ANA SƏHİFƏ / YAZARLAR

QARŞILIQLI İNAM VƏ RƏĞBƏTİN KOORDİNASİYASI

37503    |   2015-03-18 09:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Biz 2015-ci ilin ilk aylarını yaşadıqca, yeni-yeni uğurların şahidi olduqca təbii ki, ötən 2014-cü ili də qürurla xatırlayırıq. O ili ki, Azərbaycanın davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmlənməsi, əhalinin rifahının daha da yüksəlməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması ili kimi tarixə düşüb. Ulu Öndərin müdrik tövsiyələrinin və kursunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edən ölkələrdən biri olmuş, nəzərdə tutulan bütün sosial proqramlar yerinə yetirilmişdir. Bunun nəticəsidir ki, son 5 ildə iqtisadiyyatın artımı əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunmuş, ümumi-daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 47 faizdən artaraq 60 faizə çatmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionlara müntəzəm səfərləri çərçivəsində görülən işlərlə birbaşa tanış olması, mövcüd problem və çətinliklərin həlli ilə əlaqədar verdiyi tapşırıqların dərhal yerinə yetirilməsi rayonlara yeni ab-hava gətirmiş, əhalinin böyük ruh yüksəkliyinə səbəb olmuşdur.
Ölkəmizdə yeni texnologiyalara, innovasiya layihələrinə sərmayələr qoyulur. Bu layihələr elmin inkişafına xidmət göstərir, idarəetmə məsələlərini təkmilləşdirir.
Məlum olduğu kimi, bu il Bakıda Birinci Avropa Oyunları keçiriləcəkdir. Avropa Oyunlarının keçirilməsi sadəcə olaraq bir idman tədbiri deyil. Bu tədbirdə iştirak edəcək idmançılar, qonaqlar Azərbaycanla tanış olacaq və Azərbaycanın uğurlu inkişafının modelini görəcəklər.
Cənab Prezident Nazirlər Kabinetindəki yekun nitqində bildirmişdir ki, "2014-cü ilin yekunları və 2015-ci il bir daha bizim gücümüzü göstərəcək. Nə neftin qiymətinin düşməsi, nə böhranlar, nə yaxınlıqda baş verən qanlı toqquşmalar bizim sürətli inkişafımıza təsir edə bilməz. Biz 2015-ci ili də uğurla başa vuracağıq və ölkəmizin inkişafını təmin edəcəyik".
Bütün bu məsələlər, daxili və xarici siyasətimizin cənab Prezident tərəfindən uğurla davam etdirilməsi respublikada ruh yüksəkliyinə səbəb olmuşdur. Paytaxtımızda, respublikanın ayrı-ayrı bölgələrində Dövlət Proqramının icrası uğurla davam etdirilir. Öz nailiyyətləri ilə daha çox diqqət mərkəzində olan Zaqatala rayonunda da xeyli işlər görülmüş və bu tədbirlər davam etməkdədir. Biz də "Ədalət" qəzeti olaraq rayondakı yeniliklərdən müntəzəmliklə söhbət açaraq oxucuları məlumatlandırmışıq. Burada qazanılan uğurların əsas səbəblərindən biri də Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin və mütəşəkkil komandanın məqsədyönlü və düzgün qurulmuş prinsipial iş üslubudur. Mütərəqqi metodların tətbiqi, sakinlərlə sıx əlaqə, sadəlik və səmimilik cənab Prezidentin dövlət məmurlarında görmək istədiyi və onlardan tələb etdiyi keyfiyyətlərdir. İş də burasındadır ki, camaat Mübariz Əhmədzadəni məhz bu keyfiyyətlərinə görə daha çox sevir, ona inanır və rəğbətlə yanaşırlar. M.Əhmədzadənin nümunəvi iş üslubu rayonda bütün sahələrə sirayət edərək stabilliyə və rəhbərliyə inamı artırır.
