hacklink Adalet.az | ADİLİN ADİL ÖMRÜ Adalet.az | ADİLİN ADİL ÖMRÜ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ADİLİN ADİL ÖMRÜ

(VIII yazı)

16520    |   2010-03-20 01:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən saylarımızda)
   
   
   
   
   
   Tiflis qatarı səhər tezdən Sabunçu vağzalına yetişdi. Vaqondan enən kimi güclü Xəzri küləyi yanaqlarına sığal çəkdi. Havadakı tanış neft qoxusunu da ciyərlərinə doldurub, ləzzətlə dərindən köks ötürdü. Əlindəki kiçik yol çantasını yelləyəyelləyə tramvay dayanacağına yaxınlaşdı. Beşmərtəbəyə kimi tramvayla gəldi. Bir iki dayanacaq da davam edə bilərdi. Amma piyada gəzməyi xoşladığından vaxtından tez endi. Soraqlaşasoraqlaşa Poluxin küçəsinə qalxdı. Təzə Pirin yaxınlığında Pyotr Montin və Poluxin küçələrinin kəsişdiyi yerdə xalası yaşayırdı. Bazar günü olduğundan Həcər xanım evdə onun yolunu gözləyirdi. Görüşdülər, öpüşdülər, söhbətləşdilər, Allah verəndən yedilər, içdilər. Sonra xalasının əriylə bərabər şəhər gəzintisinə çıxdılar. Əjdər gəmi kapitanı idi. Uzaq səfərlərdə gördüklərindən, eşitdiklərindən, dənizin romantikasından danışmağı xoşlayardı. İçəri şəhərin qala divarları, dar küçələri, dolanbac döngələri Adilə möhtəşəm təsir bağışladı. Qaş qaralmamış pilləkənlərlə Dağüstü parka qalxdılar. Kirov heykəli ucalan meydançadan şəhərin panoramını seyr etdilər. Əjdər əliniqolunu uzadıb Bakını ona tanıdırdı.
   
   Bax, o gördüyün Qız qalasıdır. O da Filarmoniya. Qabağında park var. İnqilabdan qabaq qubernatorun olub. Köhnə bakılılar indi də ona "goburnat bağı" deyirlər. Filarmoniyanın binasında da əvvəllər varlıların kef məclisləri keçirilərmiş. Sağ tərəfdəki Bayıl qəsəbəsidir. Mayakı görürsən? Gəmilərə istiqamət göstərir. O da Narg adasıdır.
   
   Nargin? Nargin adası budur? deyə, Adil təəccüb və böyük maraqla gözlərini ora zillədi.
   
   Sən Nargini tanıyırsan?
   
   Adını eşitmişəm, deyib susdu...
   
    Anası Xeyransa xanım deyərdi ki, atan Qafarı doqquz silahdaşı ilə birlikdə Nargində güllələyiblər. Meyitlərini balıqlara yem ediblər. Üzünü görmədiyi ada dəfələrlə onun yuxusuna girərdi.
   
   Sizin gəmilər ora yan alır? deyə soruşdu.
   
   Ora strateji obyektdir, hərbçilərin ixtiyarındadır. Kənar şəxslər adaya buraxılmır. Xəzərdə başqa adalar da var. İstəsən bir gün hava xoş olanda səninlə dəniz gəzintisinə çıxarıq. Üzməyi bacarırsan?
   
   Yox, bacarmıram. Dənizə heç vaxt baş vurmamışam. Mən ancaq çayda özüm üçün əlqol atmışam. Ona da üzmək deməzlər.
   
   İnşaallah, üzməyi sənə öyrədərəm. Çətin iş deyil.
   
   Biriki dəfə səni özümlə reysə aparsam, ömür boyu əl çəkməzsən dənizdən. Şeir də ordadır, musiqi də, rəqs də. Dənizin ləpələri mənim laylamdır. Hava dəyişəndə şaxə qalxan dalğaların rəqsinə tamaşa eləməkdən doymazsan. Küləklər əsəndə elə bil simfoniya yaradır.
   
