Son vaxtlar yolu Saatlı-Beyləqan istiqamətinə düşən hər kəs yəqin ki, Sabirabad yolundan istifadə edir. Özü də dəxli yoxdu bu yolu istəyirsən birbaşa rayon mərkəzindən, yəni inzibati binaların yerləşdiyi istiqamətdən ötüb get, istəyirsən sürücülərin dediyi kimi, "çöl yolla". Ən dəhşətlisi də elə bu "çöl yoludu". O birisi istiqamət buna baxmış toya getməlidi. Təbii ki, sürücülər, maşın sahibləri bu yolda nələr çəkirlər, hansı əsəb üstündə köklənirlər bunu demək artıq olar. Sadəcə ağılın ucundan keçirmək kifayətdir. Çünki saysız-hesabsız çala-çuxurlar avtomobilləri su üzərindəki qayıq kimi elə yırğalayır ki, az qala maşınların "içi-içalatı" silkələnir. Onunla bahəm də sərnişinlərin də, sürücülərin də...
Son günlərdə bu yolu bir neçə dəfə gedib gələsi oldum. Qayıdanda, iş elə gətirdi ki, Beyləqandan çox vaxtsız, hardasa saat 22 radələrində çıxdım və gözümün qarşısında Sabirabad yolu, daha çox isə onun Sabirabad-Şirvan hissəsi bir dağ kimi gəlib dayandı. Qaranlıqda qarşıdan gələn müxtəlif maşınların işıq selində bu ərazini necə keçib gedəcəyimi düşünməkdən belə qorxurdum. Nə isə...
Hava əsl boz ay havası idi. Fəsilin bu məqamına ad verənlər doğrudan da müdrik insanlar imiş. Əgər fikir versəniz bunun özünüz də şahidi olarsınız. Lap elə Bakının timsalında da. Gün ərzində şəhərdə gah yaz, gah payız, gah da qış havası yaşanır. Bizlər də istər-istəməz bu hava üstündə köklənirik, sümüyümüzə düşsə də, düşməsə də...
Havanın dumanlı olması qaranlığın gücünü bir az da artırmışdı. Yola nə qədər diqqət yetirsəm də, ancaq bu qatı dumanda və qaranlıqda heç nəyi seçmək, araşdırmaq mümkün deyildi. Az qala maşın iməkləyir, addım-addım hərəkət edirdi. Belə bir məqamda elə bil ki, o qatı duman qəfil qeybə çəkildi, yerində ancaq qaranlıq qaldı. Bu qaranlığın nə qədər tünd, necə deyərlər, göz yoran olmasına baxmayaraq indi maşın sürmək nisbətən asan idi. Bax elə həmin məqamda yolun düz ortasında qaranlığı yaran ulduz boyda iki işıq göründü. O parıltı adamın canına bir soyuqluq, bir xof gətirirdi. Bir az da diqqətimi cəmlədim. Maşının uzaq-yaxın işıqlarını yandırıb söndürdüm. Əvvəl-əvvəl elə bildim ki, nəsə görmüşəm, xoflanmışam. Sonra həmin cüt ulduzun yolun soluna tərəf çəkildiyini hiss etdim. İndi də mənə maraq güc gəldi. Yolun narahatlığına baxmayaraq, sürəti artırdım və...
Qaranlıqda işaran o bir cüt "ulduz" sən demə ova çıxmış vəhşi heyvanın gözləri imiş. Amma nədənsə bu heyvan bir saymamazlıq nümayiş etdirirdi. Sanki hərəkət edən maşınlar onun üçün heç nə idi. Heç tükü də tərpənmirdi. Elə arxayın-arxayın yolun kənarında gözlərini bərəldirdi ki, sanki ona borcun var, düşüb verməlisən...
Bəli, gecənin qaranlığında parıldayan o bir cüt göz mənə işığı xatırlatdı və düşündüm ki, gözlərdə olan hansısa maddənin (fosfor) təsiri ilə parıldayan o işartı qaranlıqda ümidə də çevrilə bilərmiş. O ümidə ki, o yalnız yaşamaq, qovuşmaq, sabahlara çıxmaq üçün bir stimuldu. Təəssüf ki, o bir cüt göz heç də işıq deyilmiş. İşıq olmağı bir yana, hətta təhlükə imiş. İstər-istəməz ağlımdan gəlib keçənləri bir anda götür-qoy etdim və anladım ki, Tanrı öz yaratıqlarının məna və mahiyyətini o qədər dəqiqliyi ilə ifadə edib bizlərə çatdırır ki, onu anlamamaq artıq insanın öz günahına çevrilir. Elə gecənin həmin çağında, günün həmin saatında yola çıxmağın da məsləhət olmadığını deyənlərin sözünə qulaq asmamağım da mənim günahımdı. Artıq bu məqamda ümid işığına bənzətdiyim parıldayan bir cüt göz heç bir günahın daşıyıcısı deyil. O sadəcə belə yaradılıb...
mən çətin Adamam,
məndən qaç qurtar
inanma dediyim şirin sözlərə
çox baxma gözlərim,
bil, səni udar
sən batıb qalarsan dərya gözlərə...
mən çətin Adamam,
fikrim yonqarsız
söz necə gəldisə,
deyib gedirəm.
səni mənim üçün
Tanrım göndərib-
sevgini ruhuma geyib gedirəm...
mən çətin adamam,
həm də səbirsiz
bir az xəyalpərvər,
bir az ağrılı
çılpaq təbiətəm
gülsüz, ətirsiz
mənə bel bağlamaz
heç bir ağıllı...
mən çətin Adamam,
həm də ki, gülüm
indi adamlıqda çətin iş olub
sənə "canım" deyir ürəyim, dilim
düşünmə qondarma çəkiliş olub.
mən çətin adamam, sən də dözümlü
dediyim hər sözdə məni görürsən
istəsən axtarıb gözüyumulu-
ruhum olan yerdə səni görərsən!..
***
Şəhərin qismən sakit bir guşəsində məskunlaşmışam. Qismən deyəndə ki, təzə avtovağzalın yaxınlığında. Bu ərazi təbiətinə, coğrafiyasına görə, paytaxtın çox-çox yerlərindən fərqlənir. Hərdən mənə elə gəlir ki, ölkənin baş şəhərinin bu hissəsi digər ərazilərə süni yolla yapışdırılıb, calaq edilib. Ona görə ki, buranın havası da, iqlimi də, yaşıllığı da, bir sözlə relyefi çox fərqlidi. Hətta yayın qırx beşində də burada paytaxtın əksər yerlərindən, illah da ki, orta göbəyindən çox fərqli bir iqlim olur. Nisbətən sərin, nisbətən küləkli... özü də xəzrisi də var, gilavarı da...
Yazda, payızda məskunlaşdığım ərazidə dağlıq bölgələrimiz xatırladan zəif dumana, çənə də rast gəlmək olur. Və mən hər dəfə səhərin sübh şəfəqində bu zəif dumanı, çəni müşahidə edəndə istər-istəməz yadıma həsrətini çəkdiyim yerlər, torpaqlar, dağlar düşür. O yerlər, o torpaqlar ki, oranın hər fəslinin özünəuyğunluğu, özünütəsdiqi var idi. Yəni, yazı yaz kimi görürdün, yayı yay kimi, payızı da, qışı da eləcə. Daha paytaxtımızda olduğu kimi fəsillər bir-birinə qarışıb bədrənglik yaratmırdı. Qəribədir ki, bu yerlərdə təbiətin hər bir hadisəsinə, qarın, yağışın yağmasına, günəşin şəfəqlərinə, hətta şimşək çaxmasına da bir sevgi var idi. Amma paytaxtımızda bu mənzərə sevinc qarışıq bir kədər, bir qayğı da yaşadır insana. Çünki qar yağdısa... yolların buz bağlaması, nəqliyyat problemləri, işıq, qaz qayğıları, otaqların isidilməsi dərdi və s. adamlara qarın yağmasından aldıqları sevinci ondan dəfələrlə artıq qayğıya çevrilir, problemə səbəb olur.
İnsan bütün hallarda özü üçün, yaşatdığı çevrə üçün həmişə bir xoş güzəran, bir ürəyə yatan şərait qayğısı ilə ilgilənir. Çalışır ki, özü, çevrəsi rahat, qayğısız yaşaya bilsin. Özü isə bu rahatçılıqdan, bu diqqət mərkəzində olmaqdan xoşallansın, ömrünə-gününə gün calasın. Təəssüf ki, bu istək, bu yuxu həmişə çin olmur. Əksinə, ömür, gün yeni qayğılar, yeni problemlər çıxarır qarşıya. Bax, elə mənim məskunlaşdığım ərazinin bu xoş ovqatı hər an sökülmək, evsiz qalmaq qorxusu bizləri, necə deyərlər, tikan üstə oturdub. Rahatlıq tapmağa, türk qardaşlar demiş, dadını çıxarmağa adamda həvəs qalmır.
Bəli, indi bir vaxtlar daha çox ümid işığı olan və övladalırımın daldalandığı bir ünvan artıq narahatlığın, əsəb gərginliyinin qərar tutduğu yerə çevrilir. Bax, bütün bunları öz içimdə, öz dünyamda götür-qoy etmək üçün daha çox içimə çəkilməyə, özümə qapılmağa, sükutla həmsöhbət olmağa üçtünlük verirəm. Amma neyləyim ki, bu sükutda da, öz dünyamda da rahatlığım nə daimi olmur, nə də həqiqi mənada rahatlıq...
bir anlıq da olsa
bacarmır mənimlə
sükut-
onun gözündən yayınıb
içimdə pıçıldaşıram
səninlə!-
gah özünlə,
gah xəyalınla,
gah da
masamın üzərinə
səpələnmiş
şəkillərinlə...
bir anlıq da olsa
zəng etmişəm
imkan tap,
əvvəl işığı yandır,
sonra özünü öldürən-
telefonun dəstəyini qaldır
və adımı çəkmədən
sən məni dinlə:
- nəfəsini öpüm!-
amma sonda
mən ölüm
yenə
"səhv düşübsünüz!"
demə...
***
Bütün ağrıların, acıların ünvanı insandı. Təsadüfi deyil ki, adil insanlar həmişə ağrıdan-acıdan söhbət düşəndə deyirlər ki, ağrı-acı insan üçündü, dağ-daş üçün deyil. Bu mənada insanın ağrıması, xəstələnməsi hətta ölümü də təbii, qanunauyğun sayılmalıdı. Hər kəs düşünməlidi ki, dağ-daş xəstələnə bilmədiyi kimi, ağrı-acını da yaşaya bilməz. O sadəcə həsrətini, xiffətini çəkənə, onun üçün burnunun ucu göynəyən kəslərə ağrı-acı gətirə bilir. Bir də ki, elə yazdıqlarımın özü də hamıya aid olan hal, xüsusiyyət deyil. Çünki laqeydlər də, insana şamil edilən hisslərdən uzaq olanlar da yetərincədi. Deməli, bütün hallarda əsl insanlar, duyğusallar üçündü həmin o yaşanan ağrı-acılar.
Biz dünyanın hər üzünü görə-görə, dünyada iz qoya-qoya ömür payımızı başa vururuq. Və deməli bizi yaşadan da, yaşamağa səsləyən də, stimul verən də ilk öncə içimizdə közərtdiyimiz ümid işığıdı, inamdı. Yalnız onun ətəyindən və bir də Tanrının mərhəmətindən dəstək alıb özümüzü gündən-günə, ildən-ilə doğru çəkib aparırıq. Mənə elə gəlir ki, ümidlə, inamla üzü sabahlara gedənlərin hər birini çəkib aparan hər hansı qeyri-adi bir güc, varlıq var. Məhz ondan yapışıb, ona qoşulub gedirik. Deməli, məqamından asılı olmayaq, biz o qoşqunun yanında, çevrəsində və ola bilsin ki, hətta içindəyik.
Deməli, biz ümidlərdən nə qədər çox yararlansaq, nə qədər onlara bağlı olsaq, günlərin, ayların, illərin sırası da bir o qədər uzun olar. Və elə o qaranlığı yaran o bir cüt gözün işığı da, sığındığım evin bugünkü durumu da, bütövlükdə mənə doğma olan dünyanın bu üzünün bütün halları özü-özlüyündə yaşamağımın stimuludu.
bu gün də başa çatdı
elə dünənki kimi.
kədər başımı qatdı-
çözələdi fikrimi.
uzandı yol haracan,
üzüldüm bil oracan...
can deməklə, yara, can-
qabar etdim dilimi.
çəkdikcə kipriyimdən
gözümdə ağladı qəm.
tək ürəyim, cüt didəm-
verdim sənə əlimi!..
Çalışın ,güc ortaya qoyun ki, hes vaxt ümidsiz, işıqsız olmayasınız!..