adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Mart 2015 11:49
2371
SAĞLAMLIQ
A- A+

Hər il 200 uşaq bu xəstəliklə doğulur

Dünyada 250 milyondan çox talassemiya daşıyıcısı və 300 min talassemiyalı xəstə var. Səhiyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycanda hər il 200-dən çox uşaq bu xəstəliklə doğulur. Daha çox talassemiya xəstəliyinə Şəki, Göyçay, Ağdaş, Masallı, Sabirabad, Oğuz rayonlarında rast gəlinir.

Səhiyyə Nazirliyindən onu da bildiriblər ki, ölkədə talassemiyalı xəstələrin sayı 1800-ə yaxındır. Azərbaycanda xəstəliyin qarşısının alınması üçün hazırda 2015-2020-ci illər üçün üçüncü dövlət proqramı qəbul edilib.