Hamı bir məqamdan gileylənir. Ola bilsin ki, bəlkə də heç hamı gileylənmir, mənə elə gəlir. Çünki hamı gileylənsə, yəqin ki, heç belə də olmazdı. Belə olmadığı üçün də, deməli, heç də hamı gileylənmir. Və nəhayət, belədisə və heç də hamı gileylənmirsə, onda elə belə də olmalıdı. Necə ki, olub. Bunu dəyişməyə heç kəsin ən yuxarıda oturanla, ən aşağıda dayanan - fərq eləmir. Hansı yolla hansı gücdən istifadə etsə də, dəyişə bilməyəcək. O məşhur şeirlərin birində deyildiyi kimi, "binadan gözəl olmayan..." heç nəyin qədrini bilmədiyi kimi, heç nəyi də dəyişə bilmir. Yəqin ki, bu söz oyunundan təngə gəldiniz və istəyirsiniz ki, nədən söhbət getdiyini dərhal biləsiniz. Onda icazə verin, mən də deyim.
Deməli, artıq yeni ilin ikinci həftəsinə yekun vururuq. Yanvar ayı yarılanır. Amma Bakıda ilin hansı ayının, hansı fəslinin olduğunu bilmək mümkün deyil. Nə qar yağmır, nə şaxta yoxdu, nə yollar buz bağlamayıb, nə sürüşməmişik, nə də bir-birimizə qar yumrulayıb atmamışıq. Bunun belə olmağı deyilənə görə, (elə mən də o cür düşünürəm. - Ə.M) kasıbın xeyrinədi. İşsizin işinə yarayır. Bilirsiniz niyə? İndi də onu deyim.
Deməli, kasıb evini isitmək üçün qızdırıcılardan istifadə etməlidi. Əgər qar yağsa, şaxta olsa, bu problem Bakıda olacaq çözülməyən bir düyün. Deməli yazıq kasıb bir az da artıq üşüməli, əllərini nəfəsi ilə qızdırmalı olacaq. Üstəlik ya borca girib özünə qalın bir əyin-baş almalı olacaq, ya da köhnə, rəngi bir-birinə qarışıq, astarı süzülmüş nə varsa onu köhnə dolabdan tapıb, çıxarıb geyməli olacaq. Bu da ki, nolar adam kasıb olanda, utanc gətirən bir işdi. Odur ki, havaların belə keçməsi kasıbın ürəyincə olan bir durumdu. Gələk indi işsizlərin məsələsinə...
Deməli, işsizlər də dayandıqları yol kənarında, qeyri-qanuni qul bazarlarında hələ ki, rahat var-gəl edirlər. İstəyəndə otururlar, istəyəndə dururlar. Köhnə taxtadan, odundan, atılmış yanan əşyalardan toplayıb tonqal qalayıb, ətrafında əllərini isitmirlər. Uzaq başı əlləri cibində olur, çörəkləri də qoltuqlarında. Amma qar yağsa, şaxta, sazaq olsa, onlara iş təklif eləyən də azalacaq və onlar da iş tapmayanda saatlarla ayaqüstə dayana bilməyib, soyuqdan, şaxtadan qorunmuq üçün evə "üzüqara" dönəcəklər. Bu halda da evin vəziyyətini və onun qarşılanma mərasimini təsvir etməyə zənnimcə, heç ehtiyac da qalmır. Hər kəs gözünün önünə istədiyi vəziyyəti gətirə bilər. Bu da belə.
Deməli, havaların bu cür keçməsi o dediyimiz şərtlərdən kənarda, əslində çox ziyanlı bir durumdu. Belə ki, dədə-babadan, dünya binnət olandan görmüşük ki, qışda qar yağar, şaxta olar, yollar, sular buz bağlayar və təbiətin bu hökmüylə də qışda tüğyan eləyən xəstəliklərin bir çoxunun mikrobları məhv olub gedər. Yəni, qrip, timov və digər xəstəliklər epidemiya şəklini almaz. Təəssüf ki, indi qarın, şaxtanın olmaması ölkəmizdə, elə paytaxın özündə də müxtəlif xəstəliklərin əl-qol açmasına şərait yaradır. Kimin yanından keçirsənsə ya əlində az ala bir metr uzunluğunda burun dəsmalı, nə bilim cuna və yaxud da müxtəlif salfetlər, gözləri nəlbəki boyda, nəfəsi də ki, kürəyindən çıxmaqla qarşına çıxır. Nə qədər etsən də özünü qorumaq mümkün deyil. Bax, belə bir məqamda istər-istəməz adam havaların bu cür keçməsinə görə təkcə öz-özünə yox, həm də dostların,tanışların, ailənin yanında gileylənir.
Hidrometroloqlarımıza da Allah insaf versin... Hələ ki, şəhərimizə qarın nə vaxt yağacağı barədə heç nə demirlər. Heç şaxtalı havalar barəsində də dil tərpətməyiblər. Yaxşı ki, arada bir rusun boz arağına gücümüz çatır. O da bir növü "yaşıl" işıqdı. Ona üz tutub bu viruslardan qorunuruq:
uzaqdan işıq görünür
görünür, amma tərpənmir
işığa batıb qalıram
mən üçün dünya hərlənmir...
yaxınlıqda bir it hürür
səs sağdan, gah soldan gəlir
o itin səsin tuturam -
deyəsən dünya hərlənir...
uzaq işıq, yaxında it
gecənin də tən yarısı...
fit çalmağın yeridi, fit -
dağılsın araq havası...
***
Deməli, "Ədalət"in ötən saylarının birində bizim hansı səmtə getməyimizlə bağlı təsisçimizin bir yazısı dərc edilmişdi. Yazının adı "İt hürənə gedək, yoxsa işıq gələnə". Bütün uşaqlar kimi, mən də öz zamanımda "Cırtdan" nağılını bir neçə dəfə oxumuşam. Və o nağıldan da bilmişəm ki, it hürən tərəfə gedəndə əliyalın, köməksiz adamı it qapır, amma işıq gələn tərəf şübhəli olsa da, daha ümidvericidi. Bu mənada Cırtdana bəraət qazandırmışam. Böyüyəndən sonra az-çox anlamışam ki, ümumiyyətlə hər iki tərəfə qorxu da var, ümid də...
Deməli, son zamanlar isə belə bir fikrə gəlmişəm ki, nə it hürənə getmək lazımdır, nə işıq gələnə. Sadəcə, ağlın, ürəyin çəkib, ayağın aparan tərəfə getmək lazımdı. O tərəfdə nəyin necə olacağını görüb, yerində qərar vermək ixtiyarını da özünlə aparmaq şərti ilə. Çünki tay bizim nağıllara aldanan yaşımız keçib. Və biz bu günədək nə qədər aldanmışıq, nə qədər aldadıblar bəs edər. O məşhur atalar sözündə deyildiyi kimi, "Palçığa bir dəfə batmaq olar də...".
Elə ki, insan ağlının, ürəyinin diqtəsi ilə yola çıxır, daha qətiyyətli, daha mübariz olur. Çünki həmin yolda onun ümid yeri, pənah apardığı və güvəndiyi də yalnız böyük Yaradandı. Yaradan da bəndəsi ona sayqılı, ona etiqadlı olanda onu darda qoymur. Bütün zamanlarda mən bunu öz yaşıma görə, sınaqdan keçirmişəm və xatırlayıram ki, Vahid Əlifoğlunun hələ ötən əsrdə yazdığı məşhur şeirlərinin birində çox maraqlı bir misra var idi. Vahid yazmışdı ki: "Qaldı Məlikməmməd, qaldı quyuda".
Deməli, bunu elə-belə xatırlamadıq, iqtibas kimi dilə gətirdim. Demək istəyirəm ki, qardaşa, bacıya, əmiyə, dayıya, dosta, tanışa güvənməkdən çox, özünə, ağlına, gücünə güvənib Tanrının ətəyindən tutmaq daha doğru və dürüstdü. Yoxsa, qardaşa güvənib qaranlıq quyuda, dost saydığına güvənib dörd yol ayrıcında qalmaq indi çox adi bir işdi. İllah da ki, həmin o dost saydığının, güvəndiyinin çevrəsində vaxtından tez banlayan qul- beçələr, əli, çiyni dəsmallı, hətta ruhu da sabunlanmış kimciyəzlər də olsun. Onda... Hə, onda adamı ağlamaq tutur. Çünki dar yerdə axşamlayır... Deməli, zaman dəyirmanın öz işini hansı sürətlə görür, görsün mütləq it hürənlə, işıq gələn səmtlərə getmək məsələsində öz seçimini etməlisən. Yoxsa...
vaxt dəyirman daşıdı
ömrü-günü üyüdür
bizi sanıb - "naşıdı"-
dərdimizi böyüdür...
tək əlin səsi kimi
asılır göydən ümid
payız nəfəsi kimi
nə açar var, nə kilid...
qüruba doğru gedən
yol qısalır qəfləti
mənimçün ölüb-itən
vaxtın bitmir xiffəti...
bu payız, bu da kı, qış
günəş gedir yatmağa
dodağımdakı gülüş -
yaza çata, çatmaya...
***
Deməli, bu xristianlar özlərinə, keflərinə korluq verən deyillər. Mütləq bir bəhanə tapıb keflərinin başını buraxırlar. Yəni əylənirlər, deyirlər, gülürlər, oxuyurlar. Hə, yadıma düşmüşkən doğulduğum Tuğ kəndində indi bizə qənim kəsilən ermənilərin bir zarafatları var idi. Həmişə əylənmək, yeyib-içmək istəyəndə deyirdilər ki, bu gün filankəsin doğum günüdü, filankəsin istədiyi ilə tanış olduğu gündü, filankəsin əsgərlikdən gələn günüdü, filankəsin filan günüdü və beləcə həmin günə bir ad qoyub, yığışıb yeyib-içirdilər. Bir dəfə bunun səbəbini soruşdum, dedilər ki, "yeyib-içmək üçün şahna-mahna (yəni bəhanə -Ə.M) tapmaq bizim üçün o qədər də çətin iş deyil".
Deməli, indi də o məqamları fikirləşəndə baxıb görürüəm ki, bu filan olmuşlar həqiqətən də keflərini kök saxlayıblar. Yəni keflərinə korluq verməyiblər. O cümlədən də bütün xristianlar. Təsəvvür edin ki, ən böyük, ən möhtəşəm bayramımız olan Novruzu iki-üç gün qeyd edirik, amma xristianlar Yeni ili, yəni yanvarın 1-i düz yanvarın 13-nə kimi qeyd eləməklə kef partladırlar. Yanvarın 13-ə də köhnə yeni il deyirlər. Maraqlıdır, (elə bizim redaksiyamızda da köhnə yeni ili qeyd eləmək təşəbbüsü oldu) insanlar istəyəndə görün özünə necə gözəl bəhanələr, əyləncə vasitələri tapır. Zənnimcə, bu bizlərdən fərqli olaraq, xristianların kədərdən, qaramatdan çıxmaq üçün seçdikləri ən yaxşı vasitələrdən biridi. Yoxsa biz az qala ölənlə ölürük...
Deməli, indi köhnə yeni il də öz işini görüb, sağollaşdı. Kimin əlini necə sıxdı, kimin qulağına nə dedi, özü bilsin, bir də Allahı. Amma şəxsən mən bu 15 gündə də qaldım yol ayrıcında. Elə bir yolun ayrıcında ki, ordan istənilən səmtə getmək mümkündü, amma seçim etmək müşkül işdi. Gözüyumulu da seçim etməyə də hələ ki, risq etmirəm. Yaşadıqlarım, çəkdiklərim, ömrümə-günümə hopanlar daha mənim risqlərimə qırmızı işıq yandırır. Görünür bu da arxada qalan illərin sayı ilə bağlıdır.
Deməli, nə oldusa, necə oldusa xatırlaya-xatırlaya, gözümün önünə gətirə-gətirə yanvarı yarıladım. Elə siz də yarıladınız. Bilmirəm, sizin yolunuz, sizin işləriniz necə oldu, hardan keçdi, amma mən hələ ki, şükür edirəm. Bir də əlimdən daha nə gəlir ki:
gözümün önündə
olmuşların şəkili
bəlkə də elə mənəm -
solmuşların şəkili
ağür gün, çətin zaman
nə vaxt verir, nə aman
boğuluram mən yaman -
hardadı can həkimi?
dərddi ancaq daş-başım
lal irmaqdı göz yaşım
külək yıxmaz - baş daşım
- əkilidi, əkili...
Əbülfət günü qara
necə söyləsin yara
sevən ürəyi dara -
çəkilidi, çəkili...
Hə, məndən sizə əmanət, nə yol ayrıcında çox qalmayın, nə də tələsik seçim etməyin. İtin də, işığın da bizə nə verdiyini görə-görə gəlmişik.