GÖRƏK SONRA NƏ OLACAQ?

ƏBÜLFƏT MƏDƏTOĞLU
65402 | 2015-03-12 10:23

Bunu həyatımdakıBəxtiyar Qaraca deyib

Xeylivaxt bundan öncə maşınla yol gedirdim. Adətim üzrə maşında tək olanda həmsöhbətimradio olur. Və mən həmin gün də radionun düyməsini basıb dalğalarda gəzişdim.Hansı dalğadasa diqqətimi bir musiqi çəkdi, xüsusilə onun sözləri. İnanın, səmimideyirəm. Yola çıxmışdım və səfərimdə də məqsəd bir problemin çözümü idi. Ancaqistəyim bir daşa gedib dirənmişdi. Onu yerindən tərpədə bilməsəm, bütün zəhmətimboşa çıxacaqdı. Məhz bu səbəbdən də fikrimdə elə hey dolaşdırırdım ki, görəsənbu gedişim, bu ardınca düşdüyüm iş necə olacaq? Alınacaqmı, alınmayacaqmı...…

Bax,indi özünüz fikirləşin. Həmin o sualların içərisində çapaladığım məqamdaradioda xalq artisti İlhamə Quliyeva sanki mənə təsəlliverici bir şəkildə deyirki, görək sonra nə olacaq.

Yenəetiraf edim ki, bu sözlər məni çaşdırdı. Sonra içimdə bir qəhərli sevinc başqaldırdı. Üzümü Tanrıya tutub səmimiqəlbdən şükür etdim. İnandım ki, əlim boşa çıxmayacaq, istəyimə çatacam. Çünkidüşündüklərimin əks-sədasını o mahnıda tapmışdım. Axıra qədər dinlədim omahnını. Mahnı bitdi, sonda xalq artisti vurğuladı ki, dinləyicilərə eksklüzivolaraq təqdim etdiyim bu nəğmənin sözlərinin müəllifi Bəxtiyar Qaracadı...…

Onda tələbəidim. Hardasa bir-iki ay olardı ki, birinci kursa başlamışdıq. Altıncı mərtəbənin,yəni Dövlət universitetinin o möhtəşəm binasının altıncı mərtəbəsinin pəncərəsiönündə dayanıb uşaqlarla söhbət edirdik. Birdən məndən bir kurs yuxarıda oxuyanvə artıq tanış olduğum Mehdi adlı tələbə yoldaşımız üzünü mənə tutub soruşdu:

- Əbülfət, sənhansı rayondansan?

Təbii ki, cavabıləngitmədim. Amma içimdə bir təəccüb də baş qaldırdı, "görəsən bunu niyəsoruşdu?"

Mehdi də təəccübümü,marağımı gözlərimdən oxuyub gülümsəyərək dedi:

- Sənin şeirlərindəkiruhun bir damarı mənə şirin, doğma gəlir. Ona görə bu şirinliyin, doğmalığınünvanının hardan gəldiyini bilmək istəyirdim. İndi tapdım.

Dərhalsoruşdum:

-Hardan? Necə tapdın?

-Bəxtiyar Qaracanı tanıyırsan? - deyə soruşdu məndən Mehdi.

-Adını eşitmişəm, amma elə bir tanışlığım yoxdu.

-Bax, o da səninlə bir rayondan, bir bölgədəndi. Onun şeirlərindəki təbiət,sevgi notları ürəyimə çox yatır. Səndə də bu az-çox var...…

Bəli,Mehdi həmin gün mənə Bəxtiyar Qaracanın bir neçə şeirin əzbər dedi. Düzünü deyim ki, həmyerlimiyaxından tanımadığım üçün içimdə bir az sıxılsam da, amma onun şeirlərini əzbərsöyləyən və onun barəsində ürəklə, ağızdolusu danışan tələbə yoldaşımın yanındamən də qürrələndim. Axı mən Bəxtiyar Qaraca ilə bir bölgəni təmsil edirdim. Deməli,adamlar həmişə yaxşını, uğuru özünə çıxdığı kimi, mən də milli mentalitetimizə uyğun olaraq yaxşını, uğuru həmişə özümə doğma sanmışam və bunu da dana bilmərəm.Ən azından mən də azərbaycanlıyam və deməli, bunu dansam, özüm xoş olmayan birduruma düşə bilərəm...…

Tələbəlikillərində mən Bəxtiyar Qaraca ilə görüşə bilmədim. Amma ara-sıra mətbuatdaşeirlərini oxudum. Çünki onda BəxtiyarQaraca təhsilini davam etdirmək üçün Moskvaya getmişdi. İçimdə nə vaxtsa onunla qarşılaşacağımabir ümid yatıb qalmışdı. O ümid məqamını gözləyirdim. Günlərin birində o məqamoyandı. O ümid mənim əlimdən tutub Azərbaycan Televiziyasına apardı. Dahadoğrusu, Azərbaycan radiosunun "Xalq yaradıcılığı "Bulaq”” verilişi ilə əməkdaşlıqetdiyimdən dəyərli dostum İntiqam Mehdizadənin görüşünə getmişdim. Söhbət əsnasındaBəxtiyar Qaracanı soruşdum. Bir rayondan olduğumuzu dedim. Amma bugünə qədərgörüşmədiyimizi də İntiqam müəllimə söyləməkdən çəkinmədim. Aşkar marağımı hiss edənİntiqam müəllim bir an fikirləşib dedi:

-Studiyaya gələndə Bəxtiyar Qaracanı televiziyanın həyətində gördüm. Çəkilişdəngəlirdilər, yəqin ki, yerində olar. Gedib özün görüşsən...…

Məncə,sizi bir-birinizə qədim etməyə ehtiyac yoxdu, - deyib fikrini tamamladı.