Rayon icra hakimiyyəti aparatında keçirilən qəbullar, görüşlər, eləcə də yerlərdəki səyyar görüş-qəbullar bir qayda olaraq işgüzar şəraitdə davam edərək əhalinin marağına, müzakirə olunan məsələlərin şəffaflığına xidmət edir. Bütün hallarda xalqın mənafeyi və dövlətçilik üstün tutulur və bu missiya müntəzəmlik və effektiv xarakter daşıyır.
Bu yaxınlarda belə görüşlərin birində mən də iştirak edirdim. Vətəndaşa qayğı əslində dövlətə və dövlətçiliyə xidmət etməkdir. Zaqatala rayonunun ən böyük yaşayış məntəqələrindən olan Əliabad qəsəbəsində keçirilən qəbul nümunəvi bir görüş idi.
Əliabad qəsəbəsində 10.817 nəfər sakin yaşayır. Qəsəbənin ümumi ərazisi 6089 hektardır. Nümayəndəliyin ərazisində 3144 təsərrüfat və 2195 ev qeydə alınmışdır. Qəsəbə əhalisinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq, bağçılıq və tərəvəzçilikdir.
Nümayəndəliyin ərazisində Əliabad bələdiyyəsi, 2 rabitə şöbəsi, 1700 nömrəlik EATS, Meloservis idarəsi, həftə bazarı, baytarlıq məntəqəsi, 4 tam orta məktəb, xəstəxana və doğum evi, 3 uşaq bağçası, mədəniyyət evi, 3 klub, 2 kitabxana, yanğınsöndürmə bölməsi, cümə məscidi və islam mədrəsəsi fəaliyyət göstərir.
Başçı ilə görüş zamanı Əliabad qəsəbə 1 saylı tam orta məktəbin direktoru İradə İbrahimxəlilova çıxış edərək bildirdi ki, məktəbdə 367 şagird təhsil alır. Keçən il məktəb təhsildə və idman sahəsində bir sıra uğurlar qazanıb. İ.İbrahimxəlilova bütün bu uğurlara və yaradılmış şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdar olduqlarını bildirdi. O, eyni zamanda valideynlərin bir arzusunu rayon rəhbərliyinə çatdıraraq qəsəbədə musiqi məktəbi açılmasını xahiş etdi.
Sonra Əliabad qəsəbə sakini, ağsaqqal Sabir Musayev çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidentini bütün dünya tanıyır. O, qəsəbəmizin bütün sakinlərinin sevimlisidir. Biz Əliabad qəsəbə sakinləri cənab İlham Əliyevi qəsəbəmizdə görməyə çox şad olardıq.
Qəsəbə sakini Qasım Orucov söz olaraq dedi ki, əkinçiliklə məşğul oluram. Suvarma suyu ilə əlaqədar bir sıra çətinliklərlə qarşılaşıram. Xahiş edirəm ki, Əliabad Sudan İstifadə Birliyi suyun düzgün bölüşdürülməsində fəal iştirak etsin.
Əliabad qəsəbə 3 saylı tam orta məktəbin direktoru Natəvan Məmmədova çıxış edərək bildirdi ki, bizim üçün müasir tipli yeni məktəb binası tikilib və hər cür şərait yaradılıb. Biz buna görə, eyni zamanda rayonumuzun daha da inkişaf edərək yüksək nailiyyətlər qazanmasında göstərdiyi qayğı və diqqətə görə Prezidentimizə minnətdarlığımızı bildiririk. Eyni zamanda cənab Prezidentin sərəncan və tapşırıqlarını həmişə nümunəvi həyata keçirərək diqqətini bizdən əsirgəməyən rayon icra hakimiyyətinin başçısı Mübariz müəllimə də minnətdarıq.
250 nəfərdən çox sakinin iştirak etdiyi görüşdə 20-yə yaxın müxtəlif çıxışlar oldu. İnsanlar arzu və istəklərini, tələblərini, minnətdarlıqlarını, şikayətlərini, ürək sözlərini bildirərək görüşün tam sərbəst və səmimi davamını təmin etdilər. Bu sərbəstliyin və səmimiliyin əsas səbəbi, rayon rəhbərliyi ilə əhali arasında olan qarşılıqlı inam və hörmətin bütünləşərək gündəlik normaya çevrilməsidir.



YAZARIN ARXİVİ

2018-10-08 : PİS ADAM YOLDA
2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK