adalet.az header logo
  • Bakı 18°C
06 Mart 2015 11:23
1252
DÜNYA
A- A+

Həmməruzəçilər Azərbaycanda siyasi vəziyyəti müzakirə ediblər

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Bakıya səfərləri zamanı ölkədə noyabr ayında keçiriləcək seçkilər ərəfəsindəki ümumi siyasi vəziyyəti müzakirə ediblər.

Bu barədə həmməruzəçilər Pedro Aqramut (İspaniya) və Tadeuş İvinskinin (Polşa) Azərbaycana səfərlərinin yekunu ilə bağlı  açıqlamada deyilir.

Qeyd edilib ki, onlar həmçinin insan haqlarının vəziyyətini, məhkəmə sistemini müzakirə ediblər.

Həmməruzəçilər 2-3 mart tarixlərində Azərbaycanda səfərdə olublar. Onlar Azərbaycan prezidenti, parlament sədri və komitələrin rəhbərləri, ədliyyə naziri, MSK sədri, qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvləri, həmçinin vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşüblər.(Gun.az)