adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Mart 2015 10:10
547590
LAYİHƏ
A- A+

SƏN PARLAYAN BİR ULDUZSAN, GÖZƏL MASALLI...

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

"...Kənd təsərrüfatının, turizmin inkişafı üçün Masallının potensialı böyükdür. Burada sənaye müəssisələri, iş yerləri yaradılır. Bu işlərə gələcəkdə daha da böyük təkan veriləcəkdir. Çünki hələ görüləsi işlər çoxdur".

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev

(əvvəli ötən sayımızda)

Quruculuq işlərində
yeni istiqamətlər

R.Hüseynov ölkə miqyaslı qazanılan mühüm uğurlar barədə məlumat verdikdən sonra demişdir:
- 2014-cü il respublikanın hər yerində olduğu kimi rayonumuzda da bütün istiqamətlərdə uğurlu il kimi yadda qalmışdır. Rayonun inkişaf proqramında nəzərdə tutulmuş bir sıra sosial-mədəni obyektlərin tikintisi davam etdirilir. Belə ki, ümumi uzunluğu 2 kilometr olan Masallı-Ərkivan yolunda yeni səkilərin, müasir işıqlandırma sistemlərinin qurulması başa çatdırılmış və yaşıllıq zolağı salınmışdır. Bundan əlavə şəhərin Səməd Vurğun, Füzuli, Səfəralı Məmmədov və Dadva küçələrində geniş abadlıq və quruculuq işləri aparılmışdır.
Ümumilikdə son üç ildə 11 yeni məktəb binası tikilmiş, 3 məktəb isə əsaslı təmir olunmuşdur. Həmçinin 5 bağça binası əsaslı təmir olunmuş, bir bağçanın tikintisi başa çatdırılmış, bir bağça binasının tikintisi davam etdirilir. Ötən ildə isə 4 yeni məktəb binası istifadəyə verilmişdir. Bunlardan 1200 şagird yerlik şəhər 1 saylı, 640 şagird yerlik Böyük Kolatan, 840 şagird yerlik Bədəlan kənd tam orta məktəbləri əsaslı təmir olunmuş, 220 şagird yerlik Mahmudavar kənd ümumi orta məktəbi isə yenidən tikilmişdir. Hazırda 4 yeni məktəbin - 180 şagird yerlik Şatıroba, 140 şagird yerlik Dəlləkoba, 140 şagird yerlik Çayqıraq və 120 şagird yerlik Köhnə Zuvand kənd məktəblərinin tikintisi davam etdirilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən 100 yerlik Masallı şəhər 5 saylı və Kolatan kənd uşaq bağçaları istifadəyə hazır vəziyyətə gətirilmişdir. Bu iki yeni uşaq bağçasının açılması ilə bağlı razılıq əldə olunmuş və yaxın günlərdə fəaliyyətə başlaması nəzərdə tutulur. Bununla da Masallı rayon ərazisində fəaliyyət göstərən bağçaların sayı 16-dan 18-ə çatdırılacaq. Binası qəzalı vəziyyətdə olan 60 yerlik Masallı şəhər 2 saylı uşaq bağçası üçün yeni binanın tikintisi davam etdirilir. Eyni zamanda 100 yerlik Bədəlan kənd uşaq bağçası əsaslı təmir olunaraq istifadəyə verilmişdir.
Hesabat ilində bir çox sosial obyektlərin tikintisinə başlanmışdır. Belə ki, son üç il ərzində ümumilikdə 9 həkim məntəqəsi tikilmiş, 3 xəstəxananın əsaslı təmirinə başlanmışdır. O cümlədən ötən il Kalinovka kənd və Boradigah qəsəbə sahə xəstəxanalarının əsaslı təmiri, müxtəlif ərazilərdə 5 həkim məntəqəsinin tikintisi başa çatdırılmışdır. Hazırda rayon mərkəzi xəstəxanasının əsaslı təmiri və Qarğalıq kənd həkim məntəqəsinin tikintisi davam etdirilir. Yaxın günlərdə Yolağac, Hacıtəpə, Əhmədli, Gəyəçöl, Məmmədoba və Ərəb kəndlərində həkim məntəqələrinin tikintisinə başlanılacaq.