    Əjdər bir qolundakı saata, sonra müsafirinin üfüqə zillənən gözlərinə baxdı.
   
   Yaxşı, bugünlük bəsdir, dedi, gedək evə. Səni bilmirəm, amma mən yaman acmışam. Gör neçə saatdır şəhəri gəzirik. Xala da yəqin nigaran qalıb.
   
    * * *
   
   
   
   Adil səhər tez oyansa da, Həcər xala onu qabaqlamışdı. Çay süfrəsi də açıq idi. Azdançoxdan yeyib, evdən çıxdı. Gəzəgəzə Yazıçılar İttifaqına gəlib çatdı. İlk görüşdüyü adam əlbət ki, Əhməd Cəmil oldu. Xeyli söhbət etdilər. Əhməd müəllim onu maraqlandıran bütün suallara cavab aldı. İttifaq günortaya yaxın canlanmağı başladı. Otağa Məmməd Rahim gəldi. Əhməd Cəmil Adili ona təqdim etdi:
   
    Gürcüstandan qonağımızdır. İstedadlıdır. Mən də, Süleyman da onun şeirlərini bəyənmişik. Bakıya dəvət etdik ki, yaxından tanış olaq.
   
    Adilin utancaqlığı, tərifdən qızardığı Rahimin gözündən qaçmadı:
   
   Adil abırlı gəncdir. Bayaqdan fikir verirəm: sən təriflədikcə yanaqları rəng verib rəng alır. Süleymanla görüşüblər?
   
   Əhməd Cəmil:
   
    Süleymanı Mərkəzi Komitəyə çağırıblar, bir az gec gələcək.
   
    Əhməd Cəmil, Məmməd Rahim, Süleyman Rüstəm... Bu adların hər biri Adilə yaxşı tanış idi. Bir gündə tanınmış insanlarla görüşmək, azçox təmasda olmaq gənc şeir həvəskarını əməllibaşlı həyəcanlandırmışdı. Nahardan sonra İttifaqa yetişən Süleyman müəllim Əhməd Cəmillə Adili otağına dəvət etdi:
   
   Adil sənsən? Müharibə mövzusunda yazdığın şeirləri oxuyanda elə bilirdim döyüşlərdə bərkəboşa düşmüş adamsan. Neçə yaşın var?
   
    On doqquz tamam oldu, Süleyman müəllim.
   
   Onda ikiqat afərin sənə. Ciddi mövzulardan yapışmısan. Dilin də rəvandır. Şeirlərin xoşuma gəlib. Sən gürcüstanlısan?
   
   Xeyir, əslimiz Naxçıvandandır. Mən də orada doğulmuşam. Amma iş elə gətirib ki, orta məktəbi Tiflisdə bitirmişəm. Bakıda Universitetə daxil olmaq arzusundaydım. Müharibə başladı, hər şey altüst oldu.
   
    Müharibə tezliklə qələbəylə qurtaracaq. Sən çox cavansan, ürəyini sıxma, təhsil almaq gec deyil. "Sovet Gürcüstanı" qəzetində işləməyinin böyük faydası olacaq. Yazıçıya təkcə fitri istedad azdır. Bilik, təcrübə, mütaliə mühüm şərtdir. Sənə məsləhətim budur ki, Tiflisdə işlərini qaydaya salıb, köçəsən Bakıya. Nə kömək lazımsa, biz də edərik. Universitetdə oxuyaoxuya, "Ədəbiyyat" qəzetində də işləyərsən, çap olunarsan, taytuşlarınla qaynayıbqarışarsan. İndi ədəbiyyata yeni nəsil, yeni nəfəs gəlir. Səni İttifaqa üzv edərik...
   
    Xeyirxah insanlardan eşitdiyi bu təkliflər ilk baxışda ona yuxu kimi gəlirdi. Demək, həyatda belə işlər də olarmış... Heç bir təmənna güdmədən ali təhsil almağına, işlə təmin olunmağına şərait yaradan, gələcəyini düşünən, təmiz niyyətlərinə, istedadına qiymət verən insanlarda dünya fani deyilmiş...
   
