adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

GüNƏŞiN GÖZ YAŞLARI

VƏSİLƏ USUBOVA
29125 | 2010-01-23 03:28
Görəsən, yer üzündə günəşin doğduğunu ilk dəfə kim görüb? O günəş doğanacan aləm nə rəngdə imiş? "Kim" sualını verdiyimə görə, yəqin ki, oxucu o dəqiqə "kim olacaq, təbii ki, Adəm babamızg" deyəcək və ürəyində mənə güləcək də. Axı, Adəm yer üzünün ilk canlı sakini deyildi. Günəşin ilk doğuşunu görən şüursuz məxluq olub əlbəttə. Nə üçünsə, mənə elə gəlir ki, kainatın bu əvəzsiz gözəli ilk doğuşunda daha parlaq, daha təmiz, daha gülərüz olub. Hələ qarşıdakı əsrlərdə, minilliklərdə bəşər nəslinin əməllərindən xəbərsiz olduğuna görəg
   
   Yer üzündə nə varsa, hamısına can, rəng, dad, ətir verən verən göylər qızı indi sanki üfüqdən xəcalət dolu, qan rəngində bir simaynan doğur. Daha o parlaq, həyatverici şüalar öz təsirini itirib, xəstəliklər, fəlakətlər mənbəyinə çevrilib. Öz əməllərimizi yıxmışıq onun boynuna. Getdikcə Yerə yaxınlaşdığını, buzlaqları əritdiyini, bununla da planetimizi suyun altında qoyacağını iddia eləyirikg
   
   Günəşin göz yaşlarıg Bu mənim ifadəm deyil. Belə bir filmə dönə-dönə baxmışam. Yanvarın 19-da bir də verirdilər. Xarici filmlərin əksəriyyəti kimi, bunda da anlaşılmaz məntiq var. Qaralar qaraları qırır, işgəncə verir, ağlar da okeanın o tayından gəlib yerlilərə qahmar çıxırlarg Film boyu qızım tez-tez deyir: " Mən heç nə başa düşmürəm, mən heç nə başa düşmürəmg" Deyəsən, axı, mən nəsə başa düşürəmg
   
   
   
   ***
   
   Tələbəlikdə Bakının kinoteatrlarının birində filmə baxırdıq. İndi bilmirəm, o zamanlar filmin nümayişindən qabaq "jurnal" deyilən hissə verirdilər. "Jurnal"dakı kadrlar hələ də gözümün qabağındadı: ön planda Amerika prezidenti nəvəsini oynadır, arxa planda Amerika təyyarələri elə onun nəvəsi yaşda vyetnamlı uşaqların başına bomba tökürg Bu SSRİ-nin ideoloji reklamı idi. Sonralar Əfqanıstan müharibəsi şəhidlərindən yazanda onları "beynəlmiləlçilik borcunu yerinə yetirən" qəhrəmanlar kimi təqdim edirdik. Onlarla söhbət edəndə hiss edirdim ki, özləri də bunu belə qəbul edirlər. Mən öz Vətənimin- keçmiş Sovetlər Birliyinin bütün dünyada sülhün möhkəm dayağı olduğuna həmişə inanırdım. Mütəxəssislərimiz İraqda neft axtaranda da, Nil çayı üzərində Asuan bəndini çəkəndə də, Vyetnama, Anqolaya yardım edəndə də bununla qürur duyurdum. İnanırdım ki, tezliklə sosializm yer üzündə qələbə çalacaq, irqindən, dinindən asılı olmayaraq bütün insanlar yaxşı yaşayacaqlar. Yer kürəsi müxtəlif rəngli, müxtəlif dillərdə danışan insanların doğma evi olacaqg Yaxşı inam idi. Ümidverici, şirin xəyallara rəvac verən, qanadlandıran duyğulardı hamısı. Bir gün puça çıxmasaydı. Heyf ki, bir gün ovcunda sabun köpüyü üfləyən, sonra onu havada axtaran uşağın gününə düşdümg
   
   
   
   ***
   
   Yanvarın 19-du, kanalları tez-tez dəyişib nəsə axtarıram. Əvvəlki illərdən fərqli olaraq nəsə candan tikan çıxaran bir veriliş istəyirəm. Elə bil ki, son vaxtlar daha kəskin kadrlar tapıb üzə çıxarırlar. Yoxsa, elə əvvəldən vardı, nəyə görəsə ehtiyat edirdilər? Bizdən nə desən gözləmək olar. Öz qanını batırmaqda yer üzündə tayımız-bərabərimiz yoxdu. Zərb-məsələ dönmüş bir ifadə var. Deyir, filankəs papiros tüstüsü görəndə yanğınsöndürən çağırır. Elə bil, bu sözləri bizim "qanışirin" qonşularımız haqqında deyiblər. Neçə illərdir ki, işğal, soyqırım, genosid, terror, hansından deyirsiniz, bir yana dursun, torpaqlarımızı sözün həqiqi mənasında yandırırlar, bizə siqaret tüstüsü qədər də təsir eləmir. Başımıza gətirilənləri dünyaya car çəkməyə ehtiyat edirik. Bir iş görmək istəyəndə, sağa, sola, yuxarı, aşağı baxırıq ki, birdən işin içindən iş çıxarg
   
    İndi bu qara dərililər də ağ adamlara öz xilaskarları kimi baxırlar. Bəlkə bu ağların arasında bütün Allah bəndələrini bir rəngdə görənlər var. Bəs, onları bura göndərənlər, arxalarında duranlar? "Bacardıq, bacardıq" deyə qışqırırlar. Nəyi bacardılar? Təbii ki, özləri yaxşı bilirlərg Çirkli, cındır geyimli, ayaqyalın uşaqları bağrına basan ağ dərili qadının hərəkəti nə qədər səmimidi? İlahi, bu dünyada necə də hər şey bir-birinə qarışıbg Kimin dost, kimin düşmən, kimin haqlı, kimin haqsız olduğunu ayırmaq necə də müşkülə dönüb? Biz o boyda Günəşi də göz yaşları tökməyə məcbur eləmişikg " Pisliklərə qalib gəlməyin yeganə yolu yaxşı adamların heç nə eləməməsidig" Film bu sözlərlə bitir. İndi necə başa düşək bunu? Bəlkə anlatmaq istəyirlər ki, bu nəsə eləyən adamlar əslində yaxşı adam deyillər?! Əsl yaxşı adamlar özgələrin işinə qarışmayanlardırg
   
   
   
   ***
   
   Düz iyirmi il bundan əvvəl, hələ qanımız Bakı küçələrindən yuyulmamış radio bir xəbər verdi. Yeddi yaşlı rus qızını əməliyyat elətdirməkçin Moskvadan Amerikaya ayrıca təyyarə uçubg Dünən biz bir ölkənin tam hüquqlu vətəndaşlarıydıqg Və bu gün də SSRİ-dən ötrü qan-yaş tökənlər var.
   
    Gündən-günə dəhşətlə anlayıram ki, artıq dünyada pisliklərlə mübarizə deyil, sadəcə mövzular var. Narkomaniyadan tutmuş terroradək. O kəslər, o qurumlar ki, bəşəriyyətə qarşı çevrilmiş bəlalarla mübarizə aparmalıdırlar, elə onlar özləri də bunun artmasına, genişlənməsinə rəvac verirlər. Dağlıq Qarabağ bir mövzudu, Türkiyə bir mövzu, İraq, İran, Fələstin başqa bir mövzug Yazıçıya, şairə, rejissora, aktyora şöhrət, gəlir gətirən mövzularg İnsan həyatı isə getdikcə ucuzlaşır, dəyərini, mənasını itirir. Mən elə bilirdim ki, zaman keçdikcə faciələr, sağalmaz xəstəliklər tədricən azalıb yoxa çıxacaq, insanlar daha sağlam, daha xoşbəxt olacaqlar. Ölkələr arasında sivil münasibətlər ömürləri uzadacaq, sərhədləri keçmək qonşuya keçmək kimi xoş və ürəkaçan olacaqg Bu qədər texniki inkişafla müqayisədə gündən-günə cılızlaşan, miskinləşən dünyanın axırı necə olacaq? Yuxarıda dedyiym kimi, daha mövzular da bir-birinə qarışıb. Hansının doğru, hansının yalan olduğu bəlli olmur. Əcnəbiləri qınayıram, elə öz kanallarımızda da ideyaca bir-birinə uyuşmayan filmlər göstərilir. Dünən torpağımıza qəsd edənlər bu gün din qardaşlarımızdı. Yəqin, əsrlərdən sonra da erməni kilsələrində ibadət edəcəyikg
   
   
   
   ***
   
   O, müharibəyə getmək istəmirdi. Yeddi uşağı var, arvadı da ölübg Amma müharibə özü onun evinə, həyətinə gəldi. Gözünün qabağında oğlanlarının birini öldürür, evini yandırırlar. Bundan sonra azyaşlı iki oğlunun da əlinə tüfəng verib döyüşə başlayır. Qeyri peşəkarlardan ibarət dəstəyə başçılıq edib uzun bir döyüş yolu keçir. Bayrağı zirvəyə aparanadək uzanan bir yolg Deməli, Vətən bizim evimizdən, ailəmizdən başlayır. Biz də evimiz, ailəmizlə birlikdə Vətənin bir parçasıyıqg
   
   
   
   ***
   
   İndi də "Apokalipsisi"i göstərirlər. Gözəl filmdi. Amma yenə eyni mövzudu. Deməli, insanlar hələ cəngəlliklərdə yarıçılpaq yaşayan dövrlərdən işğallar başlayıb. Axı, cəngəlliklər günəşin ən az qızdırdığı, işıqlandırdığı yerlərdi. Ölümlər, zülümlər, can itkisi, torpaq itkisig Sonda da ya bir ailə, ya da bir uşaq salamat qalır. Bu da həyatın davamı, millətlərin varolma düsturudu. Bu gün də mövzu budu. Hələ ki, fərqli çözüm tapılmayıbg
   
   Bu gün də. ölüm-dirim savaşları günəşin ən az düşdüyü yerlərdə gedir. Günəş də işıq sala bilmədiyi yerlərə göz yaşları tökür. İsti, qaynar göz yaşları. Soyutmaq əvəzinə yandıran, qızdırmaq əvəzinə üşüdən damcılarg İnsan günəşi ağlada bilirsə, deməli, sabah üfüqdən nəyin doğmasının fərqində deyilg
   
   Əgər Günəş doğacaqsa, bəs onu kim görəcək?!...
   
   

TƏQVİM / ARXİV