adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

SEVGiLƏRiN VAXTI DEYiL...

VƏSİLƏ USUBOVA
15632 | 2010-01-30 02:35
gÖtən şənbədən sonra istədim Əbülfət Mədətoğlunun mobil telefonuna bir ismarıc göndərəm. Yazam ki, özünü çox üzmə, ay şair, bu dünya elə belə gəlib, belə də gedəcək. Daha dəyişməyə meyli olmayan bu dünyanın sevgilərindən və sevgisizliyindən yazmaqla həm özünün, həm də oxucuların ürəyini papiros kağızından da nazik eləmisən. Canını incidib qəzet oxuyan on-onbeş nəfəri nəzərdə tuturam, yoxsa qalanların umuruna da deyil. Ürəksiz də, sevgisiz də yaşamağı bacarırlar. Elə ağıllı işi də onlar görürlər. Bu dünyanın işdəkləri üstündə başını nə qədər çox sındırsan, qəlbin də o qədər yorulur, hər sözdən, hər eyhamdan sınıb çat-çat olur.
   
   Sonra da dedim ki, yaxşısı budu qəzetə yazım, elə oxucular da dərd-sərimizdən agah olsunlar. Elə bu yerdə ürəyimdən keçdi ki, keşkə, indi nə kompüter, nə də mobil telefonlar olaydı. Mən də oturub can üzə-üzə şairə bir namə yazaydım. O namə də üç-dörd günə gedib ünvanına çataydı. Şair də üç-dörd dəqiqə vaxtını sərf edib yazdıqlarımı oxuyaydı. Eh, bu texniki tərəqqi nə qədər işimizi irəli aparsa da, bir o qədər də zövqlərdən, isti münasibətlərdən məhrum elədi bizig
   
   
   
   ***
   
   
   
   Dünya elə əzəldən belədi. Sevgilər qarşılıqsız olur həmişə. Ən güclü adam da öz qəlbinə hökm eləməyi bacarmır. Bir də ki, buna nə ehtiyac var? Hisslərimiz ağılla idarə olunmur. Başımıza girən, ürəyimizdə doğan nə varsa, hamısı göylərin ərmağanıdı. Bizlik heç nə yoxdu. Sevəcəyimiz kəs həyatımıza girməmiş yuxularımızın qonağı olur. Yaşının altmışa yetən vədəsində özündən 22 yaş cavan bir qadına vurulan kişi danışırdı ki, yuxularıma tez-tez tanımadığım bir qadın girirdi. Amma nə baş verdiyini anlamırdım. Və günlərin birində o yuxular çin oldug
   
   Bizdə nə günah var ki,.. Doğal xislətimizdi bu. Əksərimiz bizi sevəni sevmirik. Hələ yeniyetməlik illərində bir dəfə bibim mənə demişdi: " Səndən ötrü öləndən ötrü ölg" Mənlik deyildi, axı. Bilirəm ki, qarşımdakı çox yaxşı adamdı. Xasiyyətimiz uyuşur, sözümüz-söhbətimiz tutur. Bəyəndiyim, arzuladığım çox keyfiyyətlər var onda. Amma neyləyim ki, ona başqa gözlə baxa bilmirəm. Açığı, bu adam məndə qadınlıq duyğuları oyatmır. Xətri əzizdi, əsl hörmətə layiqdi, ancaq qəlbə hökm eləmək olmur, axı. Ürəyi güclə döyündürmək mümkün deyil. Məqamında quş kimi sıçrayıb sinəndən çıxmaq istəyir, qalxıb düz boğazında döyünür. Bu gözəl duyğuların ömrü də, sonu, aqibəti də bizlik deyil. Kimsəni qınamağa da haqq etmirikg Əgər bacarsaydıqg Əgər əlimizdə olsaydı.. Onda yer üzü xoşbəxtlərin əlindən bezar olardıg
   
   Bəzən öz hisslərini ayıra bilmirsən. Sevgini özgə duyğularla qarışdıranda nə qədər çaşqınlıqlar, özünüaldatmalar baş verir. Bir tələbə yoldaşım bu hissi mehrab qarşısında dizlərin əsməsiynən müqayisə edirdi. Bilmirəm, nə dərəcədə haqlıydı, bircə onu bilirəm ki, təkcə sevəndə insan yer üzünün genişliyini duya bilirg
   
   
   
   ***
   
   
   
   Əli qoynunda iş otağımın pəncərəsi ağzında dayanmışam. Alnımı soyuq, nəmli şüşəyə söykəyib küçədə sağa-sola gedənlərə baxıram. İşim nə qədər çox olsa da, bu dünyanın işdəkləri üstündə baş sındırmağa vaxt tapıram. Bu məni yormur, əksinə, dincəldir, zövq verir. Baxmayaraq ki, çox şeyləri anlamıram və elə bilirəm ki, son nəfəsimədək də anlamayacağam. Olsun! Ömür belə daha doyumsuz və şirindi. Qos-qoca dünya çox ağıl, zəka sahiblərini yola salıb. Hər biri də öz qısa ömürlərində bu dünyada nəyisə sahmana salacaqlarına inanıb, çabalar gösiəriblər. Sonunda heç nə dəyişməyib. Bəlkə forma dəyişib, amma məzmun, mahiyyət öz dəyişməzliyini zamanın sınaqlarından çıxarmağı bacarıb. Mən başımı sındırsam, nə olacaq? Cəzasını ürəyim, əsəblərim çəkəcək, vəssəlam. Onsuz da anlamadığım, mahiyyətinə vara bilmədiyim o qədər şeylərdən üzülmüşəm ki,g Qazancım ancaq ürək, baş ağrısı olubg
   
   
   
   ***
   
   
   
   Görəsən, bu tələsən, vurnuxan, can atan adamların sevgi tutumu nə qədərdi? Bəlkə heç yoxdu, elə bomboş ürəklə yaşayırlar. Beləsə, çox maraqsız, cansıxıcı olmalıdı hər biri. Tanrıya olan sevgimiz hər şeydən ucada dursa da, bizə insan sevgisi də gərəklidi. Bir-birimizi sevib qorumağa borclu olduğumuzu nə vaxt dərk edəcəyik? Doğrudanmı, yaşı minillərlə ölçülən dünyamız hələ sevgilərə hazır deyil? Yəqin ki, hazır deyil. Yoxsa, bu günə qalardımı?... Ağlım kəsəndən qəlbimin istəyi, umacağı ancaq sevgi olub. Ata-anadan, bacı-qardaşdan, qohum-qonşudan, dost-tanışdan, ən nəhayət, öz övladımdan gözlədiyim təkcə budu. Bunu tələb eləmirəm. Umuram, gözləyirəm. Hər şeyin başında o durur. Sevgi varsa, deməli, əlçatmaz, müşkül olan heç nə yoxdu bu dünyada. Hər şey gec-tez öz yerini tapacaq. Əgər yoxdusa, onun dərdini də çəkməyə dəyərgÇünki, dərd özü də bir sevgidig
   
   Hə, şair, bilirəm, sevgisiz dünya sıxır səni. Sinə dolusu, ciyər dolusu hava almaq bəs eləmir sənə. Ürək dolusu da sevgi istəyirsən. Tapa bilirsənmi? Çətin! Qələm dostun demişkən, " dünya köhnə dünyadı, sevgiləri təzədig" Bu təzə sevgilər doyuzdura bilməz səni. Sənlik deyil onlar. Qəlb bir şeyin acı oldumu, dünyanın bütün nemətləri gözdən düşürg
   
   Buludların qoynunda süzə-süzə qolu kəndirdə şairin böyründə ölümə gedən, bundan olmazın zövq duyan o gözəli xatırlayırsanmı?... " Məni vəsf elə, şair" deyib son anda olsa belə sevgi qanadlarında uçmaq, sevildiyinə özünü inandırmaq istəyir. Şahlara, bahadırlara baş əyməyən bu gözələ də sevdiyi kəs biganədi. Amma nə qədər biganə olsa da, bu yerdə sinəsindən od-alov qopur:
   
   
   
   Səni bu hüsni-camal ilə, kamal ilə görənlər,
   
   Qorxdular haqq deməyə, döndülər insan dedilərg
   
   
   
   Adama elə gəlir ki, sevənlərin ürək, can yanğısı torpağın altında da sönmür. Bir xırda çiçəkdə, bir zərif yarpaqda torpağın üstünə çıxıb dünyanın əbədi alovuna-Günəşə can atırg
   
   
   
   ***
   
   
   
   Hava soyuqdu. Seyrək-seyrək, xırda-xırda qar yağır. Dənələr elə yüngül, elə kövrəkdi ki, heç yerə düşməkləri də bilinmir. Belə havalarda ürək bir az da tənhalaşır. Kiminsə qoluna girib sakit, adamsız bir cığırla getmək istəyirəm həmişə. Qar güclənir, külək saçlarımızı qarışdırır, üz-gözümüzü yalayır, boyun-boğazımızdan içəri soxulub canımızı üşüdür. Amma qəlbimizi üşüdə bilmir. Qəlbimiz istidi, doludu. Biz heç onun varlığını da hiss eləmirik. Deyəsən, heç döyünmür dəg Dinib-danışmağımıza da ehtiyac yoxdu. Bizim əvəzimizə külək danışır, ağappaq, saf qar dənəcikləri danışır. Onların dediklərini biz deyə bilmərik. Nə əl-ələ tutmuşuq, nə qol-qola girmişik. Sadəcə, bu dünya var, bu dünyada külək əsir, qarı sovurur, üzümüzə, sinəmizə çırpır. Bizsə irəli gedirik. Nə qədər gedə bilsək. Onu bilmirəm, mənimçin Onun var olması yetərlidi. Bilirəm ki, O varg
   
   Amma bilirəm ki, O yoxdu. Heç kim yoxdu. Bir zaman bir Gözəl Oğlan vardıg O da yoxdu.. Var olsaydı, indi O da bir qızın qoluna girib gedəcəkdi. Mən də arxadan bəxtəvərliklə onlara baxacaqdımg
   
   
   
   ***
   
   
   
   Alnımı şüşədən ayıranda qar kəsmişdi. Yerdə heç nə yoxdu. Hava da ilıqlanmışdı. Bu əsl qar deyilmiş. Uzaq-uzaq yerlərə yağan əsl qarın artıq-urtuğuymuş, küləklər gətirirmiş ki, biz də qış sevinci, qar sevinci yaşayaqg İndi sevgilərimiz də belədi. Yandırıb-yaxan cavanlıq eşqimizin qırıq-qırıq xatirələriynən könül ovundururuq ki, ürəyimiz donmasıng
   
   Hə, şair, sevgisiz dünyamızda səninçin bir sevgi lövhəsi yaratmaq istədim. Bəyəndinsə, qəbul eləg
   
   

TƏQVİM / ARXİV