqla gətirirəm. Çünki olub, var və olacaq deyəndəona göy üzünə inandığım kimi, suya, oda tapındığım kimi inanaraq deyirəm vəbilirəm ki, ruhum məni tərk edənə qədər o olub, var və olacaq. Deyimim, inamım,istəyim, daxili tələbatı, arzum, bir sözlə, çeşid-çeşid, löyün-löyün,dürlü-dürlü olan sözlərin müəllifi, yaradıcısı özünü mənə müqəddəslər kimisevdirib. Mən onu özümün həyatımda işıq kimi, od-alov kimi görmüşəm və sevmişəmvə qəbul etmişəm. Birmənalı şəkildə də deyə bilərəm ki, mən onu görübtanıyanda, onun misralarını oxuyanda onda 70-ci illərin sonu, 80-ci illərin əvvəlləriidi. Mən Hüseyn Arifin vurğunu olduğum üçün onun sözünün işığı məni həm də ZəlimxanYaquba istiqamətləndirdi. Burda bir doğma adamın da təsirini xatırlamaya bilmərəm.O da rəhmətlik Nüsrət Kəsəmənli idi. Ailə dostum, könül dostum olan Nüsrət Kəsəmənliməni Hüseyn Ariflə tanış etdi və mən Hüseyn qağanı kəndimə, evimə qonaqçağırdım. Məhz həmin o dəvəti qəbul edib Dağlıq Qarabağa, onun Tuğ kəndinə gələnHüseyn qağanın pişvazında duranda söz fırlanıb, hərlənib gəlib dayandı ZəlimxanYaqubun üstündə. Mən Hüseyn qağanın özünəməxsus bir şəkildə söylədiyi bir təqdimatdanbir daha Zəlimxan Yaqubu sevdim, bir daha onun söz dünyasına vuruldum. Çünki busözlər eldən, elatdan, aşıqdan, ozandan, sazdan, qopuzdan, məclisdən, mərəkədənqanadlanıb gəlirdi. İçində dad da var idi, duz da var idi, şirinlik də, şəkər də,bal da. Oxuduqca özümü yaylaqlarda təsəvvür edirdim, ormanlarda görürdüm, çeşmələrinbaşında, yamacların döşündə, ağacların kölgəsində hiss edirdim, ruhumda bir"Kərəmi" havası o qədər rahatlıqla büsat qururdu ki, elə bilirdimindicə qapı açılacaq, otağıma aşıq-ozan daxil olacaqdı. Və yaxud da bir"Ruhani" səslənəcək, xəyalım qanadlanacaqdı...

Bəli, mənim dətaleyimdən bir tələbə həyatı, bir tələbəlikilləri gəlib keçdi. O illərin coşqusu, o illərin sözə, kitaba təşnəliyi, o illərinsöz məclisinə, şair görüşünə hər kəs kimi məni də çəkib aparması həm yetkinləşməyimə,sözdən daha çox söz götürməyimə və bir də sözü yaradanları üzbəüz tanımağımakörpü saldı, yol açdı. Mən həmin o körpüdən keçdim, həmin o yolları, ocığırları dolaşıb şairləri, yazıçıları təkcə kitablarıyla, sözləriylə deyil, həmdə sıxdığım əlləriylə, öpdüyüm üzləriylə, baxdığım gözləriylə tanıdım...onların içini gördüm... onların şəxsiyyətinə həqiqi bir vurğunluq hissiyaşadım. Çünki mən hər gün Bəxtiyar Vahabzadəni, Məmməd Arazı, Hüseyn Arifi, XəlilRzanı, Tofiq Bayramı, İsa İsmayılzadəni, Cabir Novruzu, Nüsrət Kəsəmənlini, NərimanHəsənzadəni, Çingiz Əlioğlunu, Sabir Rüstəmxanlını və daha kimləri görürdüm.Böyüklərdən dərs alırdım, yaşıdlarımdan həyata yanaşmanı mənimsəyirdim. Və beləcəo sözlər, o təmaslar, o mühit məni də o bu karvanın içərisində özüylə aparırdı.Həmin o söz karvanının biliciləri olan, yənisarvan titulunu qazanan insanların hər birinin özünəməxsus xüsusiyyəti,özünəməxsus dünyası olsa da, amma onların hamısını birləşdirən ilahi söz idi.Onların hamısı o ilahi sözə öz qələmləri ilə yaxınlaşıb baş əyirdilər və söz dəonları ucaldırdı, qaldırırdı.