Son illər Masallı mədəniyyət obyektlərində əsaslı yenidənqurma və tikinti işləri aparılmışdır. Masallı şəhər Mədəniyyət evi əsaslı təmir olunmuş, Heydər Əliyev Mərkəzi isə yenidən tikilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ayrılmış vəsait hesabına Masallı Tarix-Diyarşünaslıq Muzeyinin və uşaq incəsənət məktəbinin tikintisinə başlanılmış və yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.
2014-cü ildə Masallı şəhərində böyük bir layihə - Viləş park-bulvar kompleksinin tikintisinə start verilmiş və çay yatağının beton məcraya salınması işlərinə başlanılmışdır. İlkin uzunluğu 750 p/m olması nəzərdə tutulan bu layihənin başa çatdırılması Masallı şəhərinə xüsusi gözəllik verəcək. Burada müxtəlif istirahət mərkəzləri, idman meydançalarının tikintisi planlaşdırılır.
Hesabat ilində rayonda ümumi sahəsi 11.000 kvadratmetr olan bayraq meydanının tikintisinə başlanılmışdır. Meydanın ətrafına ümumi uzunluğu 280 p/m və hündürlüyü 0,7 metr olan hasar çəkilmiş və 64 metr hündürlükdə bayraq dirəyi quraşdırılmışdır. Hazırda bayraq meydanında tikinti işləri davam etdirilir.
Bununla bərabər "ASAN xidmət" Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyi Masallı rayon inzibati-laboratoriyası üçün binanın, Masallı rayonlararası Mühafizə bölməsi üçün inzibati binanın tikintisinə başlanılmış və 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda 2015-ci ildə Masallı rayon Məhkəməsi üçün yeni binanın tikintisi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə son üç ildə Masallı rayonunda ümumilikdə uzunluğu 47,5 kilometr olan asfalt yolların, o cümlədən 24 kilometrlik Həsənli-Xırmandalı, Kürdəbaz-Qarğalıq, Seybətin-Səmidxan, Musakücə-Lürən və Qodman-Qəriblər yolunun əsaslı təmiri başa çatdırılmışdır. Habelə 6 yaşayış məntəqəsini birləşdirən ümumi uzunluğu 14 kilometr olan Kolatan-Sığdaş və 6 yaşayış məntəqəsini birləşdirən ümumi uzunluğu 4 kilometr olan Bambaşı-Yeyənkənd yolunun çəkilişi tamamlanmışdır.
İstifadəyə verilmiş istehsal, emal və xidmət obyektləri yeni iş yerlərinin açılmasına öz təsirini göstərmişdir. 2014-cü ildə rayon məşğulluq mərkəzində qeydiyyata alınan 185 nəfərdən 118 nəfəri idarə və müəssisələrdə münasib işlə təmin edilmişdir ki, onlardan 56 nəfəri qadındır.
Regionlarda inkişafa hesablanan proqramların nəticəsi göstərir ki, son illər ölkənin makroiqtisadi göstəricilərində paytaxdan kənarda yerləşən şəhərlərin, rayonların xüsusi çəkisi əhəmiyyətli dərəcədə yüksəlməyə başlayıb. Bunun əsas səbəblərindən biri də həyata keçirilən tədbirlərin istənilən səviyyədə səmərə verməsi üçün əvvəlcədən daha effektiv mexanizmlərin müəyyən edilməsidir...

Rəqəmlərdə əks olunan nailiyyətlər

Ötən il rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi 2013-cü illə müqayisədə 2,8 % artaraq 456,4 milyon manata çatmışdır. Hesabat dövründə adambaşına düşən pul gəliri 2122 manat, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 271,3 manat olmuşdur. Bu dövrdə sənaye məhsulunun həcmi 1,3 %, kənd təsərrüfatı məhsullarının həcmi 0,4 %, əhaliyə göstərilən xidmətlərin həcmi 2,2 %, orta aylıq əməkhaqqı 3,8 % artmışdır.

(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDOĞLU

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