ANA SƏHİFƏ / YAZARLAR

DERBİ

20625    |   2010-02-20 02:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mənim yaşıdlarımın uşaqlıq və yeniyetməlik illərinin çox ecazkar bir sevinc mənbəyi vardı. Bizə həm futbol oynamağa icazə verirdilər, həm də televizorda, stadionlarda ölkə birinciliyini izləməyə. Biz də, elə böyüklər də o vaxtlar ildən-ilə məşhurlaşan "Neftçi"ylə nəfəs alırdıq. Dərslər, tətillər, bayramlar, kinolar, düşərgə macəraları öz yerində, "Neftçi" ilboyu söz-söhbətimizdə, mübahisələrimizdə, qəlbimizdəydi. Heyf ki, həmişə olduğu kimi əlimin altında nəsə yazılı bir məlumat, bircə yaddaş kitabçası da yoxdur. Bu səbəbdən müəyyən ad, tarix, il, hesab səhvlərim olsa, üzrlü sayın. Çünki mən bütün hallarda bu yazını qələmə almalıyam.
   
   ... Ancaq elə bil ki, dünən, lap uzağı üç-dörd il bundan qabaq olub. Biz orta məktəbin sonuncu siniflərində oxuyarkən dəlicəsinə sevinirdik. 1964, 1965, nəhayət, 1966-cı il! Çingiz İsmayılov, Kosenkov, Şeyxov, Kramarenko, Yaşar və Adil Babayevlər, Tofiq Axundov, Robert Çançaneyşvili, Nikolay Boqdanov, Semiqlazov, Hacıyev, Sergey və Yuri Melkumov qardaşları, Yuri Kuznetsov, Zabrodin, Adomas Qolodest, Markarov, Tuayev, Banişevski... həmin illərin sevilən futbolçuları.
   
   1966-cı ildə biz fantastik sevinc yaşadıq. Baxmayaraq, iki ən güclü futbolçumuzu - Banişevski və Markarovu SSRİ yığmasının tərkibində İngiltərəyə aparıb "ehtiyatda saxlamışdılar". Həmin il "Neftçi"nin qarşısını almaq mümkün deyildi. Tuayev- Markarov-Banişevski üçlüyü SSRİ-nin ən güclü hücum xətti idi, ən güclü komandaları darmadağın edirdi. Həmin il "Neftçi" SSRİ çempionu olmalı idi. Ən pis halda gümüş medal. Ancaq "təqvimi və hakimliyi" elə qurdular ki, son görüşdə başqa bir medal iddiaçısı "Spartak"ı 3:0 hesabı ilə məğlub edərək bürünclə kifayətləndik. Sevincimiz paralel olaraq Kirovabadın "Dinamo" komandasının "B" qrupundan "A" qrupuna çıxması ilə aşıb-daşırdı. RSFSR və Ukraynadan başqa müttəfiq respublikalardan yalnız Gürcüstan və Azərbaycan güclülər dəstəsində 2 komanda ilə təmsil olunurdu. Hələ onların ardınca çox güclü bir komandamız - Fuad Tağızadənin Bakı "Dinamo"su gəlirdi. Azərbaycan futbolu zirvəyə doğru idi. Bakıda, Gəncədə, Qazaxda, Ağdamda, Sumqayıtda, Naxçıvanda, Lənkəranda güclü futbolçular yetişirdi. Veteranları Yuri Stekolnikov, Nikolay Smolnikov, Vitali Şevçenko, Romenski, Bruxti, Əli Rəhmanov, Füzuli Cavadov, Rafiq Əlizadə, İsgəndər Cavadov... kimi gənclər əvəzləyirdi.
   
   1967-ci il SSRİ futbolunda əsl Azərbaycan triumfu gözlənilirdi. "Neftçi" çempionluğa, "Dinamo" Kirovabad birinci onluğa, Bakı "Dinamo"su isə "B" qrupu ilin qalibi olaraq "A" qrupuna çıxmalı idi. Potensialın və əzmkarlığın birləşməsi gərəkdi. "Neftçi"yə bürünc medal qazandıran gənc məşqçi Əhməd Ələsgərova adamın yazığı gəlirdi. Hiss olunurdu ki, o, eyni zamanda hər üç komandanın məqsədi üçün əlləşir, müəyyən tədbirlər görür. Mövsümün sonlarına yaxın "Dinamo"nun vəziyyəti pisləşməyə başladı. Fikir verin, çempionluğa oynayan "Neftçi"nin "Dinamo" problemi, qardaş komanda dərdi görün hansı gözlənilməzliklərə apardı. "Neftçi" Moskvanın, Tiflisin, Kiyevin "Dinamo"larına gözlənilməz xallar paylayırdı ki...
   
   "Dinamo" Kirovabad isə Moskva və Tiflisin komandalarını məğlub edirdi. Ümidlər oyanırdı, deyəsən "Neftçi"nin çempionluğunu qurban verib "Dinamo"nu güclülər dəstəsində saxlamaq mümkün olacaqdı. Biz bunu "Neftçi"nin Bakıda "öz kiçik qardaşına" çox gülməli şəkildə 1:3 hesabı ilə uduzarkən bir daha yəqinləşdirdik.
   
   Sonra nə oldu? Lev Lübarski, Müzəffər Qasımov, Mübariz Zeynalov... kimi güclü oyunçuları olan "Dinamo" elə Kirovabaddaca yüksək liqada qalmaq uğrunda mübarizə apardığı potensial rəqiblərinə - "Kayrat"a, "Paxtakor"a və başqalarına uduzdu. Həm öz ədabazlıqları və arxayınçılıqları, həm də hakimlərin köməyi ilə. Güclülər dəstəsini tərk edib bizləri ağlatdı.
   
   "Neftçi" isə "bürünc il"dən daha güclü olmasına baxmayaraq medalsız qaldı, beşinci yerlə kifayətləndi. Bu az imiş. SSRİ Futbol Federasiyası 1968-ci il mövsümündə "A" qrupunun ikinci dəstəsini və 7-8 "B" qruplarını formalaşdırdı. Qanunla güclülər dəstəsini tərk edən komanda "A" qrupunun ikinci dəstəsində mübarizə aparmalı idi. Bizim "Dinamo"nu həmin o "B" qruplarından birinə atıb birdəfəlik etdilər.
   
   Sonralar "Neftçi"nin başına hansı oyunlar açıldığını xatırlamağa dəyməz - ədalətsizlik, haqsızlıq, bir də özümüzün axmaqlığımız.
   
   Bir az uzun çəkən bu əhvalatı nəyə görə xatırladım? Bunun özəl səbəbini indi açıqlayacağam. Ancaq futbolumuzun keçmişindən söhbətlər oxumaq istəyənlər olarsa, başqa məqalələr də yazmağa çalışaram.
   
   O uzaq uşaqlıq illərimizin bürünc sevincini, "Dinamo" qürurunu doyunca yaşaya bilməmiş nə qədər haqsızlıqlarla, satqınlıqlarla da üzləşmişdik... Mən o fantastik uğurların sevincini və amansız fiaskonun acısını dadanlardanam. Son 10-15 ilin dəbdə olan bir sözünün müəyyən anlaşılmazlığından yarandı bu yazı.
   
   Derbi! "Real"-"Barselona", "Qalatasaray"-"Fənərbaxça", "Milan"-"İnter"... Avropada fırtınalı derbilərin sayı çox deyil. Ancaq bəzən eyni şəhərin iki komandası az qala düşmənə çevrilirlər, sanki qırğına çıxırlar. O vaxtlardakı "Neftçi"-"Ararat" görüşləri ayrı məsələ idi. Və bunun da müəyyən çərçivəsi olurdu. Bunlar isə eyni ölkə, eyni şəhərdir ey! Görün "Barselona"-"Real" rəqabəti İspaniyada işi nə yerə çatdırıb ki, katalonlar ayrıca bir ölkə yaratmaq haqqında da düşünürlər. Bunlar gerçəklikdir, şou deyil. Teatrlaşdırılmış zarafatlara da icazə yoxdur. Derbi varsa, onun qanunları hökm sürür. İstər meydançada və tribunada, istərsə də onun ətrafında.
   
   Bir şəhərin iki komandası oynayır, on min nəfərə yaxın polis bütün günü derbiyə bağlanır, derbiyə cavabdehlik daşıyır. Məgər başqa oyunlarda mübarizə getmir, qol vurulmur, tribunalar dalğalanmır?
   
   Mən bu "derbi" sözünün mənasını və ya tərcüməsini də əməlli-başlı bilmirəm. Bir onu bilirəm ki, Britaniyada Derbi adında şəhər var. Derbi-Kaunti adlı futbol komandası da olmalıdır. "Derbi" sözünün tamam başqa bir idman növü ilə bağlılığı da var: cıdır! Özü də üçyaşar atların yarışı. Jokeylərinsə həmişə futboldan zəhləsi gedib...
   
   Nəsə baş açılası iş deyil.
   
   
   
   P.S. Ara yerdə o vaxt "Neftçi"yə yazıq oldu. Biz uşaq olmuşuq, çox mətləblərdən baş açmamışıq.


YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK