adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

BUQƏLƏMUNLAR

OQTAY SALAMOV
24353 | 2010-01-16 00:48
Zoologiya dərsi keçmək fikrində deyiləm. Amma bir-iki məlumatı verməyim vacibdir, Buqələmun kərtənkələyə: iquanaya oxşayan məxluqdur. Olduğu mühitdən asılı olaraq ani surətdə rəngini dəymşərək özünü komufulə eləyə bilir. Dili özündən iki dəfə uzundur və "knopkalı bıçaq" kimi açılaraq özündən iki dəfə uzaqda olan ovunu məhv edə bilir. Cildini, rəngini, fikrini dəyişən, dondan-dona girən adamları adətən buqələmuna bənzədirlər. Buqələmunun rusca adı xamelondur ki, bizim cavanların əksəriyyəti bunun eynək olduğunu bilirlər. Şüşələrinin rəngi dəyişdiyi üçün belə adlandırıblar. Qısa məlumat bu qədər, indi keçək əsas məsələyə.
   
   Məni məzur tutun, bir balaca biədəb lətifə danışacam: Deyir bir ərəb yüklü dəvəsi ilə səhrada gedirmiş. Sonsuz səhra, dəvə və ərəb... Ürəyindən keçir ki, heyvanla cinsi əlaqədə olsun. Dəvəni xıxlayır (yatırdır), yaxınlaşanda dəvə qalxır. Bir neçə dəfə cəhd edəndən sonra düşünür, dəvənin belindəki böyük qollu tərəzini bağlayır heyvanın quyruğuna, yükü yığır tərəzinin bir gözünə, boş tərəfi qalxır yuxarı. Çıxır tərəzinin həmin tərəfinə və işini görür. Rahatlanandan sonra başlayır şeytana lənət oxumağa ki, o məni yoldan çıxardı. Bu vaxt şeytan gəlir və kişiyə deyir: -Ay Allah sənə lənət eləsin, bu elədiyin iş mənim ağlıma da gəlməzdi, məni niyə lənətləyirsən?..
   
   Hər şey buqələmunlaşıb, hətta təbiət də. Odey, qışın oğlan çağında İsmayıllıda əncir, Lənkəranda armud ağacları bar gətirib. Yadınızdadı, bir məsəl var idi: ayı tələssə də armud vaxtında yetişər. Buyurun, bu da sizə armud, əncir... İndi ayı da qış yuxusundan oyansın, cumsun malq-qaraya. Siz də deyin təbiətin möcüzəsidi. Möcüzə deyil, hoqqadı, təbiəti minib çapmağımızın nəticəsidi, hələ cavablarını zarafat, oyun kimi başa düşürük. Deyir İmişlidə bir evə ilan daraşıb. Yazda, yayda yox, məhz qışda. Kimə desən ki, qışda ilan vurmasından ölmüsən, səni heç kor evinə buraxmazlar. Buna möcüzə deyirsiniz?...
   
   Özünü dünyaya demokrat, sülh carçısı kimi tanıdan ABŞ terrorçuları məhv etmək adı ilə Pakistanda adam qoymadı, məktəbləri dağıtdı, məscidləri yerlə yeksan elədi, doğum evlərinə raket atdı... Ya denən ki, bütün əfqanlar terrorçudu, hamısını qır, ya da get terrorçunu tap. Dünən yenə ABŞ Pakistanın Şimali Vəziristan əyalətində bir mədrəsəyə pilotsuz təyyarələrlə hücumuyla 10 nəfəri həyatdan məhrum elədi. Rəsmi məlumatda deyilir ki, ABŞ-ın 2008-ci ildən bəri Pakistan torpaqlarında təşkil etdiyi 77 hücum nəticəsində 750-dən çox adam ölüb. Buqələmunun dalında lafet olur?...
   
   Belçikanı dünyanın sivil, mədəni ölkələrindən biri sayırsınız. Elə mən də elə bilirdim, Sən demə orada da it yiyüəsini tanımır. Deyir o gün Belçikanın sosial müdafiə naziri Mişel Derden ölkənin federal parlamentinə sərxoş vəziyyətdə gəlib.Tribunada çıxış edərkən başlayıb deputatlarla məzələnməyə. Gah zarafat eləyib, gah şaqqanaq çəkib gülüb. Özü də əhaliyə sosial yardımlarını verilməsi haqda hesabat verrəkən. Bu da Belçika, bu da buqələmun...
   
   Deyir İtaliyanın Benevento şəhərində bir xanım bir dəfəyə altı uşaq doğub. Küçüklərin, bağışlayın, kiçiklərin çəkiləri 610 qramdan 800 qrama qədərdi. Dördü qızdı, ikisi oğlan. Bizim Siyəzən rayonunun Yenikənd kəndində də bir xanım öz ərinin cinsiyyət orqanını kəsərək onu öldürüb. "İlkin dindirilmə zamanı X.Məmmədova bildirib ki, həyat yoldaşını işləmədiyi, evə mütəmmadi olaraq sərxoş gəldiyi, uşaqları və 74 yaşlı atası ilə normal davranmadığı və ona qarşı nəlayiq hərəkət etdiyinə görə qətlə yetirib". Sonra da xanım elədiyindən möhkəm peşiman oluğunu bildirib. Şərhə ehtiyac yoxdur...
   
   Türkiyədə bir "dünya möcüzəsi" baş verib: keçi insan üzlü oğlaq doğub. "İhlas" acentliyininin verdiyüi məlumata görə, dünyaya gələn insan üzlü oğlaq insanların təəccübünə səbəb olub. Deyir İzmirin Tire rayonunda baytarın keysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi keçi balasının üzü insan üzünə bənzəyir. Baytar nadir hallarda belə hadisələrə rast gəldiyini, insan üzlü oğlaq isə ilk dəfə gördüyünü deyib. O həmçinin oğlağın tək dırnaqlı olduğunu bildirib. Baytar həkim bu kimi hadisələri hamilə heyvanlara lazım olandan daha çox vitamin verilməsi ilə izah edib. Vitamin ha... Yaxşı ki, keçini zina eləməkdə günahlandırmayıblar. İndi nə deyirsinisiniz, Allah kimə lənət eləsin, şeytana, yoxsa?...

TƏQVİM / ARXİV