Bəli,həmin gün mənim üçün həyatımın yaddaqalan bir anı kimi yaddaşıma yazıldı. Mən radiodan çıxıb televiziyanın binasına üztutdum. Birinci mərtəbənin foyesində qarşıma çıxanlardan Bəxtiyar Qaracanısoruşdum. İkinci mərtəbəyə qalxmağı məsləhət gördülər. Mən də qalxıb onun işotağının qapısını döydüm. İçəridən:

-Gəlin! - deyən bir səs eşitdim.

Qapını açıb içəri keçdim. Qarayanız, saçlarınıyana daramış, gözlərindən süzülən işıqla üzündəki yorğunluğu gizlətməyə çalışanBəxtiyar Qaraca əlindəki qələmi kağızın üzərinə qoyub üzümə baxdı.

- Tuğ kəndindənəm, Dağlıq Qarabağdan. Radioya gəlmişdim.Sizinlə görüşmək istədim.

Oyerindən qalxdı. Mən yaxınlaşıb onunla əl görüşdüm. Üzbəüz əyləşdik. Özüm haqqında, yazı-pozum barəsindədanışdım. Sözarası onu da vurğuladım ki, verilişlərini, bundan öncə isə mətbuatdaçıxan yazılarını izləmişəm, şeirlərindən xəbərim var.

Xeyli söhbətetdik. İş telefonunu verdi mənə. Əlaqə saxlamağı tapşırdı. Otaqdan çıxanda birdənnə isə fikirləşib:

-Bir dəqiqə ayaq saxla, - dedi.

Geri qayıtdım.Çalışdığı redaksiyanın əməkdaşlarından kimisə daxili telefonla yanına çağırdı:

- Əbülfətlətanış ol. Növbəti verilişlərindən birinə onu dəvət edərsən...

Bəli, ilktanışlıq, ilk baş-başa söhbət və ilk daxildən, ürəkdən gələn bir səmimiyyətingöstəricisi olan qayğı...… Mən həmin gündən yazı-pozumda da, adamlarla təmasımdada müəyyən jestləri, hərəkətləri gözdənkeçirməyə, onları redaktə etməyə başladım. Çünki radioda, televiziyadatanıdığım adamların böyük əksəriyyəti mənim həmyerlimə xüsusi bir sayqıyla, həmdə işini bilən bir adam kimi yanaşırdılar. İlk baxışdan duyulurdu ki, BəxtiyarQaraca özünü kollektivə sevdirib. Özü öz yerini haqq edibdi. Ona görə də ətrafdakılarınona qısqanclığı, paxıllığı yox, yaxşı mənada bir həsədi var. Təbii ki, bu həsəddə məni ruhlandırırdı, məni sevindirirdi. Bax, o gündən bu günə qədər teleməkanda,yazı-pozu dünyamda özümün də xəbərim olmadan çiynimdə bir əlin olduğunu hissetdim. Bircə dəfə də bu əlin sahibi səsini çıxarıb demədi ki, "Mənburdayam!" Amma o, həmişə burda, yəni yanımda oldu. Və mən də yanımda olan Bəxtiyarın dəstəyiilə, məndə yaratdığı inamla sabaha baxmağa, sabaha qovuşmağa daha çox canatdım. Çünki min dəfə ağıl süzgəcindən keçirib, min dəfə vərəqləyib gördüm ki,yanımda olan Bəxtiyar göstərdiyi qayğını, diqqəti təmənnasız, bir həmyerlimkimi yox, sadəcə məndə iynə ucu boyda işıq gördüyü üçün edir. Deməli, bu insanişığın, xeyirxahlığın, səmimiyyətin və bir də uğurlu nəticənin adamıdı... onaköklənib, onu özünə həyat amalı seçibdi...

İndi mənə şirinbir xatirə kimi gələn və əslində elə həm də dünənin bir parçası olan o zamanıxatırlayıram. Üzərindən təqribən 28-30 il ötübdü. Və bu illər ərzində bizbir-birimizi daha da yaxından tanımağa, bir-birimizin evinin içindən, ailəsindənxəbərdar olmağı bacardıq. Bir söz adamı marağı ilə soy kökümüzü, çevrəmiziaraşdırdıq. Üst-üstə düşən, uyğun gələn, paralel olan və bəzən orta məxrəc kimiqarşımıza çıxan neçə-neçə məqamın şahidi olduq. Gördük ki, bu həyat bizimyollarımızı qovuşdurmağa sözün böyük mənasında məhkum imiş. Ən azından ona görəki, bizim dərdimizin də, kədərimizin də, ağrı-acılarımızın, itkilərimizin və nəhayətsevincimizin də bəxt yazısı eyni imiş. Yəni başımızın üzərindəki təkcə göy üzüyox, həm də bizi qapqara rəngə yüklənmiş, ağırlığından hər kəsin canısızıldayan bir yurdsuzluq nisgili, bir yurdsuzluq sindromu qovuşdurub, kökləyib.Ondan qaçıb qurtulmağın yolunu da birlikdə axtarmağa məhkumuq. Düzdü, sözümüz,qələmimiz o ağrıyla, o yüklə mübarizə aparır. Ancaq bu qara buludların çəkilməsi,göy üzümüzün aydınlaşması bizim və hamımızın işi olmaqla yanaşı, həm də birAllah işidi. Bax, bütün bunların fonunda mən Bəxtiyar Qaracanı kənarda dayanıbsaatlarla izləməyi, səmimi etiraf edim ki, çox xoşlamışam. Ona görə ki, onunyerişində də, əl hərəkətlərində də, hətta tribunada dayanıb nəyisə nitq edəndədə və yaxud bir çevrədə dayanıb hansısa məsələyə münasibət bildirəndə də onunöncə təmkini, sonra isə məntiqi məni ovsunlayıb. İnanın ki, o qədər asta-asta,o qədər rahat danışır, fikir söyləyir ki, o rahatlıqdan həzz alırsan. Üstəlik dəsəni o qədər arxayınlıqla, diqqətlə dinləyir ki, bəzən nəyisə uzun-uzadıdanışdığından özün xəcalət çəkirsən. Məncə bu təkcə şəxsi tərbiyə deyil, həm dətərbiyə etmək mədəniyyətidi.

Əvvəl zəngləşərdikvə yaxud da təsadüfdən görüşərdik, məclislərdə qarşılaşardıq. Amma bunabaxmayaraq, o həmişə televiziyada olduğundan imzasını, simasını görmək, xüsusiləDövlət Televiziyasında xeyli müddət özünün idarə etdiyi, layihə müəllifi olduğu"Xoş gəlmisən" verilişi, həmçinin "Gənclik" studiyasının təqdimatlarıonu bizim evin əzizi etmişdi... mənim ürəyimin sakininə çevrilmişdi. Sonra həyatelə gətirdi ki, Bəxtiyar Qaraca yazılı mediaya qayıtdı. İndi onu demək olar ki,hər gün görürəm. Onda Azərbaycan Televiziyasında idi, indi isə "Azərbaycan"qəzetində. Gah dəhlizdə qarşılaşırıq, gah bir-birimizin iş otağında. Hər dəfə dəşəxsən mən onu ilk dəfə gördüyüm səmimiyyətlə görürəm, ilk dəfə mənə göstərdiyimünasibətdə qarşıma çıxır. Hələ də təsəvvür edə bilmirəm ki, insan bu qədərsabit və öz içində özünə dayanıqlı ola bilər. Axı adətən doğamalaşdıqca,dostlaşdıqca bir sadələşmə, bir vərdiş yaranır. Ancaq mən bunu BəxtiyarQaracanın münasibətində bugünə qədər görməmişəm. Onunla hər qarşılaşmağım, hərgörüşüm bir növü ilkinlikdi, başlanğıca qayıdışdı - istər verdiyi suallar, istərbildirdiyi münasibətlər... Demək olar ki, hər şey təzədi. Bircə köhnə olan diqqətdi!

Mənim oxucum yəqinki, bilir, bütün həyatım boyu diqqət xəstəsi olmuşam. Tanıdığım, sevdiyim, güvəndiyim,insanlığını hiss etdiyim hər kəsdən yeganə umacağım diqqət olubdu. Allahımdan oqədər razıyam ki, o məni həmişə dostlarımın diqqət mərkəzində saxlayıb. Məncə,bunun özü böyük hərflərlə yazılmağa layiq xoşbəxtlikdi. Bax, bu mənada içimdəolan adamların sırasında yeri olan, daha doğrusu, yerini özü qazanmış Bəxtiyar Qaracaməni xoşbəxt edən dostlarımdan biridi. Və düşünürəm ki, bu dostluğun, bu xoşbəxtliyinyaşı da, ömrü də təkcə bizim yaşımızla, ömrümüzlə deyil, bizdən sonrakıdavamçıların yaşında, ömründə öz əksini tapacaqdı!..

P.S. Həyatımda qəribəməqamlar çox olub. Amma mən onları yalnız içimdə olan adamlarla bölüşmüşəm. Bumənada düşüncələrimi bölüşdüyüm, arzularımı deməkdən çəkinmədiyim, hətta bəzənmaddi ehtiyacımı da olduğu kimi qarşısında ifadə etdiyim Bəxtiyar Qaraca yəqinki, mənim bu yazımı olduğu kimi qəbul edəcək. Onun qüsurunu da, nöqsanını da,gerçək üzünü də. Ən azından ona görə ki, o, yazımda vurğuladığım BəxtiyarQaracadı! Görək sonra... Yaxşı olacaq.



TƏQVİM / ARXİV