ANA SƏHİFƏ / YAZARLAR

Əlimi hara atsam mövzu azadlığı...

14448    |   2010-01-16 03:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Yox, mövzu tükənməyib. Ancaq bir az şitləşib də, bir az gəzəyənləşib də... Bir mövzu, bir hadisə 6-7 qəzetdə eyni ciddi-cəhdlə müzakirəyə çevrilir, köşələrə salınır. Bəzən eyni qəzetdə eyni mövzu 2-3 ayrı-ayrı müəllifin "əppək qatığı" olur.
   
   Mənsə arxivimi qurdalayıb gələcək bir iş üçün bəzi fakt və fotoları axtarırdım. Qəfil "Əsgər məktubları" bölməsiylə rastlaşdım. Ötürmək istəyirdim. Hansı hissin təsirindənsə əsas məqsədə doğru yolumda, yəni arxiv əlləşməmdə bir az ləngiməli oldum. Ehmalca "əsgər məktubları" paket-bağlamasını açdım. Əvvəlcədən deyim ki, orta məktəbi bitirdikdən sonra mənə kim nə yazıb, kim nə hədiyyə edib (yeyilməyən, geyinilməyən), şəkil, kitab veribsə, hamısını saxlayıram. Hətta sonralar məndən bir dünya uzaq düşənlərin də (bütün mənalarda), az qala düşmənə çevrilənlərin də.
   
   "Əsgər məktubları"nı açıram. Nə qədər maraqlı, bəzən də gülməli məktublar və şəkillər var. Onlardan bəziləri məndən yaşca böyük, bəziləri yaşıdlarım, bəziləri isə kiçiklərdir. Bəziləri... daha yoxdur. Ancaq artıq əksəriyyətinin oğlanları da əsgərliklərini başa vurmuş olmalı...
   
   ... Elə bu zaman, növbəti cümləni də yazmaq istəyərkən yan otaqdan xanımımın tələskən səsini eşidirəm: "Tez gəl, Vaqif qardaşın verilişi gedir, nəəcəb sənə bildirməyib?.."
   
   Jurnalistikanın dərinliyində olanlar yaxşı bilirlər ki, xüsusi effekt üçün bəzən belə priyomlar seçilir, türklər demiş, "takma parıltı" yaradılır. İndiki halda nə and içəsiyəm, nə də başqa bir səbəb axtarasıyam. Ancaq bəzən bizdən asılı olmadan bizi mistik situasiyalara bağlayan gözlənilməzliklərin də bir təsadüf olduğunu deyə bilmərəm. Mən bayaq bu yazı haqqında heç ötəri də olsa fikirləşmədən arxivimdən axtardığım gənclik dostum Vaqif Cəbrayılzadə (Vaqif Bayatlı Odər) ilə birlikdə 33 il bundan əvvəl çəkdirdiyimiz kefqom foto otağa keçib kresloya əyləşən kimi ekrana gəldi. Sonra Vaqif danışdı, şeirlər oxudu, dostlar danışdı, Tamam xanım danışdı, Vaqif danışdı...
   
   36 ilin dostluğu...
   
   İndi ağarsa da Vaqifin saçları elə 36 il bundan əvvəlki kimiydi... Geyimi, yerişi, duruşu, oturuşu da.
   
   
   
   Keçən ilin aprelində ürəyimdən əməliyyat olunanda bəzən gündə iki dəfə xəstəxanaya gəlib mənə baş çəkirdi...
   
   30 ildən bəri tanıdığı xanımıma özünün üç il öncəki əməliyyatından danışıb ürək-dirək verirdi...
   
   Biz uzun illərdir ki, tez-tez görüşə bilmirik. Ancaq hər həftə telefonla əlaqə saxlayıb hal-əhval tutmağımız var.
   
   ... Veriliş sona çatdı, təkrarına baxacağıq.
   
   Vaqifə zəng edib gileylənirəm ki, veriliş olacağını niyə əvvəlcədən xəbər verməmisən? Deyir fikirləşdim birdən verməzlər dilxor olarsan... Mən o şəkil məsələsini-filanı xatırlatmıram. Özü söz salır ki, fotoların hamısını göstərmədilər. Həmin o şəkil isə ayrıca olaraq həqiqətən mənə vacib lazımdır, elə öz arxivimdən tapacam. Arada bir yazıya fasilə verib diqqətlə axtaracam.
   
   Söz arası "İradə xanım haqqında çox əla məqalə yazmışdın, zövqnən oxudum" deyir.
   
   Təşəkkür etməyə macal vermir, tələsik sağollaşır...
   
   Yox, o fotonu, başqa fotoları, o əlyazmalarını, o əhvalatları əks etdirən, sirr kimi özündə saxlayan qeyri-adi faktları da tapıb tezliklə bir yerə toplayacağam. İndi daha aydın və ağıllı şəkildə hiss edirəm ki, qarşıda məni çox məsuliyyətli anlar gözləyir.
   
   ... Arxivimin "Əsgər məktubları" bölməsindən məktub yox, 2 şəkil birdən gəlir əlimə. Üstəkini götürürəm. Arxasında heç nə yazılmayıb. Onda bu şəklin məktubunu axtarıram, mütləq olmalıdır. Tez tapılır, kiçik bir məktubdur. "Salam, əziz qardaşım! Sənin adın həm də ona görə bu qədər əzizdir ki, bildiyin kimi kiçik qardaşımın da adı Məzahirdir. Əziz dost, mən sənin bütün məsləhətlərinə əməl edirəm, arxayın ola bilərsən. Yerim də yaxşıdır, aviaçast bir az başqa cürdür. Şəkildə gördüyün kimi özüm də çox yaxşıyam. Sən bizə böyük qardaşlıq edirsən. Sağ ol ki, mənə vaxtında ağıllı məsləhətlər vermisən.
   
   Sən də mənə şəkil göndərsən yaxşı olar. Məktubunu da gözləyirəm.
   
   Hələlik bu qədər, sağ ol!"
   
   Bu mənim 6-7 yaş böyük olmağıma baxmayaraq, dostluq etdiyim yetmişinci illərin ağıllı gənclərindən biridir. Mən onları - Sadığı, Mahiri, Elşadı, Ədaləti... komsomol işində çalışarkən kəşf etmişdim. İndi mən hələ ki, Sadıqdan danışıram. Və onun digər əsgərlik məktublarını da sizlər üçün "oxumağım" o qədər də vacib deyil. Bəlkə növbəti "əsgərlərin" məktublarını gələcək yazılarda oxuyum. Ancaq indi söhbətin səmtini bir qədər dəyişmək lazımdır.
   
   ... Sonra Sadıq əsgərlikdən qayıdacaq. Politexnik İnstitutunda avtomobil nəqliyyatı ixtisası üzrə təhsilini davam etdirəcək. Sonra mən Sadığı Vaqif Cəbrayılzadə ilə tanış edəcəm. Ramiz Rövşənlə də, Sabir Adillə də. Sonra o özü artıq çoxları tərəfindən qəribə taleli qəribə istedad olan Mehdi Bəyazidlə tanış olacaq, dostlaşacaq. Heç kim bilməyəcək ki, Mehdinin bu dünyada ən çox inanıb etibar etdiyi insan Sadıq olacaq.
   
   Sadıq bütün dostları arasında öz ağayanalığı ilə seçiləcək.
   
   Sonra Sadıq ailə vəziyyəti ilə əlaqədar Göyçaya qayıdacaq. Yaşı gərək ki, heç 55-i adlamamış anasının vəfatı, bu hüzrün yeddisinə açılan səhər atası Allahverən kişinin də yuxudan qalxmaması, əbədiyyətə qovuşması, bütün bunlar az imiş kimi əmisinin də avtomobil qəzasında həlak olması... Dərd dərd üstündən gələcək. Bir ailənin, yığcam da olsa bir nəslin ağsaqqallığı hələ yaşı 30-a çatmamış Sadığın üstünə düşəcək.
   
   Sadıq bütün bu dərdlərə, faciələrə dözüb ayaq üstə dayanacaq. Köhnə dostlardan da ayrılmayacaq.
   
   1994-cu ilin yazında Aqil Abbasgildə çay içib söhbət edərkən rəhmətlik Məhəmməd əmi məndən Çobanovları soruşdu. Yəni Sadıqgili. Sonra onların başına gələnlərdən, vaxtsız ölümlərdən danışdı. Həmin yas məclislərinə gəldiyini bildirdi. Çobanovların vaxtilə Ağcabədidə, xüsusilə Ovşarlarda böyük hörmət sahibi olduqlarından söhbət açdı. Sonra bu nəsildən iki qardaşın Göyçaya köçməyini, yurd-yuva qurmağını, bacarıqlı, imkanlı insanlar olduğunu söylədi. Axırda da mənə bir ağsaqqal, bir əmi kimi tapşırdı ki, o ailədən muğayat ol.
   
   Mən həmişə Məhəmməd əminin tapşırığına əməl etməyə çalışdım. Biz onsuz da Sadıqla dost idik. Uşaqlarımız da bir sinifdə oxuyub, orta məktəbi birlikdə bitirdilər.
   
   İndi Sadıq rayonda avtomobil təmiri sexinin rəisidir. Dost bildiyi adamlarla yenə də əvvəlki səmimiyyətlə görüşür. Mərhum şair Sabir Adillə də dostluq edirdi. Qəzetimizdə Sabir Adil haqqında yazı və şeirlərindən səhifə verilən zaman uşaq kimi sevinmişdi. Dost-tanışları başına toplayıb qonaqlıq da vermişdi. Keçmiş sovet əsgəri olan Sadıq Çobanov...
   
   


YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-01-19
2018-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (73.33%)
Yox (26.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK