İLLƏRİN O ÜZÜNDƏN GƏLƏN YOL

ƏBÜLFƏT MƏDƏTOĞLU
180669 | 2015-03-10 17:40

Öncədən onu deyim ki, buyazını oxuyanda hər kəs ona öz arşını ilə yanaşacaq, öz eynəyi ilə, öz baxış bucağıaltında diqqət yetirəcəkdi. Hətta kimlərsəkülü üfürüb altından qor tapmağa çalışacaq. İstəyəcək ki, görsün o qor necə kövrəlir,necə alışır və ümumiyyətlə, niyə alışır?! Ammakim hardan baxır- baxsın, kim necə ölçür-ölçsün, mən buna o qədər də önəmvermirəm. Çünki bütün həyatım boyu bildiyim, qəbul etdiyim və inandığım bir məqamvar: onun da adı səmimiyyətdi. Mən də həmişə hər yerdə o səmimiyyəti əlimdə, ürəyimdəbayraq etmişəm. Hətta məni sevməyən, məni görmək istəməyən, hətta mənim özümə xoşgəlməyən adamları belə səmimi şəkildə özümdən uzaqlaşdırmışam. Çalışmışam ki, xətirlərinədəyməyim. Ən azından ona görə ki, mənim də xətrim, mənim də ürəyim var. Kimsə mənimdə xətrimə, mənim də ürəyimə dəyə bilər. O müdriklərin dediyi kimi, "etmə,etməsinlər!"

Bəli, bu gün o, dövlətinən yüksək qurumunda mövqe tutub. Amma həmino yüksək quruma gedən yolun əvvəli bir tələbəlikdən, bir üniversitet həyatındanbaşlayıb. Və onda kimisə proqnoz verə bilməzdiki, sovet cəmiyyəti dağılacaq… torpaqlarımız işğal olunacaq… 20 yanvar faciəsi başverəcək… Azərbaycan müstəqilliyinə qovuşacaq. Ola bilsin ki, müstəqillik ideyasınındaşıyıcıları, yəni məhz həmin illərdə bufikri gizli şəkildə də olsa ifadə edənlər, yazılarının alt qatında göstərənlər mənimlərazılaşmasınlar. Mən də onları başa düşürəm. Ancaq bütöv toplum halında mənim söylədiyim,yəni içində yaşadığım cəmiyyətin nə vaxtsa tarixin arxivinə veriləcəyini universitetauditoriyalarında bizə söyləyən olmamışdı. Ona görə də biz, yəni o dövrün şinelindənçıxanlar auditoriyalarda da, dəhlizlərdə də qarşılaşanda xoş təbəssümlə, səmimidavranışla və bir də içində olduğumuz həyata böyük arzumuzla bir-birimizə bağlanmışdıq.Təsəvvür edin ki, tələbə dünyası bizi o qədər xəyallandırırdı, o qədər arzulardanarzular qol-qanad açırdı ki, hərdən bütün bu istəklərin çin olacağına özümüzün dəgülməyimiz tuturdu. Çünki istər ucqar kəndlərdən,istər şəhərlərdən, rayon mərkəzlərindən dövlət universitetinə qəbul olunmuş gənclərin hamısının əsas məqsədi, məramıarzularına qovuşmaq idi, məqsədinə çatmaq idi. Ona görə də böyük əksəriyyət bir-birinəqarşı davranışda, münasibətdə, hətta yardım göstərib əl tutmaqda təmənnasız idi.Elə bil ki, o tələbə dünyası hər kəsi sovet dövrünün məşhur şüarının daşıyıcısınaçevirmişdi. Yəni "hamı bir nəfər üçün, bir nəfər hamı üçün!"

İndinin özündə həmin o günlərixatırlayıb, həmin o məqamları gözlərimin önünə gətirəndə qəribə hisslər keçirirəm.Ona görə ki, arabir əlaqə saxladığım universitetin tələbə dünyasında bizim gördüklərimiz,bizim yaşadıqlarımız demək olar ki, az qala kökündən dəyişir. Doğrudur, burda zamanfaktoru var, inkişaf faktoru var. Bunu qəbul edirəm. Ancaq bütün hallarda tələbənibir-birinə yaxınlaşdıran yataqxana və kitabxana indi nə yoxdu, ya da əvvəlki tərzdə, əvvəlki müstəvidə deyil. Bir-birinin qapısınıdöyüb bəzən yavan, bəzən yağlı tikəsinə qonaq olduğumuz tələbə dostlarımız, tələbəyoldaşlarımız, qələmindən, kitabından yararlandığımız, köynəyini, pencəyini geyindiyimizuşaqlar… Bu gün bunlar varmı görəsən tələblik illərində? Eşitməmişəm və mənə eləgəlir ki, bundan sonra da eşitməyəcəm. Onda isə…

Hərdən məni qınayırlar ki,nostalji hisslərə çox üstünlük verirəm, o hisslərdən uzaq düşə bilmirəm. Amma insangördüyünü, oxuduğunu, eşitdiyini özünə daha çox yaxın buraxır, nəinki fantastikolanları. Bu mənada mən oxuduğum universitetdə gördüyüm, salamlaşdığım, münasibətqurduğum, çörək kəsdiyim, bəzən çarpayısında ayaq-baş yatıb köynəyini geydim insanlarıunuda bilmirəm. Çünki bunlar mənim həyatımın bir parçasıdı. Üstəlik də şəhərdənuzaq bir guşədən paytaxta gəldiyim üçün mənə torpaq adamları, kənd adamları dahaçox yapışırdı, onlara qanım daha çox qaynayırdı. Az-çox yazı yazmağım, universitetqəzetində, eləcə də ölkə mətbuatında görünməyim məni o cameədə önə çəkmişdi. Üstəlikqrup nümayəndəsi olmağım da bir yandan, bir tərəfdən…

