adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 Mart 2015 10:48
27842
AVTOMABİL
A- A+

Daha bir küçədə hərəkət məhdudlaşdırılacaq

Bu gün paytaxtın Əliyar Əliyev küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Adalet.az-a verilən məlumata görə, səhər saat 11:00-dan Əliyar Əliyev küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində yolun üfüqi nişanlanması (xətlənmə) işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.