MƏN SƏNi SEVƏCƏM...

ƏBÜLFƏT MƏDƏTOĞLU
38156 | 2010-01-23 03:28
Yəqin ki, bu şeir parçasını hamı bilir. Hamı da bilməsə, sözlə yaşayan, qələmlə nəfəs alan, poeziya vurğunu olan hər kəsin şübhəsiz ki, xəbəri var. Bilməyənlər üçün xatırladıram. Həmin misra belədir:
   
   
   
   Səni sevəcəyəm, sən sevməsən də!..
   
   
   
   Bəli, bir qəribə zamanda, bir qəribə ovqatda və bir qəribə istəkdə olduğum anlarda, ən çox ağlıma gələn, ən çox düşündüyüm və məni ən çox özünə cəlb edən fikirlərdən, düşüncələrdən biri də budur:
   
   -Məni sevməyəni sevmək?..
   
   Sizə gülməli gələ bilər. Düşünərsiniz ki, ya şairliyim tutub, ya da o sözg anladınız də, baş məsələsini deyirəm. Amma inanın ki, hələ bunların heç biri baş verməyib. Mən sadəcə, cəmiyyətin durumunu, abu-havasını və çevrəmdə baş verən hadisələri gözümün önündən keçirə-keçirə, saf-çürük edə-edə istəyirəm ki, mənim üçün qaranlıq olduğu qədər də maraqlı olan bu fikrin ip ucunu tapım. Axı necə ola bilər ki, səni sevməyəni dəli kimi sevəsən. Özü də billə-bilə ki, o səni sevmir, sənə nifrət eləyir, ən azı səni görəndə əhvalı pozulur, məclis-mərəkəni tərk edir və yaxud sən olan xeyrə-şərə getmir. Bir sözlə, sənin varlığın ona həmişə mənfi aura yaradır, mənfi ionlarla yüklənirg Bax, bütün bunları billə-bilə sevmək olarmı?
   
   Kimlərsə mənim məhəbbət tarixçələrimi danışa bilər, onu sevməyəni necə aldığını, necə dilə tutduğunu, necə onun sevgisini qazandığını sübut-dəlillə ortaya qoya bilər. Hətta böyük sevgilərin işığında bu cür sevginin də böyüklüyünü, dastanlara layiq olduğunu birmənalı şəkildə ortaya qoya bilər. Ammag
   
   Amma mən bütün bunların hamısını dinləyə-dinləyə Məcnunun, Kərəmin, Fərhadın, Sənanın, Valehin və digər kimlərin sevgisi yanında həmin o səni sevməyənin sevgisini çox bəsit, bəlkə də yarımçıq görürəm. Bu heç də mənim gözümün, düşüncəmin kasadlığı, zəifliyi deyil. Sadəcə, bu mənim qavradığım, mənim özümünküləşdirdiyim duyğuların bəhrəsidir. Özü də bunu fərdlərdən başqa cəmiyyətlərə də, hətta dövlətlərə də aid etmək mümükündü. Tutaq ki, Amerika İranı sevmir, İran da Amerikanı. Artıq hər iki tərəfin mövqeyi bəllidir. Biz isə yarımız İranı sevirik, yarımız Amerikanı (bölgü təxminidi - Ə.M.), bir yarımız da Rusiyanı. İndi mən əgər Amerikanı və yaxud da Rusiyanı sevmirəmsə, o da hər gün mənim şəxsimdə dövlətimə bu sevgini qazanmaq üçün min cürə münasibətlər bəsləyir, min cürə torbalar tikirsə, deməli son ucda sevgi ortaya çıxsa, o qarşılıqlı olmayacaq. O görüntü olacaq, ötəri olacaq, məqsədli olacaq. Nə isəg Nə olacaqsa, onu heç kim bilməyəcək, amma sevgi olmayacaq.
   
   Bax elə ailə də, el-oba da, çalışdığın kollektiv də, təhsil aldığın müəssisə də belədi. Kimisə sevirsən, özü də burda söhbət insanı sevgidən, yəni hər kəsə şamil edilə biləcək sevdigən gedir. Amma qarşılığında biganəlik, laqeydlik və bəzən də turş alçanın yaratdığı təbəssümü hiss edirsən. Onda öz sevgin öz gözündən düşür. Elə özün də sevginin gözündən düşürsən. Çünki, sən onu uca tuta bilmədiyin kimi, o da səni ayağa atır.
   
   Hə, sevgidən danışırdım axı. Özü də elə-belə söz xatirinə yox, qarşılıqlı sevgidən.
   
   
   
   od ola bilmədim
   
   isidim səni
   
   qor oldum,
   
   qaldım mən
   
   öz içimdə, qor!
   
   indi xatirələr -
   
   dindirir məni
   
   bir üzü beşikdi,
   
   bir üzü də gor.
   
   bütün ümidlərim
   
   düşdü şaxtaya
   
   nələr düşünmüşdüm
   
   barəndə sənin
   
   çətin bir də məni
   
   nəsə bağlaya
   
   solan varlığına
   
   aləmdə səning
   
   
   
   ***
   
   
   
   Hə, söhbət sevgidən gedirdi. Elə bir sevgidən ki, onun iki tərəfi, amma bir üzü var. Əslində o iki tərəf də sonda bir üz kimi birləşməli, bir qəlb, iki can olmalıdı. Təbii ki, həqiqi sevgidisə. Amma neyləyək ki, bəzən biz özümüz ya bilərəkdən, ya da etinasızlıqdan, bir az da loru desək, başısoyuqluqdan həmin o böyük sevgini ya öz mərtəbəsindən endiririk, ya da kor-peşiman bir durumda sahibsiz buraxırıq. Nə yazıqlar ki, belə olanda Allahın qəzəbi həmin anda, həmin yerdə atılanların və atanların cəzasını, haqqını özünə vermir. Çünki səbri böyükdü. Hətta ahıllar deyirlər ki, Allahın səbrinin müddəti 40 ildi. Nə bilim vallah, deyiblər, mən də eşidib yadımda saxlamışam.
   
   Bu günlər səhhətimlə, həyat durumumla bağlı müəyyən sıxıntılar yaşadım və bu sıxıntıların içərisində mənim üçün ən önəmlisi həmin o insani hissin hansı durumda olması, hansı səviyyədə qalması, yaşaması, boy göstərməsi idi. Və mən də sadəcə, diqqətimi ona yönəltmişdim. İstəyirdim ətrafımdakıların, çox istədiklərimin, sevdiklərimin mənə olan təmiz, çılpaq istəklərini, sevgilərini görüm, duyum. Çünki, insan bəzən özü də bilmədən gah elə-belə, gah da ürəyinin tələbi ilə bir sınaq keçirmək istəyir. Dostun sınağını, sevginin sınağını, yoldaşın sınağını, həmkarın sınağını, həmfikirin sınağını. Acı da olsa, etiraf etməliyəm. Bu sınaq mənim gözlədiyimdən çox-çox ağır və üzücü oldu. Sən demə, dağ bildiklərim heç təpə də deyilmişlərg Çinar boylu düşündüklərim adicə çayır boyda da qalxmaq qüdrətində deyilmişlərg Görəsən niyə? Bəs, onda bu görüntüləri yaratmaq, bu mühitə uyğun rənglərə düşmək, təbiətin ahənginə qoşularaq həmahənglik yaratmaq nə üçün imiş? Deyəsən, suallar qəliz oldu. Amma həyatdan gələn suallardı. Gündən, olduğum, yaşadığım yerdən, məqamdan gələn sualdı. İstər-istəməz arxada qalan illərə, keçən aylara, onların yaddaşımda buraxdığı izlərə yazığım gəldi. Əslində həmin durumda elə ən böyük yazıq mən özüm idim. Çünki, dünyaya, daha çox isə həmin o dediyim duyğulara gözüyumulu yanaşmışam, hisslərə üstünlük vermişəm, reallığa yox. Sən demə, ağılla duyğu birləşəndə nəticə daha uğurlu olurmuş, nəinki duyğuların sevdası, hisslərin sevdası.
   
   
   
   öldü, bir kövrək ümid-
   
   öldü, səssiz-səmirsiz.
   
   dəfn elədik sakitcə
   
   başdaşısız, qəbirsiz.
   
   
   
   nə yas məclisi oldu,
   
   nə də ki, bir fatihə
   
   göz yaşıyla bərabər
   
   qəm də axdı batilə.
   
   
   
   sadəcə, ağlım qaldı
   
   gözlədiyim bir zəngdə.
   
   mənə "başın sağ olsun"-
   
   çətin imiş, demək də..!
   
   
   
   ***
   
   
   
   Deməli, sevgidən danışırdım. Təmiz, halal, pak sevgidən. Günəş işığı qədər parlaq, bulaq suyu qədər şəffaf, dağ havası qədər saf bir sevgidən. Neynəyim ki, indi bizlərə, daha doğrusu, bizlərdən sonra gələnlərə "Leyli - Məcnun" sevdasını danışmaq gülüş doğurur və maddiyat mənəviyyatı o qədər üstələyir ki, bu sevginin böyüklüyü, mahiyyəti də Ərəbistan səhralarının qumu kimi bir şeyi xatırladır. Çünki, indi sevgi məktubları da yazılmır, sevgi iztirabları da yaşanmır. Sevgi də bir növ kompüterləşib, robotlaşıb, mesaja, internetə çevrilib. Hətta, bir-birini görmədən bu internet sevgisi ilə ailə qurmağa meyl göstərənlər də var. Nə bilim vallah, mənə çatmır bunlar. Nə qədər qınayırsınız qınayıng
   
   Mənə çatmayan məqamlardan biri də bir kollektivdə işləyib bir-biri üçün yad olmaqdı, bir-biri üçün darıxmamaqdı, bir-birinə badalaq vurmaq, quyu qazmaqdı. Heç cürə qavraya bilmirəm, insan da hər gün salamlaşdığı, az qala tərcümeyi-halını əzbər bildiyi həmkarına, iş yoldaşına qarşı niyə bu qədər saxta məhəbbət yaşadır içində. Onun yerində, yəni o "məhəbbətin" qərar tutduğu yerdə adicə bir xatirə yaşada bilməzmi? Və yaxud da bu saxtakarlığı sadəcə sevgisizliklə əvəz edə bilməzmi? Bu suallarda qəliz oldu, hə?
   
   Son vaxtlar mənə elə gəlir ki, bütün bu süniliklər təkcə zamanın yox, həm də insanların qəbul etdiyi qildaların günahıdı. Müxtəlif ölkələrin, müxtəlif kimyəvi məhsullarının qatqısı olan həmin ərzaqlar qanımıza, şüurumuza aşkarca hücumlar edir, təxribatlar törədir, zəhərləyir bizləri. Və biz də bilərəkdən, ya da zorən o qidaları qəbul edərək, öz duyğularımızı da, insani xüsusiyyətlərimizi də xaotik hərəkətlərə, qatmaqarışıq məhlullara çeviririk. Elə bir məhlula ki, onun hər kəsə baş ağrısından başqa özgə bir faydası yoxdur. Elə yalançı sevgilər də belədir. Bax ona görə də mən əvvəldə dediyim fikrə qayıdıram. Məni sevməyəni sevdiyim qədər, məni sevəni sevə bilsəm, onda dünyanın ruhu da inciməz, tarazlığı bərqərar olar. Amma, bu nəticə də ziddiyyətlidir. Çünki, tarazlıq həm də hərəkətsizliyə gətirib çıxarır axı. Sükunət isə ölü kimi bir şeydi. Və deməli, bütün hallarda böyük Füzulinin sevgisinə ehtiyac duyulur. Bu mənada:
   
   
   
   mən bu yaşanılan sevgiyə yadam
   
   dəyişir sürətlə zaman, vaxt ötür
   
   mənim qibləgahım - Füzuli babam,
   
   qayıt, məhəbbətdən imtahan götür!
   
   
   
   yaman cılızlaşıb hisslər, duyğular,
   
   ehtiras hakimdi indi hər ana.
   
   elə bil adamlar sevib doyublar,
   
   ürəklər dağılıb, qalıb viranəg
   
   
   
   nə qoşa addımda bir bəxtəvərlik,
   
   nə gizli baxışda həsrət od tutur.
   
   yuxusuz gecənin, xəlvət öpüşün,
   
   yerində bayağı sevgi oturur!..
   
   
   
   gmən bu yaşanılan sevgiyə yadam,
   
   dəyişir sürətlə zaman, vaxt ötür
   
   mənim qibləgahım - Füzuli babam
   
   qayıt məhəbbətdən imtahan götür!..
   
   
   
   g Bəli, tükənməyən bir varlıqg tükənməyən bir mövzug tükənməyən bir dünyagtükənməyən əzab, əziyyət, amma, şirin bəhrəg şirin xəyallar, ovqatlar, yuxular, arzular. Bütün bunlar və bütün bunlardan kənarlar hamısı, böyük sevginin zərrəcikləridir. O sevginin ki, məni - məni sevməyəni də sevməyə məcbur edir. Bəs sizi necə..?

TƏQVİM / ARXİV