Bəli, biz arzularımız naminə,məqsədimiz naminə universitet auditoriyalarında nə qədər həlim, təmkinli olsaq da,içimizdə bir gənclik eşiqi də var idi. Yaşımız da bizə öz sözünü deyib, öz hökmünü göstərirdi. Həmin o sözün, hökmün içərisindəbizim günlərimiz əriyib gedir, tələbəlik illəri bir-birini əvəzləyirdi. O əvəzlənənillərin içərisində bizim bir-birimizə olan səmimiyyətimiz, diqqətimiz də yaşlaşır,kamilləşir və demək olar ki, ürəyimizin bir guşəsində öz yerini möhkəmləndirirdi.Həmin o möhkəmlənən, sabitliyini dəyişməz saxlayan yer sahiblərindən biri də ortaboylu,qarayanız bir oğlan idi. Sakit təbiəti, ətrafla maraqlanması, xüsusilə yanındakılaramünasibətdə təmkin nümayiş etdirməsi onu yaşından çox böyük göstərirdi. Adama eləgəlirdi ki, onun içərisində olduğu yaşı öz həqiqi yaşından azı iki-üç dəfə böyükdür.Hətta fakültənin ümumi tədbirlərində söylədikləri istər-istəməz bu adamın təkcəuzaqgörənliyini yox, həm də məntiqə söykənənmühakiməsinin gücünü elə sərgiləyirdi ki, onu dinləməmək, onun fikirlərinin arxasındakıqapıları görməmək mümkün olmurdu. Nə qədər özünü kənara çəksən də, həmin söylənilənfikirlər birmənalı şəkildə özünün gerçəkliyini adamın gözü önünə çıxarırdı. Şəxsənmən onda da, indi də özüm üçün belə bir ümuminəticə çıxarmışdım ki, mühakiməsi, məntiqi güclü olan, təmkinini saxlamağı bacaraninsan içində həmişə bir od-alov, bir mübarizə daşıyır…

Tələbəlik illərindən sonrahəyat bizi müxtəlif səmtlərə atdı. Onu 20 yanvar hadisələrində, bu gün də təkrarlananhəmin o kadrlarda gördüm… Sonra indi çalışdığı vəzifədə… Tam səmimiyyətlə deyimki, ondan gördüyüm diqqəti, onun mənə göstərdiyi münasibəti sözün həqiqi mənasındaumduğum, gözlədiyim insanların heç birində görməmişəm. Ancaq o, həmin diqqəti də,münasibəti də reklamsız, təmtəraqsız, çox sadə, hətta elə bir formada hiss etdiribki, bunu ancaq ürəyinlə, ruhunla duya bilərsən. Mən də duymuşam - əlimi sıxıb məni təbrik edəndə, tədbirlərdə qarşılaşanda…Elə bilmişəm ki, həmin o 80-ci illərin tələbələriyik… Elə bilmişəm ki, yenə universitetdəhlizində, auditoriyalarında üz-üzə gəlirik…

Bütün bunları bir xatirəkimi yazıram. Amma bu xatirənin bir ana xətti var,bir şah damarı var. O da Əli müəllimin dünən tamam olan 55 yaşıdır. Öncə yazmaqvə onu qəzet səhifəsinə çıxarmaq mənim qarşımda sual işarəsi kimi dayandı. Ancaqbütün sualların cavabı olduğuna inandığım üçün yazmaq qərarı verdim və mən nə Əlimüəllimin tutduğu vəzifədəki fəaliyyətini, nə onun siyasi yetkinliyini, nə də mətbuataləmi üçün bütünlüklə açıq olduğunu dilə gətirmədim. Çünki bütün bunlar göz önündədi,bəllidi. Şəxsən mənim üçün ən önəmlisi, ən vacibi və ən qürurvericisi odur ki, Əlimüəllim yerində olan bir insan kimi aid olduğu komandada çiyninə düşən işi layiqincəyerinə yetirir. Yəni o, həm sədaqəti, həm də xidməti ilə birmənalı şəkildə bu komandadaöz yerində olduğunu və etimadı doğrultmağı bacardığını 20 ilə yaxındır ki,anbaan sübut edir. Deməli, o, halal haqqının, böyük arzularının və bir də əqidəsininsədaqətli əsgəridi. Zənnimcə, bu artıq hər şey deməkdi. Mən bu məqamda ürəyimdəolan insanlara ünvanladığım misraları bir hədiyyə kimi Əli müəllimin adına bağışlayıram.

ÜRƏYİMDƏKİ ADAM

Topsuz,

tüfəngsiz

qapı

pəncərəsi bağlı

bir qapalı dünya var -

cəmi

bir otaqlı…

İşığı bol,

havası təmiz

sanki

göz yaşı kimi

dupduru bir dəniz…

Təkcə

özüm üçün yox,

daha çox

həmin otağın

daimi

qeydiyyatda olanı

ziyarətçisi üçün…

Heç kimə göstərmədən

özün

təkcə,

sakitcə,

məni duya-duya

ürəyimin ömrün

uzadır hər gün!


55 yaşınızı təbrik edirəm,Əli müəllim!


Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV