adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Mart 2015 16:12
7667
ƏDƏBİYYAT
A- A+

Orxan Fikrətoğlunun Türkiyədə kitabı və filmi hazırlanır

Yazıçı-ssenarist Orxan Fikrətoğlunun Türkiyədə  "Müjdə” adlı kitabı nəşrə hazırlanır. Bu barədə O. Fikrətoğlu özü yerli KİV-lərə məlumat verib. Onun sözlərinə görə, hazırda kitabın türkcəyə uyğunlaşdırılması prosesi gedir. Kitabda yeddi hekayə, iki roman və bir kinossenari var. 

O.Fikrətoğlu Türkiyə və Azərbaycanda kitab bazarının fərqli inkişaf etdiyini deyib: "Türkiyədə hələ kitab çıxmayıb, amma mən pulun 70 faizini almışam. Orada qayda belədir: bir nəşriyyat kitabı buraxır, satacaq təşkilat isə pulun 70 faizini müəllifə əvvəldən verir. Müqaviləyə görə satışa buraxanda sonra da mənə pul çatır. 48 yaşım var, amma bu yaşa qədər Azərbaycanda ədəbiyyatından bir manat da qazanmamışam. Amma Türkiyədə əksinə, kitab çıxmamış, pulun çox hissəsini almışam”.

O.Fikrətoğlu diqqətə çatdırıb ki,  "Müjdə” adlı ssenarisi üzrə də filmin çəkilişləri isə davam edir. Tam olaraq bu yay başa çatması nəzərdə tututlur.

Yazıçı "Müjdə” ssenarisini özünün Türkiyə tərəfinə təklif etdiyini qeyd edib: "Öyrəndim ki, Türkiyədə Türkiyə Film Yapımçılar Məslək birliyi fəaliyyət göstərir. Onların saytına girib, rəhbərinin internet adresinə türk dilində ssenarimi göndərdim. Bir gün onlardan zəng gəldi və dedilər ki, ssenarini ekranlaşdıracağıq. Yaradıcı heyətin Türkiyədən olmasını istəyirəm. Çünki Azərbaycan rejissorlarının işlərini artıq görmüşəm. Və onların potensialına bələdəm. Ona görə də türk rejissorunun, aktyorlarının olması çox önəmlidir”.