adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Mart 2015 12:16
28323
AVTOMABİL
A- A+

Azərbaycana maşın idxalı azalıb

Cari ilin yanvar-fevral aylarında Azərbaycana 7 511 ədəd avtomobil idxal olunub.


Adalet.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin yanidövrü ilə müqayisədə42,9% azdır.

Məlumata əsasən, cari ildə ölkəyə gətirilən avtomobillərin 7 031 ədədi əsasən adamların daşınması üçün nəzərədə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 339 ədədi yük daşımaq üçün motorlu nəqüliyyat vasitələri, 119 ədədi sürücü də daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərədə tutulmuş motorlu nəqliyyat vasitələri, 22 ədədi isə xüsusi təyinatlı motorlıu nəqliyyat vasitələrinin payına düşüb.

Beləliklə, əsasən adamların daşınması üçün nəzərədə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalında 41,4%, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrini idxalında isə 67,1% azalma qeydə alınıb.