   Süleyman Rüstəm:
   
   Yeni şeirlərindən yanında varsa, oxu dinləyək.
   
   Adil əlindəki qovluğundan şeir dəftərini çıxarıb, bir neçəsini oxudu. Süleyman müəllim siqaret damağında otaqda vargəl edəedə, onu dinləyirdi. Ara bir eşitdiklərindən məmnun qaldığını baxışları ilə büruzə verirdi. Adil ürəyini boşaldıb imtahan vaxtı müəllimdən qiymət gözləyən şagird kimi intizarla ustadların nə söyləyəcəyini gözləyirdi. Süleyman Rüstəm bir söz demədən telefonun dəstəyini götürüb "Ədəbiyyat" qəzetinin baş redaktoru Məmməd Cəfərə zəng elədi. Haləhval tutandan sonra dedi:
   
   Sənin bir yerlin var Adil Babayev. Tiflisdə yaşayır, gənc şairdir. Həm də redaksiyada işləyir. İndicə bizə yeni şeirlərini oxudu. Elə bilirəm sən də bəyənəcəksən. Göndərirəm yanına, tanış ol, məsləhətini ver.
   
   Adil üçün həmin günün bir sevinci də Məmməd Cəfərlə tanışlığı oldu. Bu tanışlıq sonralar bir ömür davam edəcək dostluğa çevrildi. Adil Babayev Məmməd Cəfəri böyük alim, elmsənət aləmində söz və nüfuz, hikmət və ləyaqət sahibi kimi qiymətləndirərdi, mənəvi müəllimlərindən biri olduğunu etiraf edərdi.
   
   1944cü ildə beş günlük Bakı şəhərində bəzilərinin düşündüyü kimi, bu dünyanın beş günlük olmadığına bir daha əmin olub, ən xoş təəssüratlarla Tiflisə qayıtdı. İndi ən çətin məsələ ona doğma olan redaksiya əməkdaşları ilə ayrılmaq idi. Heç cür münasib imkan tapıb niyyətini redaktora açıqlaya bilmirdi. Hətta, son günlər Məcid müəllim onu daim fikirli, baxışları dalğın görüb şübhələnmişdi:
   
    Gözümə birtəhər dəyirsən, Adil. Olmaya Bakı qızlarına aşiq olmusan?
   
   Adil də onun sözlərini zarafata salıb, "Bakıda nə qaldım ki, vurulam da", deyə cavab vermişdi.
   
    Bir ay sonra gözlənilmədən qəribə hadisə baş verdi. Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Şiriyanın fitvası ilə "Sovet Gürcüstanı"qəzetinin bağlanması qərara alındı. Redaksiyaya bu bəd xəbər yeni il nömrəsi buraxılışa hazırlanarkən çatdı. Bütün səhifələr yenidən işlənib dəyişdirildi. Sonuncu nömrəyə hərə öz imzası ilə bir məqalə yazdı. Əziz Şərif, Rza Şahvələd, Murtuz Muradov, Adil Babayev daimi oxucuları ilə bu şəkildə vidalaşdı. Bir elan da yerləşdirildi:
   
    "Ali orqanların göstərişi ilə "Sovet Gürcüstanı" qəzeti öz nəşrini bu gündən dayandırır."
   
    Hamı pərişan olsa da, Sovet Gürcüstanında "Sovet Gürcüstanı" qəzetinin aqibətini dəyişəcək qüvvə tapılmadı. Beləliklə, qəzet bağlandı, redaksiya əməkdaşlarının taleyi isə qeyrimüəyyən qaldı.
   
    Bir neçə gündən sonra Əziz Şərif hamını bir yerə topladı. Dedi ki, Bakıdan teleqram almışam. " Kommunist " qəzetinin baş redaktoru Əli Vəliyev göndərib. Qulaq asın oxuyum , görün nə yazır.
   
    ( ardı var )


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO