HƏR YER XOCALI, HƏR YERDƏ XOCALI!

AQİL ABBAS
88170 | 2015-03-06 15:07

Adətən əlimdəgündəlik qəzet olmasına baxmayaraq, seçicilərimlə görüşümü və ya hansısa tədbirdəkiiştirakımın mətbuata çıxarılmasını qoymuram,ya da nadir hallarda çox xəsisliklə bir xəbər kimi oxuculara çatdırıram. Çünki bunlarıbir borc bilirəm, borcumun da reklam olmasını istəmirəm. Türkiyəyə sonuncu səfərimidə yazmayacaqdım, amma bu səfər zamanı yol yoldaşım professor Fəzail İbrahimlinin və Xocalı soyqırımı ilə əlaqədar Türkiyədə keçirilən möhtəşəm tədbirlərin təşkilatçısı, İstanbulBaş Konsulluğumuzun çəkdiyi zəhməti oxuculara çatdırmamaq bəlkə də günah olardı.

İstanbuldakıBaş Konsulluğumuzun bir-birindən yüzlərlə kilometr aralıda bələdiyyələrlə, universitetlərlə,Azərbaycan üçün canını verməyə hazır olan Sivil Toplum Örgütləri ilə birgə qısabir zaman kəsiyində bu qədər tədbirlər hazırlamasıvə bu tədbirlərin hamısına çatdırması, hamısında Azərbaycanı təmsil etməsi, özüdə heç də böyük olmayan bir kollektivlə, doğrudan da böyük bir zəhmət və ürək yanğısıtələb edirdi.

Ayın 21-də Fəzailmüəllimlə birgə Bakıdan İstanbula, İstanbuldan isə birbaşa İzmirə uçduq. İzmirdən isə Turqutlu şəhərinə yola düşdük. İstanbuldakı başkonsulumuz hörmətli Həsən Zeynalov hələ biz Bakıda olarkən keçiriləcək tədbirlərinproqramını bizə çatdırmışdı. Baş KonsulluğumuzunTurqutlu şəhər bələdiyyəsi ilə Turqutlu-Azərbaycan Kültür dərnəyinin birgə təşkiletdiyi Xocalı soyqırımı tədbirlərində iştirak edəcəkdik. Onu da qeyd edim ki, Türkiyəninbaşqa şəhərlərindən də bu tədbirə qatılanlar vardı. Tanınmış türk yazıçısı HüseynAdıgözəl də İstanbuldan gəlmişdi. Tədbirdəşəhərdəki bütün partiyaların nümayəndələri,Sivil Toplum Örgütləri, bələdiyyə başkanlarının müavinləri iştirak edirdi. Çıxış edənlərin hamısının qəlbində bir Azərbaycan sevgisi vardı.Tarix elmləri doktoru, professor, millət vəkili Fəzail İbrahimlinin çıxışı isə dinləyicilər üçün tamamilə yeni idi.O, tamamilə başqa bir aspektdən yanaşırdı məsələlərə. Ermənilərin təkcə XX əsrdəhəm Azərbaycan türklərinə, həm də Türkiyə türklərinə qarşı törətdiyi soyqırımlarhaqqında dəqiq və geniş analizli məlumatlarından demək olar ki, bəlkə də çoxlarınınxəbəri yox idi. Ona görə də professorun çıxışı dəfələrlə alqışlarla qarşılandı.Mən də türklər demiş, bir kaç kəlmə söylədim. Sonda isə rejissor Elxan Cəfərovun çəkdiyi Qarabağ müharibəsinin dəhşətlərini özündəəks etdirən «Dolu» filminin nümayişi oldu.

Ayın 22-də İstanbulaqayıtdıq.

İstanbulun böyüksinema mərkəzlərinin birində Taleh Heydərovun rəhbərlik etdiyi Avropa-AzərbaycanCəmiyyətinin Xocalı soyqırımı ilə bağlı çəkdiyisənədli filmin təqdimatı keçirildi.Təqdimatda demək olar ki, Türkiyənin müxtəlif yerlərindən gəlmiş yazıçılar, sənət adamları, bilim adamları, aydınlar iştirak edirdi. Hörmətli Həsən Zeynalov filmintəşkilatçılarına, yaradıcı heyətinə hamının adından təşəkkür elədi, uğurlar arzuladıvə Xocalı soyqırımı ilə bağlı geniş bir çıxışelədi. Sonra filmin rejissoru Aleksandras A.Brokas bu filmin necə ərsəyə gəlməsi haqqında danışdı.Daha sonra «Sonu görünməyən dəhliz» filmi nümayiş etdirildi. Filmdəki ağrı-acı tamaşaçıların da üz-gözünəçökmüşdü. Və bu ağrı-acıları o vaxt da, elə indi də yaşadığım üçün mənə bəlkədə daha ağır təsir elədi. Hətta bayıra çıxıb siqaret də çəkməyə məcbur oldum.

Onu da qeyd edimki, millət vəkili, şair Musa Urud Ermənistandaöz doğma kəndləri haqqında çəkdiyi film də mənə belə ağır təsir bağışlamışdı.

Bunu da vurğulamaqistəyirəm ki, Qarabağ dəhşətlərinin, Xocalı soyqırımının dünyada tanıdılmasında,təbliğində filmlərin, xüsusilə də belə filmlərin çox böyük rolu var.

Ayın 24-də Bursaşəhərində İstanbul Baş konsulluğunun Uludağ Universiteti Türk Dünyası Kültür İcmasının birgə təşkil etdiyianım mərasimində iştirak elədik. Həmin gün universitetdə Xocalı soyqırımı ilə bağlı iki tədbir keçirildi.«Türkün könlündə qaynayan yara: Xocalı» adını daşıyan tədbirdə professor MustafaCəmiloğlu, Bursa Türk Ocağı şöbəsinin sədri, professor Səlcuq Kırlı, universitetinprorektoru Müfit Parlak çıxış etdilər. Sonra«Dolu» filminin tamaşası oldu.

Günün ikinciyarısında isə tədbiri professor Sahimə Yücəər aparırdı. Tədbirdən sonra universitetinrektoru Kamil Dilək qonaqları qəbul elədi və burda da Türkiyə-Azərbaycan münasibətlərindən, elmi və mədəni əlaqələrdən geniş söhbət oldu.

Həmin gün İstanbuldaQartal bələdiyyəsində də Baş konsulluğumuzla birgə Anım mərasimi keçirilirdi. HəminAnım mərasimində də baş konsulumuz Həsən Zeynalov və professor Fəzail İbrahimliiştirak edirdilər. Baş konsulluğumuzun Sakaryada təşkil etdiyi Anım mərasimində isə xalqşairi Sabir Rüstəmxanlı getmişdi.

İstanbulda AzərbaycanDərnəyi adlanan bir Sivil Toplum Örgütü fəaliyyət göstərir, dərnəyin başkanı daTürkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsində böyük zəhməti olan Səfər Karaqoyunludur. Baş Konsulluğumuzunbu Sivil Toplum Örgütü ilə birlikdə təşkiletdikləri bir çox layihələrdə mən də iştirak etmişəm. Üsküdarda keçirilən bu Anımmərasimi bir neçə saat çəkdi. Sanki hamı ürəyini boşaltmaq istəyirdi. Təbii ki, tədbiri hörmətliHəsən Zeynalov açdı, təkcə Xocalı soyqırımı ilə bağlı deyil, bir millətin iki dövlətinin münasibətləri haqqında da geniş çıxış etdi. ProfessorFəzail İbrahimlinin bu tədbirdəki çıxışı və məsələlərə fərqli aspektdən yanaşması dinləyicilərtərəfindən böyük bir ilgi gördü. Bilirsiniz, məsələ belədi də, bəzən çıxış eləyənlərbaş verən faciənin ağrı-acısından danışırlar, Fəzail müəllim isə daha çox səbəb və nəticələri önə çəkirdi, hamısı da faktlarla.Səfər Karaqoyunlunun da çıxışı dəfələrlə alqışlarla qarşılandı. Azərbaycandan gəlmiş qələm dostumuz Aqil Ələsgərdə Xocalı soyqırımının dünyada tanıdılması üçün təbliğatın necə qurulması haqqındadanışdı.

Azərbaycanıngörkəmli şairi Sabir Rüstəmxanlı da öz çıxışını bir qədər fərqli məcraya yönəltdi.Həm Türkiyə türklərinin, həm də bizlərinbaşına gələn bu fəlakətin səbəblərini izah etməklə yanaşı, hadisələrin bugünkigedişatına diqqət çəkdi. Və əgər birliyimiz daha da möhkəmlənməsə bundan da böyük faciələrlə, bundan da böyük soyqırımla qarşılaşabiləcəyimizi vurğuladı.

Səhəri gün isəTəkirdağa yollandıq. Təkirdağ bələdiyyəsinin keçirdiyi bu tədbirdə iştirakçılardaha çox universitet və orta məktəbin yuxarı sinif şagirdləri idi. Yəni gənclərədaha çox üstünlük vermişdilər. Millətin gələcəyi olan gənclər əsl həqiqəti bilsinlər.Tədbiri İstanbuldakı konsulumuz Kənan Murtuzov açdı. Kənan müəllim də çıxışını təkcəXocalı soyqırımı ilə bağlı deyil, həm də Azərbaycan-Türkiyə münasibətləri üstündə qurdu. Bələdiyyə başkanı Kadir Altundağtədbirə qoşulan qonaqlara onları sayıb gəldiklərinəgörə təşəkkürünü bildirdi və çıxışını Ulu Atatürkün bir fikri ilə bitirdi: «Azərbaycanınacısı acımız, sevinci sevincimizdir!».

Sonra professorFəzail İbrahimli, yazıçı, elmlər doktoru Seyfəddin Altaylı dərin məzmunlu çıxışlar etdilər. Təbii ki, bəndəniz də bütüngörüşlərdə özünəməxsus çıxışlar eləyirdi və təvazökarlıq da məni bağışlasın, bəndənizi dəalqışlayırdılar.

Həmin gün İstanbuldaKalyon Sinema Mərkəzində Vahid Mustafayevin çəkdiyi «Qanlı Yanvar» filminin də böyükbir təqdimat mərasimi keçirildi, amma təəssüf ki, İstanbulun yoğun trafiki bizio tədbirə çatmağa imkan vermədi.

İstanbul BaşKonsulluğumuzun təşkil etdiyi bu anım mərasimlərinin hamısına qoşulmağa təbii ki,imkanımız və vaxtımız çatmırdı. Ona görə də bəzən Fəzail müəllimlə ayrılmalı olurduq.Fəzail müəllim konsulluğun əməkdaşı ilə bir tədbirə, mənsə başqa bir tədbirə getməliolurduq.

Bir çox tədbirlərədə xalq şairi Sabir Rüstəmxanlı və onun xanımı Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlıqatılırdı. Həm Sabir müəllimin, həm də Tənzilə xanımın Azərbaycan-Türkiyə münasibətlərininmöhkəmlənməsində və inkişaf etdirilməsində xidmətləri təqdirəlayiqdir.

Məni ən çox təəccübləndirənbir şey o idi ki, İstanbuldakı Baş Konsulluğumuz bu qədər tədbirləri necə hazırlayabilmişdi və bunlara necə vaxt tapıb çatdıra bilmişdi? Həm də bütün Anım mərasimlərindəBaş konsulluğumuzun təşkil etdiyi foto sərgilər də böyük ilgi görürdü. Biri vareşitdiyin söz, biri də var gözünlə gördüyün faktlar. Bu sərgilərin də böyük effektiolurdu. Mən təəccübümü Həsən müəllimə bildirəndədedi:

- Bu bizim dövlətimizvə millətimiz qarşısında borcumuzdur. Bu yolda yorulmaq olmaz!


TƏQVİM / ARXİV