adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

BOŞLUQ

VƏSİLƏ USUBOVA
31560 | 2010-02-27 02:29
Ölüm təzə şey deyil bu qoca dünyada. Həyatın özüynən qoşa yaranıb, yanaşı olub həmişə. Gecə ilə gündüz, ağnan qara kimi Həyatla Ölüm də yaranan gündən insan övladıynan üzbəüzdü. Rənglərlə dolu dünyanın ən qatı, ən tünd rəngidi, şirinli-acılı, enişli-yoxuşlu, gah əlvan, gah da sönük çalarlı ömürlərin sonda qara torpaqla örtülən davamıdı ölüm. İnsanlığın görə-görə gəlib heç cür alışa bilmədiyi ən dəhşətli olacaqdı, nəfəs kəsən, ürək donduran ən acı xəbərdi. Ağlımız kəsəndən canımızda gəzdirdiyimiz çeşidli qorxuların ən böyüyüdü. Əlçatmaz xəyalları, ağıla gəlməz fantaziyaları qəbul edən insan idrakının alışmaq istəmədiyi sərt həyat həqiqətidi. Hər müşkülü çözənlərin, başqa dünyalara yol açanların qarşısını ala bilmədiyi ən qəddar gerçəklikdig
   
   Gündən-günə artır, ucuzlaşırg
   
   Nənəm deyərdi ki, əvvəllər bu qədər adam ölməzdi. Ölənlər də səksəni, doxsanı adlamış qocalar, qarılar olardı. Bir qocanın yasını bir il saxlardıq, gedib-gəlib ağlayardıq. İki-üç il kənddə toy eləməzdilər ki, rəhmətliyin qohumlarından ayıbdı. İndi cavanların qırxı çıxmamış yaxınları toy çaldırırg
   
   Güclə yadıma gəlir, kənd yollarında təzə-təzə avtomobillər görünəndə kəndimizdən bir oğlan Hacıqabulun yuxarısındakı dağ keçidində maşın qəzasından ölmüşdü. Nə qədər ki, həmin oğlanın ata-anası sağ idi, bu hadisə barədə hamı pıçıltıynan danışırdı. Bu, ölümün vahiməsiydi. Həm də ölü yiyəsinə hörmətdig O illəri xatırlayanda həmişə yadıma "Başsız atlı" romanının son cümlələri düşür. Müəllif yazır ki, bu əhvalatı uzun qış gecələrində nökərlər ağalarından xəlvət pıçıltıynan bir-birlərinə danışardılarg
   
   Yenə də inanmıram. İnanmıram ki, kimsə ölüm xəbəri alanda ürəyi diksinməsin, damarlarında qanı donmasın. Mənə elə gəlir ki, uşaqlı-böyüklü biz hamımız üzünü görmədiyimiz, adını belə eşitmədiyimiz ən yaşlı birisinin ölüm xəbərini eşidəndə ayağa qalxmalı, bu işıqlı dünyaya gözləri həmişəlik qapanan o insanın xatirəsini bir anlıq da olsa susmağımızla yad eləməliyik. Bu, bizim həmcinsimiz insan qarşısında ehtiram borcumuzdug
   
   Ölümlər çoxalıb ucuzlaşdıqca həyat da qiymətdən düşür. Yaşamaq eşqi azalır adamıng
   
   Həmin gün qəzeti açanda stuldan necə qalxdığımı özüm də hiss eləmədim. Hər şənbə bomboz şəkildən baxan qayğılı sifətinə, bir-birindən şirin, oxunaqlı yazılarına öyrəşdiyim Vahid Əlifoğlunun Tanrı rəhmətinə qovuşduğu bildirilirdig
   
   Ən acığım gələn şeydi sağlığında qədri bilinməyənlərin öləndən sonra təriflənməsi. Çox-çox təəssüflər olsun ki, ailədə də, cəmiyyətdə də bu münasibət adi hal alıb. Bir də görürsən ki, ailənin ən cəfakeş, ən qayğıkeş üzvü xəstələnib yorğan-döşəyə düşdü. Daha sağalıb ayağa duracağına ümid yoxdu. Bunu biləndən sonra hamı əlimyandıya düşür. Bir xoş kəlmə, bir şirin təbəssüm əsirgədiklərinə indi quş südü tapmağa hazırdılar. Dünənəcən heç kəsin saymadığı, əhəmiyyət vermədiyi həmin şəxs indi matah olur. Başına fırlanırlar, canfəşanlıqla nə yemək istədiyini, kimləri görmək istədiyini soruşurlar. Ömürboyu onu itirib-axtarmayanlar bir-birinin ardınca qoltuqlarında bağlama yanına gəlirlər, saxta mehribançılıq, canıyananlıq maskası taxıb zəhləsini tökür, ömrünü bir az da qısaldırlar. Artıq çox gecdi. Ömür kitabının son səhifələri də oxunub qapanmaq üzrədig
   
   Cəmiyyətimizdə, xüsusən sənət aləmində vəziyyət bundan da betərdi. Əsl sənətlə məşğul olanları, başını aşağı salıb iş görənləri heç kim tanımaq istəmir. Hər şey beş-on adamın inhisarındadı. Şöhrət də onlarındı, təltif də, dolanışıq dag Qalanlara isə " sənətkar ac olmalıdı" fəlsəfəsindən bolluca ümidlər paylanırg
   
   Rayon qəzetində işlədiyim illərdə həm subay, həm də ailəli olanda xeyli müddət kirələrdə, uzun illər isə birotaqlı, şəraitsiz mənzildə yaşamalı olmuşam. Bir dəfə bizimlə işləyən qadınlardan birinə dedim: "Yaxşı ki, iş yoldaşlarımın hamısının normal ev-eşiyi var. Yoxsa, mən, bilmirəm, neylərdim?". Həmin qadın sual verdi ki, biz neyləyə bilərik, Vəsilə, axı, əlimizdən nə gəlir? Bilmirəm, dedim, amma mən nəsə eliyərdim. Təxminən elə həmin illərdə televizorda gənc yaşlarında vəfat eləmiş yazıçı Şahmar haqqında verilişə baxdım. Onu tanıyanlar qan-yaş tökərək qeyri-adi istedadından, əvəzsiz dost-yoldaş olmasından danışırdılar. Verilişdən o da məlum oldu ki, Şahmarın evi yox imiş, uzun illərmiş kirələrdə yaşayırmış.Onlara qulaq asa-asa düşünürdüm ki, görəsən, bu adamların hansısa bir dəfə də olsun lazım gələn yerdə, lazım olan anda Şahmarın xeyrinə dodaq tərpədiblərmi?! Aralarında vəzifəlisi də, sözü ötənləri də vardıg
   
   Biz çox şeylər edə bilərik. Əlbəttə, istəsəkg Dostlarımızı, çiyindaşlarımızı özümüzlə bir səviyyədə görmək arzusunda olsaq. Onların da rahat mənzildə yaşamasını, balalarıynan bol süfrə arxasında oturmalarını görmək istəyində bulunsaqg
   
   İndi Vahid Əlifoğlu haqqında bu sətirləri yazanda özümdən zəhləm gedir. Niyə mən də hamı kimiyəm, deyə düşünürəm. Ancaq təskinlik tapmağa da səbəblərim var. Onu tanıdığım cəmi üç-dörd il olardı. Heç kitabları da indiyədək əlimə düşməmişdi. Şeirləriynən ancaq "Ədalət"in səhifələrində tanış ola bilirdim. Hər şənbə qəzeti vərəqləyib onun köşəsinə çatanda gözümü, könlümü xoş bir duyğu rahatlandırırdı. Son cümlələrə çatanda anlayırdım ki, bayaqdan onun yazısını oxuyurammış. Necə başladığımı, necə qurtardığımı hiss eləmirdim. Cümlələri həm qısa, sadə, həm də tutumlu, dolğun olurdu. Nə filosofluq edirdi, nə də elmi biliklərini gözə soxurdu. Ancaq dərin mütaliə sahibi olduğunu, dünyamızda baş verənlərdən ətraflı xəbərdarlığını anlamamaq mümkün deyildi. Bütün bildiklərinin kökündə doğulub böyüdüyü kəndin adamlarından eşitdikləri, öyrəndikləri dururdu. Vahidin kəndi folklor xəzinəsiydi. Elə öz kəndlərində baş verənləri, danışılanları, yazılarında işlətdiklərini toplasaydı, ayrıca bir kitab alınardıg
   
   Onsuz da şairlər bu dünyada qərib olurlar. Üstəlik də, torpağı yağmalana, doğulub böyüdüyü, ürəklə gəzib dolandığı torpaq ayağının altından qaça.Onun kimi adamların doğma yurddan, el-obadan ayrı yaşaması müşkül məsələdi. Bütün yazılarında yumoristik ovqat üstün olsa da, hiss edirdin ki, içində çox böyük ağrı, nisgil yaşadır. Qaçqınlığın iyirmi ili arxada qoyan əzablı, keşməkeşli tarixini Vahidin o şəkildəki çöhrəsindən oxumaq olurdu. Vaxtından əvvəl ağarmış saçları, öyrəşmədiyi aran günəşinin yandırıb qaraltdığı sifəti qaçqınlığın, köçkünlüyün canlı xəritəsiydi sanki. Belə üzüntülü həyat bəlkə də onun kimi heç kəsi qırmamışdı. Qıra da bilməzdi. Axı, Vahid şair idi. Sözə, duyğuya tapınan insan idi. Yazdıqlarına ürəyinin istisini, qanını verən qələm sahibiydig
   
   O, yaşadığı çadıra dünyanın gözüynən baxmağı, öz çadırından dünyaya boylanmağı bacarırdı. Bu zaman gördüklərini, duyduqlarını özünəməxsus qələmlə təsvir etmək istedadı da əvəzsizdi. Bu riyakar dünyanı, onun başında duran oyuncaq qurumları qələminə dolamağın ustasıydıg
   
   Nədənsə, bir gün onunla görüşəcəyimə inanırdım. Özü də çox inanırdım. Belə olanda itki adamı ikiqat yandırır. Deyirlər, insan ölməzdi, əgər onu tanıyanlar ölməsəydilər. Elə tanıdıqlarımızın da ölməsi eyni dərəcədə söküb parçalayır ömrümüzü. Ürəyin boşalması insana rahatlıq gətirir. Qəlbin boş qalması isə adamı havalandıra bilər. Boş qalmış ürəklə yaşamaq dəhşətdi, dostlar! Adamdan dəvə səbri, fil dözümü istəyirg
   
   Düşündüm ki, daha innən belə onun köşəsi boş qalacaq. Ötən şənbə bir yazısı çıxdı. Bəs, sonra? Sonra nə olacaq?!...
   
   Bu sətirləri ilk çərşənbədə- su çərşənbəsində yazıram. Su sərinlik, yüngüllük gətirsə də, baharda heç könlüm açılmır. Nəfəsi duyulan kimi adamları saf-çürük eləyir. Canında ağrısı-acısı olanları yaşatmır bahar.Neyləyək? Əlimizdən nə gəlir ki,g
   
   Yerin behiştlik olsun, Vahid müəllim! Torpağını yaz günəşi isitsing

TƏQVİM / ARXİV