Bəli, Bakıya ilkgəlişimdə, tələbəliyimin ilk illərində tanıdım Zəlimxan Yaqubu. Onun yerişi,onun odlu-alovlu çıxışları, onun heç kimdə görmədiyim səmimiyyəti və bir dəondakı qeyri-adi bir yanaşma, yəni söz adamlarının uğuruna sevinmək xüsusiyyətinigörəndə ona daha çox bağlandım. Birmənalı şəkildə dərk etdim ki, ZəlimxanYaqubun nə içində, nə dilində, nə dünyasında paxıllıq, xəbislik yoxdur. O,kimin yazmasından asılı olmayaraq işıqlı sözə, uğurlu misraya, köklü-köməcli fikirlərə uşaq kimisevinir. Elə bil ki, o fikri də, o sözü də onun özü yazıb, öz qələminin, öz ürəyininməhsuludur, öz düşüncəsinin, öz zehninin diktəsidi...

Hə, beləcəbaşladı Zəlimxan Yaqubun mənim iç dünyamda özünə yer tutması. Aylar, illərötdükcə mən ona daha çox yaxınlaşmağa başladım... dəfələrlə həmsöhbət oldum...məclisdə, mərəkədə, xeyirdə-şərdə görüşdük. Hər yerdə adi bir sözüylə, xırdabir jestiylə məni ətrafımdakılara təqdim etməsi, sanballı bir fikriylə mənimsözlərimə qiymət verməsi Zəlimxan Yaqubun içindəki işığın hər kəsə aidolmasından, hər kəsin üstünə düşməsindən xəbər verirdi. İnanın ki, bunu mən Zəlimxanmüəllimə xoş gəlmək üçün demirəm, yazmıram. Çünki onun mənim söylədiyim, mənimyazdığım fikirlərə bəlkə də heç ehtiyacı yoxdur. Amma mən ürəyimin səsinə qulaqasıb içimdə olan bu İNSAN haqqında düşündüklərimi, fikirlərimi yazmaya bilmirəm.Ən azından ona görə ki, Zəlimxan Yaqub türk dünyasının böyük şairidi və onunistər öz səviyyəsində, istər öz ətrafında, istərsə də sözün qapısını yenicə döyənlərbarəsində fikir söyləməsi, hətta bəzən bunu yazılı şəkildə ortaya qoyması məniminancıma görə bir böyük şairin, bir böyük insanın, bir böyük ziyalının vəxüsusi olaraq bir bitib-tükənməyən ilham sahibi olanın əlini kürəyinə, çiyninəqoyması deməkdi. Məhz o nöqtədə, o məqamda şəxsən mən həm toxtayıram, həm özüməyenidən baxıram, içimi yenidən vərəqləyirəm və nəhayət yazdıqlarıma yenidənqayıdıram. Çünki çiynimdə ZəlimxanYaqubun əlini görürəm... Başımın üstündə onu hiss edirəm. Bu da o deməkdi ki,pis yazmaq, pis düşünmək olmaz!!!

Bir məqamıxatırlayıram. Ömrümün qırxıncı ilini qarşılamağa hazırlaşırdım. Həmin ərəfədə"525-ci qəzet"də bir yazı gördüm. Zəlimxan Yaqub o yazını mənə həsretmişdi. Oxudum. Kövrəldim və təkrar-təkrar düşündüm. Bunların səbəbini indidemək, yazmaq istəyirəm. Yəni oxuyub kövrəlməyimin səbəbi o oldu ki, Zəlimxanmüəllim mənim şeirlərimə istinad edərək dağları, dərələri gözlərimin qarşısınagətirib mənə xatırlatmışdı. Mən qovulduğum dağları, dərələri, əsirlik həyatıyaşayan kəndimi, bulağımı, meşəmi, ata ocağımı, uşaqlıq, gənclik izlərimi,oxuduğum məktəbi, top qovduğum çəmənləri, bir sözlə, qırx illik bir dünyamı təzədənyaşadım. Təzədən onları iç dünyamda üyütdüm və özüm də üyündüm - kəpəksiz,yarmasız un kimi sovruldum. Ona görə düşündüm ki, mən Zəlimxan Yaqub böyüklüyü,Zəlimxan Yaqub ürəyi, Zəlimxan Yaqub əxlaqı və Zəlimxan Yaqub diqqəti barəsindəyanılmadığıma inandım. Çünki o günə qədər mən bu söylədiklərimi hiss etmişdim,müşahidə etmişdim. Amma indi bunu reallıqda gördüm. Onun şahidinə, onun faktikiünvanına çevrildim. Bax, o andan sonra tam səmimiyyətlə etiraf edim ki, mən sözəolan məsuliyyət hissini bir az da artırdım, bir az da ciddiləşdirdim. Çünki mənimbarəmdə yazılan, deyilən sözün altında Zəlimxan Yaqub imzası var idi.

Daha bir məqam.50 yaşımın astanasında kitabımı çapa hazırlamışdım. Ustadın qapısını döyüb bukitabıma xeyir-dua verməsini istədim:

- Məmnuniyyətlə!

Bəli, o, bircə kəlmədedi. Özü də o qədər səmimi və ürəkdən dedi ki, elə bil mənə bütün dünyanıbağışladı və içimdə öz-özümə dedim ki, bu sözdən sonra, bu münasibətdən sonraustad əgər imkan tapıb, vaxt eləyib kitabıma ön söz yazmasa belə, ondan incimərəm.Çünki o, mənim üçün artıq həmin fikirləri bir kəlmə ilə yazmışdı.

Kimsə oxuyubsa,kimsə qarşılaşıbsa dediklərimi təsdiq edə bilər. Xalq şairi Zəlimxan Yaqub mənim"Ürəyimdəki sənsən" adlı kitabıma yığcam, amma mükəmməl bir ön sözyazıb. Həmin ön sözü çapdan öncə oxuyanda yenə içimdə xeyli götür-qoy etdim.Çünki ustad mənə böyük diqqət göstərmiş və sözlərimə bir müəllim kimi yüksəkqiymət vermişdi. Bu elə 50 yaşıma olan mükafat demək idi və Zəlimxan müəllim dəo mükafatı mənə ürəklə, səxavətlə, diqqətlə, sevgiylə bağışlamışdı. Bugününözündə də hərdən o ön sözü gözdən keçirirəm və çalışıram ki, orda yazılanlarıöz yaradıcılığımda, öz söz dünyamda doğruldub, qoruyub yaşada bilim...

Dəfələrlə evininqonağı olmuşam... ocağının istisinə isinmişəm... halal süfrəsinin nemətinidadmışam... sinəsinə sıxdığı sazın sədalarını dinləmişəm... və qapısını döyəndəüzümə açılan həmin o dünyada məni necə mehribanlıqla qarşıladığını daxilən birsevinclə canıma, qanıma hopdurmuşam. Doğrudur, şair qapısı xalqın, oxucununüzünə həmişə açıq olur. Amma bu, təkcə hansısa ənənəni, hansısa vərdişiyaşatmaq üçün açıq olan qapı deyil, o həm də o ocağa, o ailəyə, böyük ZəlimxanYaquba bitib-tükənməyən sevgisi olan oxucunun üzünə açıq olan qapıdı. Və mənimkimi oxucular həmin evin ocağında isinir, o ocaqdan qor götürür, o qorla özü dəalışır, özü də öz ocağını alovlandırır...

Həyatımın bu məqamında,bu çağında gah telefonla, gah qapısını döyməklə hal-əhval tutduğum, yeniyazılarını, kitablarını oxuyub sevindiyim ustadımla bugünlərdə kiçik bir məclisdəyenə görüşdük. Mənə şərəf verib həmin məclisə dəvət etdiyi üçün orda dediyimsözləri bu yazımda da təkrar edirəm:

- Tanrı SiziTürk dünyası üçün, Türk xalqı üçün qorusun!

Bəli, o, şairkimi, insan kimi, aşıq-ozan kimi, xalq adamı kimi, camaatın içindən çıxan,camaatın bir parçası olan adam kimi həm də mənim içimdəki adamdı. Mən içimdəolan bu adama inanıram, güvənirəm və sözündən, üzündən öpürəm. Çünki o, həm dəşair kimi halal və pak adamdı. Hardasa oxumuşam və yaxud da eşitmişəm. Deyirlərki, sözlə yaşayan, söz yaradan adamın içində ancaq mələklər yuva qurur. Deməli,onun ürəyi həm də mələklərin yuvasıdı. Tanrı ürəyini qorusun, USTAD!



TƏQVİM / ARXİV